Ford sıradağları Haqqinda Melumat - Vikipedia

Ford sıradağları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ford sıradağları

Ford sıradağları, Antarktidada Meri Berd Torpağının şimal-qərb hissəsində Salzberq buz sahəsi və Blok körfəzinin şərqində yüksələn dağ silsiləsidir. Bir çox dağ və dağ qrupundan meydana gəlmişdir. Riçard Berdin ilk Antarktida səfəri (1928-1930) zamanı, Berd tərəfindən 5 dekabr 1929-cu ildə kəşf edilmiş və bu səfəri maliyyələşdirən Ford Motor şirkətinin sahibi Edsel Fordun adı verilmişdir.[1]

Ford sıradağları
ing. Ford Ranges
77°47′ c. e. 137°39′ q. u.
Ölkə  Antarktida
Ən yüksək zirvəsi Ekblo zirvəsi
Tarixi və coğrafiyası
Sahəsi 130 540 km²
Mərkəzin hündürlüyü 1235 m
Xəritəni göstər/gizlə
Ford sıradağları xəritədə
Ford sıradağları
Ford sıradağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası redaktə

Buz səthinin altında gizlənmiş dağlarının əsas qisimi buzlaqlar tərəfindən yaradılan dərin çöküntü sahələriylə ayrılmış, buz səthindəki ortalama yüksəklikləri 500-1000 metr olan tək tək zirvələr olaraq sıralanan Ford sıradağları, çökəkliklər, torpaqda yüksələn kömürləşmiş magmatik qayalar və granitlərdən ibarətdir. Uzunluğu 508 km, eni 560 km olan 130 540 km2 -lik sahədə üzərində yerləşən Ford Sıradağlarının ən yüksək yeri, bəzi mənbələrə görə, dəniz səviyyəsindən 1370 metr yüksəkliyiylə Avers dağıdır.[2] Digər ən yüksək nöqtə, 1235 metr yüksəkliyiylə Ekblo dağıdır.[3]

İstinadlar redaktə

  1.  (ing.) "Ford Ranges" Arxivləşdirilib 2021-05-25 at the Wayback Machine. Geographic Names Information System. United States Geological Survey. 2005-09-30.
  2.  (rus.) "Эдсел-Форд горы" . Большая Советская Энциклопедия. 9 Mart 2014
  3.  (ing.) Peakbagger.com Arxivləşdirilib 2014-03-09 at the Wayback Machine

Xarici keçidlər redaktə

Ford sıradağları xəritəsi


Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024