Frans Rayxelt Haqqinda Melumat - Vikipedia

Frans Rayxelt Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Frans Karl Rayxelt (alm. Franz Karl Reichelt‎, Almanca tələffüz: [fʁants kaʁl ˈʁaɪ̯çl̩t]; 16 oktyabr 1878[1], Şteti[d][1]4 fevral 1912[2], Paris[3]) — Avstriya[4] doğumlu dərzi, ilk paraşütün ixtiraçısı. Bəzən özünün düzəltdiyi paraşütlə Eyfel qülləsindən tullanaraq həyatını itirdiyi üçün uçan dərzi ləqəbi ilə də yad edilir. Rayxelt təyyarəçilərin təyyarələrini tərk etmək məcburiyyətində qalması halında onların sağ-salamat yerə enməsini təmin edəcək bir alət düzəltməyə çalışırdı. binanın 5-ci mərtəbəsindən kuklalar ilə testlər uğurlu olsa da sonrakı əlavələrində bəzi uğursuzluqlar oldu.

Frans Rayxelt
alm. Franz Reichelt
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Paris,Fransa
Vəfat səbəbi Kəskin güc travması
Fəaliyyəti dərzi, ixtiraçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rayxeltin tullanışını lentə alan jurnalistlər həmçinin onu yerə düşdükdən sonra da lentə almıştılar

Kifayət qədər hündür test platformasının olmamasını ən böyük problem hesab edən Rayxelt dəfələrlə icadını Eyfel qülləsində test etmək üçün Paris polisindən icazə istəmişdi. Nəhayət 1912-ci ilin əvvəllərində icazə almasına baxmayaraq Fevralın 4-də artıq test üçün qülləyə çatanda testi kukla yerinə özü edəcəyi qərarını aldı. Dostlarının və onu izləməyə gələnlərin Rayxelti qərarından daşındırmaq istəməsinə baxmayaraq o Eyfel qülləsinin ilk mərtəbəsindən tullandı. Paraşüt müvazinətini itirdi və Rayxelt buz kimi yerə yapıştı. Yerə dəyərək öldüyü aşıq-aydın görünməsinə baxmayaraq Rayxelti ən yaxın xəstəxanaya aparıb həkimlər tərəfindən ölü olması elan edildi. Ertəsi gün qəzetlər talehsiz ixtiraçının hekayələri ilə dolmuşdu və onun testini çəkməyə gələn jurnalistlərdən birinin onu nlentı aldığını bəyan etdilər.

İlk testlər redaktə

 
Lui-Sebastyan Lenorman öz ixtirasını test edərkən

Aviasiyanın inkişafı ilə bərabər xoşagəlməz qəzalar da qaçınılmaz hala gəlmişdi. Hələ effektiv bir paraşütün tapılmaması pilotların həyati təhlükəsini artırırdı. İlk uğurlu paraşüt testləri 1783-cü ildə Lui-Sebastyan Lenorman və Hava balonçusu Jan-Pyer Blanşar tərəfindən həyata keçirilsə də bu paraşüt çətir şəklində sabit örtüklü mexanizmli idi, yəni paraşütü yığmaq olmurdu. Həmçinin Andre-Jak Qarneren çərçivısiz, lakin hündürdın tullanmaq üçün paraşüt ixtira etmişdi. Beləliklə 1910 cuilə qədər alçaq məsafələrdən və ya təyyarədən tullanmaq üçün paraşütlər hələ inkişaf etməmişdi. Rayxelt binanın başından tullanan ixtiraçəlar haqqında hekayələr eşitdikdən sonra paraşüt dizayn etməyə başladı. İlk dizaynı olan "qatlanabilən ipək qanadlı" kuklalar müvəffəqiyyətlə testi keçərək yavaşca yerə endi.[5] İlk prototipi hazırlamaq çətin oldu. Rayxeltin orijinal dizaynı təxminən 70 kq idi və 6 metr kvadrat parça istifadə edilmişdi. Bu yeni dizayn paraşütünü Fransanın başda gələn airasiya təşkilatı olan "Aéro-Club de France" ya test üçün təqdim etsə də onun təklifi paraşütünün qübbəsinin zəif olmasına görə rədd edildi. Bundan sonra Rayxelt vaxt itirmək istəmədi və evinin damından kuklalarla testlər etdi. Testlərin birçoxu müvəffəqiyyətsiz oldu

İstinadlar redaktə

  1. 1 2 3 doğum haqqında şəhadətnamə.
  2. ölüm haqqında şəhadətnamə.
  3. ölüm haqqında şəhadətnamə.
  4. "On This Day: Franz Reichelt filmed jumping to his death from Eiffel Tower in first ever parachute suit test". Yahoo News UK. 2014–02-03. Retrieved 2016–09-26.
  5. "L'inventeur Reichelt s'est tué hier". Le Petit Journal (in French). 5 February 1912. p. 1. Retrieved 26 November 2009.

Xarici keçidlər redaktə


Saytda 29 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024