Emin Məmmədov (sədr) Haqqinda Melumat - Vikipedia

Emin Məmmədov (sədr) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Emin Məmmədov (sədr)

Azərxalça Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Emin Səlhab oğlu Məmmədov (Bakı)— “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri,[1] Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2020)[2]

Emin Məmmədov
Emin Səlhab oğlu Məmmədov
18 mart 2021 – hal-hazırda
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiVidadi Muradov
Şəxsi məlumatlar
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Bitərəf
Atası Səlhab Məmmədov

Təltifləri "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2012
"Tərəqqi" medalı

Həyatı redaktə

Məmmədov Emin Səlhab oğlu Bakı şəhərində anadan olmuşdur.

Ailəsi redaktə

Atası Səlhab Məmmədov məşhur heykəltaraş, Azərbaycanın xalq rəssamı və professordur. O, BerlindəXocalı” abidəsiRomadaNizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Qardaşı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdur.[3]

Fəaliyyəti redaktə

Əmək fəaliyyəti redaktə

Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olmuşdur. 18 mart 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.[4]

Təltifləri redaktə

Üzv olduğu təşkilatlar redaktə

4 mart 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.[7]

İstinadlar redaktə

  1. "E.S.Məmmədovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  2. "Emin Məmmədov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib". 2020-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  3. "Yeni sədr Elxan Məmmədovun qardaşıdır". 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  4. "Prezident "Azərxalça"ya yeni sədr təyin etdi". 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  5. "Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  6. "Əməkdar incəsənət xadimi Emin Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  7. "Emin Məmmədov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024