Günəş (qəzet) Haqqinda Melumat - Vikipedia

Günəş (qəzet) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Günəş (qəzet)

"Günəş" qəzeti1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet.

Günəş
Növ ictimai-siyasi ədəbi qəzet
Sahibi Orucov qardaşları
Təsisçi Oruc Orucov
Baş redaktor Əhməd Kamal
Yazıçılar Abdulla Şaiq
Qafur Rəşad Mirzəzadə
Abdulla bəy Divanbəyoğlu
Yaranma tarixi 20 yanvar 1910
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1911
Ünvan Bakı

Tarixi redaktə

İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər[1].

Mövzusu redaktə

"Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı. Dövrün digər mətbuat orqanları kimi, "Günəş" də öz səhifələrində "Molla Nəsrəddin"lə bağlı hadisələri - jurnalın yayılmasını, nəşrinin müvəqqəti dayandırılmasını, yenidən nəşrə başlamasını və s. işıqlandırırdı.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 130.

Mənbə redaktə

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.113-114.

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024