Küçeyi
Küçeyi (əvvəlki adı: Küçay) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Quba rayonunun Talabıqışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Küçay kəndi Küçeyi kəndi adlandırılmışdır.[1]
Küçeyi | |
---|---|
41°19′35″ şm. e. 48°42′23″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası redaktə
Tədqiqatçılara görə, kəndin əsl adı Küçeye-qışlaq olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə həmin rayonun Talabı kəndinə məxsus qışlaq yerində yaranmışdır. Oykonim tat dilindəki küçeye (balaca) və qışlaq sözlərindən ibarət olub, "balaca, kiçik qışlaq"mənasındadır. Əslində, oykonim hələ XIII əsrdə Rəşidəddinin "Cami-ət təvarix" əsərində qələmə aldığı türkdilli küçayların adı ilə bağlı olub, etnotoponimdir. 1933-cü ildə Xızı rayonu ərazisində də Küçeyri adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[2]
Coğrafiyası və iqlimi redaktə
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi redaktə
Əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1022 nəfər əhali yaşayır.[3]
İstinadlar redaktə
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ Küçeyi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər redaktə
Həmçinin bax redaktə
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |