Hətəm Əhmədov Haqqinda Melumat - Vikipedia

Hətəm Əhmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hətəm Əhmədov

Hətəm Abdulla oğlu Əhmədov (1903, İlisu, Zaqatala dairəsi31 oktyabr 1970) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ticarət komissarı (1941–1946) və ticarət naziri (1946–1953).

Hətəm Əhmədov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
28 mart 1946 – 18 aprel 1953
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıSalam Aydınbəyov
bayraq
Azərbaycan SSR xalq ticarət komissarı
bayraq2
1941 – 28 mart 1946
ƏvvəlkiƏzizağa Əzizbəyov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1970(1970-10-31)
Partiya
Təhsili
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Lenin" ordeni

Həyatı redaktə

Hətəm Abdulla oğlu Əhmədov 1903-cü ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Dəmirçi şagirdi işləyərkən, 17 yaşında komsomol üzvü olmuş və Azərbaycan komsomolunun yaradılmasında fəal iştirak etmişdir. 1921-ci ildə Zaqatala komsomol təşkilatının vasitəçiliyi ilə Bakıya, Mərkəzi Sovet Partiya Məktəbində təhsil almağa göndərilmişdir. Həmin məktəbi bitirdikdən sonra Moskvadakı Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə daxil olmuş, 1924-cü ildə bolşeviklər partiyasına üzv olmuşdur.[1]

Hətəm Əhmədov universiteti bitirdikdən sonra Bakı partiya təşkilatlarında işləməyə başlamışdır. 1929-cu ildə xalq maarifi sahəsində çalışmağa göndərilmiş, lakin 1930-cu ildə yenidən partiya işinə qaytarılaraq 1931-ci ilədək Azərbaycan K(b)P-nin ŞuşaAğdam rayon komitələrində işləmişdir. 1931-ci ildə o, ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin qərarı ilə Gürcüstana göndərilmiş 1935-ci ilədək SuxumAxalsıxda partiya və sovet orqanlarında çalışmışdır. 1935-ci ildə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan K(b)P Qax, QusarZaqatala rayon komitələrinin birinci katibi olmuşdur.[1]

Hətəm Əhmədov 1940-cı ildən ticarət təşkilatlarında işləməyə başlamış, Azərbaycan SSR xalq ticarət komissarının müavini olmuşdur.[1] 1941-ci ildə Azərbaycan SSR xalq ticarət komissarı (1946-cı ildən Azərbaycan SSR ticarət naziri) vəzifəsinə təyin edilmiş və 1953-cü ilədək bu vəzifədə çalışmışdır.[2] Sonralar fərdi pensiyaçı kimi təqaüdə çıxmasına baxmayaraq Ümumittifaq Ticarət Palatasının Azərbaycan şöbəsində rəyasət heyəti sədrinin müavini olmuşdur.[1]

Hətəm Əhmədov Azərbaycan SSR və Zaqafqaziya SFSR mərkəzi icraiyyə komitələrinin, eləcə də Azərbaycan K(b)P Mərkəzi Komitəsi plenumunun üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni ilə təltif edilmişdir.[1]

Hətəm Əhmədov 1970-ci il oktyabrın 31-də vəfat etmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 Һ. А. Әһмәдов // Коммунист. № 255 (14556). 1 нојабр 1970-ҹи ил. С. 4.
  2. Hətəm Abdulla oğlu Əhmədov // İlisu (ensiklopedik məlumat kitabı). Bakı: Vətən. 2012. səh. 161.

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024