Hüseynqulu Əliyev Haqqinda Melumat - Vikipedia

Hüseynqulu Əliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hüseynqulu Əliyev

Hüseynqulu Əli oğlu Əliyev (3 fevral 1949, Bist, Ordubad rayonu) — Azərbaycan rəssamı və heykəltaraşı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).

Hüseynqulu Əliyev
Doğum tarixi (75 yaş)
Doğum yeri Bist, Ordubad, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, heykəltaraş
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2002 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 1999

Həyatı redaktə

Hüseynqulu Əliyev 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1971–1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977–1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil almışdır. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləmişdir. 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləyir. Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiridir.

Yaradıcılığı redaktə

Hüseynqulu Əliyev "Koroğlu" və "Bəhruz Kəngərli" heykəllərini (Naxçıvan şəhəri), "Ana abidəsi"ni (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri) yaratmışdır. Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var.

C.Məmmədquluzadənin portreti (1990), "C.Məmmədquluzadə və H.Cavid" (1990), "C.Məmmədquluzadə oğlu Midhətlə" (1990), "C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti" (1994), "Qurbanəli bəy" hekayəsi mövzusunda barelyef (1989), "Saqqallı uşaq" (1989), "Konsulun arvadı" (1989) əsərlərinə illüstrasiyalar, C.Məmmədquluzadənin büstü (1985) və sair əsərləri yaratmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün "Ölülər" tamaşasının geyim eskizlərini çəkmişdir (1988–1989).

Teatr dekorasiyası sənəti sahəsində də fəaliyyət göstərmişdir.

1986-cı ildən Azərbaycan Rəssamlar Birliyinin üzvüdür.

1988-ci ildə "Naxçıvan SSR əməkdar incəsənət xadimi", 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı"[1] fəxri adlarına layiq görülmüşdür.

Ədəbiyyat redaktə

  • Əliyev Hüseynqulu Əli oğlu (Mətn) // Naxçıvan ensiklopediyası. Bakı. 2002, s 143.
  • Əliyev Hüseynqulu Əli oğlu (Mətn) // Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı. Şərq-Qərb 2008, s 103.

Albom-monoqrafiya "Xalq rəssamı Hüseynqulu Əliyevin sənət dünyaı", Səyyarə Sadıxova // Naxçıvan. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2019, 176 səh. "Əlvan rənglər dünyası", Səyyarə Sadıxova // "Mədəniyyət" qəzeti 2011, 25 may. səh.12

İstinadlar redaktə

  1. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 may 2002-ci il tarixli, 714 nömrəli Fərmanı". e-qanun.az. səh. "Xalq rəssamı" fəxri adı. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2016.

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024