Geoid Haqqinda Melumat - Vikipedia

Geoid Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

GeoidDünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardandəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3.

Yerin həqiqi forması (rus. геоид, ing. geoid) . Geoid səthi bütün nöqtələrdə ağırlıq qüvvəsi istiqamətinə perpendikulyardır, okeanlarda suyun orta səviyyəsinə uyğun gəlir. Geoid səthi hər yerdə qabarıqdır və nəzəri sferoid səthindən ±100 m-dən çox olmayaraq tərəddüd edir (materiklərdə sferoid səthindən yuxarı, okeanlarda isə aşağıdır).[1]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Geoid // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 129-130. ISBN 978-9952-453-14-0.

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024