Gülşən Səlimova Haqqinda Melumat - Vikipedia

Gülşən Səlimova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gülşən Səlimova

Səlimova Gülşən Zəki qızı (30 yanvar 1954, Bakı) — Azərbaycan kinosunda montaj üzrə rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2006).

Gülşən Səlimova
Gülşən Zəki qızı Səlimova
Doğum tarixi (70 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti montaj üzrə rejissor
Fəaliyyət illəri 1972-bu gün
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2006
IMDb ID0758324

Həyatı redaktə

Gülşən Səlimova 30 yanvar 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. 1972-ci ildən bu günədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında montajçı vəzifəsində çalışır. "Tütək səsi", "Ad günü", "Üzü küləyə", "İstintaq", "Bağlı qapı", "Özgə vaxt", "Girov" və s. bədii filmlərin montajçısı olmuşdur.

1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor və operator sənətləri" kafedrasının pedaqoqudur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2011-ci ildən etibarən Azərbaycan Dövlət Film Fondunda şöbə müdiri vəzifəsində çalışır.

Ailəlidir. 3 övladı, 3 nəvəsi var.

Filmoqrafiya redaktə

Bədii filmlər redaktə

  1. Tütək səsi (film, 1975)
  2. Ad günü (film, 1977) (tammetrajlı bədii film)
  3. Üzü küləyə (film, 1977)
  4. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  5. İstintaq (film, 1979)
  6. Onun bəlalı sevgisi (film, 1980)
  7. Bağlı qapı (film, 1981)
  8. On yeddi yaşlı oğlan (film, 1985)
  9. Şəhərli biçinçilər (film, 1986)
  10. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
  11. Özgə ömür (film, 1987)
  12. Bir nəfər hamıya görə (film, 1989)
  13. O dünyadan salam (film, 1991)
  14. Təhminə (film, 1993)
  15. Həm ziyarət, həm ticarət... (film, 1995)
  16. Özgə vaxt (film, 1996)
  17. Otel otağı (film, 1998)
  18. Odla qol-boyun (film, 2002)
  19. Girov (film, 2005)
  20. Əlvida, cənub şəhəri (film, 2006)
  21. Günaydın, mələyim! (film, 2008)
  22. Buta (film, 2011)

Sənədli filmlər redaktə

  1. Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
  2. Kreslo (film, 1988)
  3. Son tamaşa (film, 1989)
  4. Prima (film, 1994)
  5. Nəsrulla Nəsrullayev (film, 1999)
  6. Kinorejissor Arif Babayev (film, 2000)
  7. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)

Animasiya filmləri redaktə

  1. Günlərin bir günündə... (film, 1975)
  2. Uçan zürafə (cizgi filmi, 1983)

İstinadlar redaktə


Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024