Fransalı Blanş (Kastiliya infantası) Haqqinda Melumat - Vikipedia

Fransalı Blanş (Kastiliya infantası) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Fransalı Blanş (Kastiliya infantası)

Fransalı Blanş (fr. Blanche de France; isp. Blanca de Francia; 1253[1][2][…]1320[2], Paris) — Fransa kralı IX Lüdovikin qızı, Kastiliya infantası.[3]

Fransalı Blanş
fr. Blanche de France
Şəxsi məlumatlar
Doğum tarixi 1253[1][2][…]
Vəfat tarixi 1320[2]
Vəfat yeri
Atası IX Lüdovik
Anası Provanslı Marqarita (Fransa kraliçası)
Həyat yoldaşı Ferdinand de la Cerda
Uşaqları Alfonso de la Cerda
Fernando de la Cerda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Blanş 1253-cü ildə Təl-Əviv yaxınlığında dünyaya gəlib. Atası Fransa kralı IX Lüdovik, anası isə onun xanımı Provanslı Marqaritadır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1269-cu ilin noyabrında Kastiliya kralı X Alfonsonun böyük oğlu və Kastiliya infantı Ferdinand de la Cerda ilə evləndirildi. Cütlüyün bu evlilikdən 2 oğlu dünyaya gəlsə də, çox keçmədən İnfant Ferdinand 1275-ci ildə vəfat etdi.

Ənənəyə görə, kralın böyük oğlu vəfat etsə, ondan sonrakı qardaşı deyil, vəfat edən varisin böyük oğul övladı varis elan edilməli idi. Ancaq kralın ikinci oğlu Sanço 1284-cü ildə atasının vəfatı ilə taxtı ələ keçirdi. Beləcə, Blanşın hər iki oğlu Kastiliya taxtından məhrum edildi. Blanşın qardaşı Fransa kralı III Filipp yeni krala göndərdiyi ultimatumla, öz bacısı uşaqlarının taxt iddiasını müdafiə etsə də, bu heç bir işə yaramadı. Bu vəziyyətdə Blanş hər iki övladını da qaynanası Araqonlu Yolandanın himayəsinə verərək ölkəni tərk etdi və Parisə döndü. 1323-cü ildə burada vəfat etdi.

Mənbə redaktə

  • Doubleday, Simon R. (2015). The Wise King: A Christian Prince, Muslim Spain, and the Birth of the Renaissance. Basic Books. ISBN 978-0465066995

İstinadlar redaktə

  1. 1 2 http://fmg.ac/Projects/MedLands/CAPET.htm#_Toc154137008.
  2. 1 2 3 4 Pas L. v. Blanche de France // Genealogics (ing.). 2003.
  3. Linehan, Peter (2008). Spain, 1157-1300: A Partible Inheritance. Wiley

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024