Greenpeace Haqqinda Melumat - Vikipedia

Greenpeace Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qrinpis

(Greenpeace səhifəsindən istiqamətləndirilmişdir)

Qrinpis (ing. Greenpeace "yaşıl sülh") — Avropa, Amerika, Asiya və Okeaniyadakı 40 ölkədə mövcud olan və gəlir əldə etmək məqsədi olmayan bir təşkilat.

Qrinpis
GP
ing. Greenpeace
Loqonun şəkli
Növü Beynəlxalq
Yaranma tarixi 1971
Mərkəzi Amsterdam, Hollandiya
Üzvləri
  • 5.898 nəf. (2021)[1]
www.greenpeace.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə redaktə

1971-ci ildən bəri ətraf mühitin qətliamına çıxanlara qarşı "Greenpeace" mübarizə aparır. İrəli getməsi üçün dövlətlərdən, şirkətlərdən və siyasi partiyalardan pul almır və heç bir sponsorluğu da qəbul etmir. Ancaq üzvlərinin maddi və mənəvi yardımları ilə fəaliyyətini sürdürür.

"Greenpeace", ətraf mühitin,planetimizi yaşanmaz hala salanların "qara işlərinə" qarşıdır və buna özünə xas üsullarla qarşılıq verir və bu fəaliyyətlərini medianın köməyi ilə dünya gündəminə gətirir.

Hədəflərə çatmaq adətən uzun zaman kəsiyinə planlanır və ancaq insan kütlələrinin dəstəyi ilə müvəffəqiyyət əldə edilir. Greenpeace üzvlərini öz etirazları ilə arabir ortaya çıxıb ortalığı qarışdıran bir qrup macərasevər kimi də qəbul edənlər vardır. Halbuki hər etiraz aksiyası uzun və ciddi araşdırmalar və çalışmaların nəticəsidir.

Ətraf mühitə qarşı işlənən cinayətlər, cinayətkarlara qarşı edilən etiraz aksiyaları, analizlər, mediyada yer alan məqalələr sadəcə bütün işin görünən tərəfləridir.

Greenpeacein hal hazırda 24 beynəlxalq və 4 regional ofisi və bu ofislərin çalışmalarını həyata keçirən 101 ölkədə 2 milyon 800 min dəstək verəni vardır.

Məqsədləri redaktə

  • Okeanlarmeşələrin qorunması;
  • İqlim dəyişikliklərinə son vermək məqsədilə zəhərləyici enerji mənbələrindən istifadənin azaldılması və tükənməyən enerji mənbələrindən istifadəyə təşviq;
  • Nüvə silahlanması və radioaktiv çirklənməyə son qoyulması;
  • Zəhərli kimyəvi maddələrin təbiətə buraxılmaması;
  • Genlərinə təsir olunmuş canlıların təbiətə buraxılmasının qarşısının alınması;
  • Qlobal istiləşmə.

Xarici keçidlər redaktə

  1. https://www.greenpeace.org/static/planet4-international-stateless/2022/06/9888a8ad-greenpeace-international-annual-report-2021.pdf.

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024