Hyozo Omori Haqqinda Melumat - Vikipedia

Hyozo Omori Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hyozo Omori (大森 兵蔵, Omori Hyozo?)ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur.[1]

Hyozo Omori
yap. 大森兵蔵
Doğum tarixi 14 mart 1876(1876-03-14)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1913(1913-01-03) (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Təhsili
Fəaliyyəti maarifçi

Fəaliyyəti redaktə

Hyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur.[2][3] Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır.[2] Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş,[3] Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir.[4]

Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş[2] və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır.[3] Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır.[2] Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur.[3]

Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır.[5] Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür.[4]

İstinadlar redaktə

  1. Corkill, Edan. "Better late than never for Japan's first, "slowest" Olympian". The Japan Times (ingiliscə). 15 iyul 2012. 30 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2022.
  2. 1 2 3 4 Japanese Sports: A History. səh. 79
  3. 1 2 3 4 Svinth, Joseph. "Fulfilling His Duty as a Member: Jigoro Kano and the Japanese Bid for the 1940 Olympics". Journal of Combative Sport (ingiliscə). may 2004. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2022.
  4. 1 2 Kawashima, Kohei. "Introducing American Sports to Japan: Baseball, Basketball, and Football in the Meiji, Taisho, and Showa Eras (1868-1934)" (PDF) (ingiliscə). 2018. İstifadə tarixi: 13 oktyabr 2022.
  5. Japanese Sports: A History. səh. 119

Ədəbiyyat redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024