Fola Eş FK Haqqinda Melumat - Vikipedia

Fola Eş FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sportinq Sirkle Fola Eş (fr. Cercle sportif Fola Esch) — Fola Eş və ya sadəcə Fola kimi də tanınan, Lüksemburqun cənub-qərbində yerləşən Eş-sur-Alzette şəhərini təmsil edən peşəkar Lüksemburq futbol klubudur. Klub öz ev oyunlarını şəhərin cənubunda yerləşən Stad Emile Mayrisx stadionunda keçirir. Bu stadionunda klubun bacısı sayılan CA Fola Eş atletika klubu məşq edir.

Fola Eş FK
Loqonun şəkli
Klubun tam adı Cercle sportif Fola Esch
Ölkə Lüksemburq Lüksemburq
Yaranma tarixi 1906
Stadionu Stad Emile Mayrisx, Eş-sur-Alzette Lüksemburq
Tutumu 3900
Prezidenti Lüksemburq Gerard Lopez
Baş məşqçisi Lüksemburq Ceff Strasser
Liqa Lüksemburq Milli Divizonu
2021/22 3.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Klub 1906-cı ildə İngilis dili müəllimi olan Jan Roeder tərəfindən təsis edilmişdir. Fola Lüksemburqun ilk futbol klubudur. Öz çiçəklənmə dövrü ərzində klub 1918-ci ildən 1924-cü ilə kimi dörd dəfə Milli Divizionun və iki dəfə Lüksemburq Kubokunun qalibi olmuşdur. Fola 1930-cu ildə daha bir dəfə ölkə çempionatının və 1955-ci ildə Lüksemburq Kubokunun qalibi olmuşdur. Bu uğurlardan sonra Fola uzun müddət çempionluq sevinci yaşaya bilməmişdir.

Fola inadla 1990-cı illərdə konsolidasiya dalğası zamanı daha böyük qonşuları olan Jeness Eş ilə birləşməyi rədd etmişdir. 2004-05 mövsümündə Fola Lüksemburq futbolunun üçüncü yarusuna enmişdir. Lakin gələn mövsüm bir pillə qalxmağı bacarmışdır. 2006-07 mövsümündə klub üçüncü yeri tutsa da, Viktoriya Rosport klubu ilə pley-off görüşlərində məğlub olmuşdur. 2007-ci ilin avqust ayında Fola keçmiş Mərakeş yığmasının yarımmüdafiəçisi Mustafa Hacı ilə müqavilə imzalamışdır. Bu transfer dünya futbolunda bomba kimi partlamışdır.

2008-ci ildə klub çempionatda ikinci yeri tutmasına baxmayaraq, Fortis Liqaya (Milli Divizion, ölkənin güclülər dəstəsi, 2009-cu ilin mart ayında BGL Liqasının maliyyə böhranı ilə əlaqədar adı dəyişdirilib) vəsiqə qazana bilməmişdir.[1]

2013-cü ilin mart ayında Fola Eş klubu 25-ci oyun günündə rəqibi Jeness Eş klubu üzərində 5-1 hesabı ilə tarixi qələbə qazanaraq BGL Liqasının qalibi olmuşdur. Klub 83 ildən sonra növbəti dəfə ölkə çempionu adını qazanır. Stefano Bensi 20 qolla mövsümün bombardiri olmuşdur. Fola 2013-14 Çempionlar Liqası mövsümündə ikinci təsnifat mərhələsində iştirak etmişdir. Klub Dinamo Zaqreb klubuna evdə 0-5, səfərdə 0-1 hesabı ilə məğlub olaraq turnir ilə vidalaşmışdır. 2015-ci ildə Fola növbəti dəfə ölkə çempionu olmuşdur. 2014 və 2016-cı ildə vitse çempion olmuş, sonuncuda isə F91 Düdelanj klubu ilə bərabər xal toplamışdır.

2016-cı ildə Fola Eş 110-cu ad gününü qeyd edərkən Lüksemburqun ən qocaman klubu kimi Pionerlər Klubuna üzv olmuşdur.

Ad tarixi redaktə

  • 1906: Klub Futbol və Loun Tennis Klubu Eş adı altında təsis edilmişdir.
  • 1907: Qırmızı və ağ zolaqlarla indiki loqosu yaradılmışdır.
  • 1910: Nerva klubu ilə birləşərək Serkl sportif Fola Eş adlanmağa başlayır.
  • 1918: Çempionatda ilk uğurunu qazanır.
  • 1924: Qızıl dubl edir.
  • 1930: Növbəti 83 il üçün sonuncu çempionluq titulunu qazanır.
  • 1935: İndiki stadionları olan Stad Emile Mayrisx inşa edilir.
  • 1955: Son dövrlərdə axırıncı titulu olan Lüksemburq Kubokunu qazanır.
  • 1973: Avropa turnirlərində (mövsüm 1973–74) ilk dəfə çıxış edir.
  • 2013: 83 ildən sonra 2013-cü ildə növbəti dəfə ölkə çempionu olur.
  • 2017: İlk dəfə Avropa turnirlərində ikinci təsnifat mərhələsinə vəsiqə qazanır.

Uğurları redaktə

  • Milli Divizion
Çempion (7): 1917–18, 1919–20, 1921–22, 1923–24, 1929–30, 2012–13, 2014–15
İkinci yer (9): 1916–17, 1918–19, 1920–21, 1928–29, 1948–49, 1953–54, 1954–55, 2010–11, 2013–14
  • Lüksemburq Kuboku
Çempion (3): 1922–23, 1923–24, 1954–55
İkinci yer (1): 1972–73

Avropa turnirləri redaktə

11 İyul 2017 tarixində yenilənib[2]
Sıra Ölkə Komanda Xallar
317 Monteneqro  Mladost Podqoritsa 3.550
318 Bosniya və Herseqovina  Şiroki Briyeq 3.550
319 Qazaxıstan  İrtış Pavlodar 3.550
320 Lüksemburq  CS Fola Eş 3.475
321 Lüksemburq  Differdanj 03 3.475
322 Bolqarıstan  Slaviya Sofiya 3.425
323 Macarıstan  Qyöri ETO 3.400
12 İyul 2017 tarixində yenilənib
Turnir Oyunlar Q B M AQ BQ
UEFA Çempionlar Liqası 4 0 1 3 1 10
UEFA Avropa Liqası 9 2 3 4 6 13
UEFA Kuboklar Kuboku 2 0 0 2 1 11
Ümumi 15 2 4 9 8 34

Oyunlar redaktə

Mövsüm Turnir Raund Klub Ev Səfər Ümumi
1973–74 UEFA Kuboklar Kuboku 1R Bolqarıstan  Beroe Stara Zaqora 0–7 1–4 1–11
2011–12 UEFA Avropa Liqası 1Q İsveç  Elfsburq 1–1 0–4 1–5
2013–14 UEFA Çempionlar Liqası 2Q Xorvatiya  Dinamo Zaqreb 0–5 0–1 0–6
2014–15 UEFA Avropa Liqası 1Q İsveç  Göteborq 0–2 0–0 0–2
2015–16 UEFA Çempionlar Liqası 2Q Xorvatiya  Dinamo Zaqreb 0–3 1–1 1–4
2016–17 UEFA Avropa Liqası 1Q Şotlandiya  Aberdin 1–0 1–3 2–3
2017–18 UEFA Avropa Liqası 1Q Moldova  Milsami Orhey 2–1 1–1 3–2
2Q Azərbaycan  İnter Bakı 0–1

İndiki heyəti redaktə

19 İyul, 2017. tarixində yenilənib[3]
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Fransa  GK Tomas Hum
3 İngiltərə  MF Aleks Çvetkoviç
4 Lüksemburq  DF Nuno Freyre
6 Lüksemburq  DF Billi Bernard
8 Bosniya və Herseqovina  MF Veldin Muharemoviç
9 Belçika  FW Kristof Martin-Suarez
10 Almaniya  MF Yakob Dallevedove
11 Belçika  FW Korentin Koçur
12 Lüksemburq  MF Jordi Peiffer
13 Lüksemburq  GK Kris Klement
14 Lüksemburq  DF Sedrik Sakras
15 Mərakeş  FW Samir Haci
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Lüksemburq  DF Yoel Teles
17 Lüksemburq  FW Stefan Lopes
20 Lüksemburq  MF Miçel Beçtold
22 Almaniya  MF Enis Saiti
23 Lüksemburq  DF Tom Laterza
24 Fransa  DF Mehdi Kirx
26 Lüksemburq  MF Ryan Klapp
27 Lüksemburq  FW Stefano Bensi
28 Fransa  DF Yulien Kleyn
33 Portuqaliya  GK Emanuel Kabral
44 Slovakiya  DF Peter Çrappan
92 Lüksemburq  FW Ken Korra

Baş məşqçilər redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Luxembourg 2007/08 Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine – RSSSF
  2. "UEFA coefficients". UEFA.com. UEFA. 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
  3. "CS Fola Esch - Seniors I". CS Fola Esch. 3 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2016.

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024