Gülarə Cabbarlı Haqqinda Melumat - Vikipedia

Gülarə Cabbarlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gülarə Cabbarlı

Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri.

Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı
Doğum tarixi 11 fevral 1930(1930-02-11)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 fevral 2018(2018-02-12) (88 yaşında)
Vəfat yeri
Vətəndaşlığı

SSRİ SSRİ

Azərbaycan Azərbaycan
Həyat yoldaşı Seyfəddin Dağlı[1]
Atası Cəfər Cabbarlı
Anası Sona Cabbarlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti filoloq
Mükafatları "Fəxri Mədəniyyət İşçisi"

Həyatı və fəaliyyəti redaktə

Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub[2]. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur.[3]

Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir.[4]

Mükafatları redaktə

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.

İstinadlar redaktə

  1. "Yazıçı Seyfəddin Dağlının vəfatından 41 il ötür - FOTO". Oxu.Az (az.). 2024-01-18. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  2. "Cəfər Cabbarlının ev muzeyində yubiley tədbiri keçirilib". 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
  3. Gülarə Cabbarlının 85 illik yubileyi
  4. "Cəfər Cabbarlının qızı dünyasını dəyişdi". 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.

Saytda 236 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024