Gənzə qəbristanlığı Haqqinda Melumat - Vikipedia

Gənzə qəbristanlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Gənzə qəbristanlığı

Gənzə qəbristanlığıNaxçıvan Muxtar Respublikası Ordubad rayonunun Gənzə kəndi mərkəzində arxeoloji abidə.

Haqqında redaktə

Qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmiş və baş daşları torpağın altında qalmışdır. Qəbiristanlıq qərb-şimal istiqamətinə yönəlmiş müsəlman qəbirlərindən ibarətdir. Qəbirlərdən bəzisinin ətrafında dördkünc formalı daş düzümləri, bəzilərinin üzərində isə kiçik oval təpəciklər qalmışdır. Qəbirlərdən bir neçəsinin baş daşları yonulmuş Ordubad rayonu üçün xarakterik olan yaşılımtıl rəngli daşlardan hazırlanmışdır. Onlar dördkünc formalı olub tağşəkilli sonluqla tamamlanmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Kitabələr 16–17 əsrlərə aiddir. Yerli əhalinin deyiminə görə qəbristanlığın yerləşdiyi torpaq sahəsi Hacı Hüseynquluya məxsus olmuş və o bu sahəni kənd qəbiristanlığı üçün bağışlamışdır. Axtarışlar zamanı qəbiristanlığın ərazisindən Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Qəbiristanlıqda 15 əsrdən sonra dəfn mərasimləri keçirilməyə başlanılmışdır[1].

İstinadlar redaktə

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 132–133

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024