Hypsugo savii Haqqinda Melumat - Vikipedia

Hypsugo savii Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hypsugo savii

məməli növü

Hypsugo savii (lat. Hypsugo savii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin hypsugo cinsinə aid heyvan növü. Növ italyan zooloqu Paolo Savinin (1798-1871) şərəfinə adlandırılmışdır.

Hypsugo savii
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarici görünüşü redaktə

Ölçüləri əksər könlücələrdə olduğu kimidir. Bədənin uzunluğu 42-45 mm, quyruğun uzunluğu 31-45 mm, qulaqların uzunluğu 11-13 mm, qulağın dəri çıxıntısının uzunluğu isə 4,5-6 mm-dir. Erkək dişidən birqədər kiçikdir.

Xəzinin rəngi çox dəyişkəndir. Bədənin üst tərəfinin ümumi fonu solğun ağımtıl-sarıdan tünd qırmızı qonura, alt tərəfi isə ağdan tünd yaşılımtıl-boz və ya qonur açıq-sarı rəng arasında dəyişir. Qanad pərdələri bozumtul açıq-sarıdan tünd qonur rəng arasında dəyişir. Qulaqları örtən tüklər daha tünddür. Mövsümi dəyişikliklə yanaşı, onlarda həmçinin kəskin coğrafi rəng dəyişkənliyi də müşahidə olunur. Yaşlılarla müqayisədə cavan fərdlər açıq rəngdə olurlar.

Yayılması redaktə

Cənubi Avropanın Aralıq dənizi ətrafındakı ölkələrində, Orta AsiyaMərkəzi Asiyada, Uzaq Şərqdə yayılmışlar. Azərbaycanda daha çox Kiçik Qafqaz ərazisindən 1360 m-ə qədər yüksəkliklərdə məlumdur. Böyük Qafqazda yalnız Zaqatala rayonunda, Kür-Araz ovalığında, Mingəçevir yaxınlığında və Qobustanda tapılmışdır.

Həyat tərzi redaktə

Biologiyası zəif öyrənilmişdir. Onlarca fərddən ibarət olan dişi yarasaların koloniyalarının əsas sığınacaqları qayaların yarıqları və evlərin çardaqları hesab edilir. İyunun axırı-iyulun birinci yarısında dişi 2, nadir hallarda 1 bala doğur. Payızın əvvəlində tək-tək və ya kiçik qruplar halında yaşayan erkəklər dişilərin və cavan fərdlərin koloniyalarına qoşulurlar.

Sayı redaktə

Bütün mövsümlərdə müşahidə edilən nadir və azsaylı növdür.

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024