Kəleybər mahalı Haqqinda Melumat - Vikipedia

Kəleybər mahalı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kəleybər mahalı

Kəleybər mahalıQaradağ xanlığının 18 mahalından biri.

Tarixi redaktə

Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Kəleybər mahalıdır. Mahal şərqdən Kərmədüz, cənubdan Yaft, qərbdən, şimaldan Keyvan mahalları ilə həmsərhəddir. Mərkəzi Kəleybər qəsəbəsi idi.

Ünlü tarixçi Həmdullah Qəzvini "Nüzhət əl-Qulub" adlı əsərində yazır: "Kəleybər və yaxud Kələntər əyalət şəhəri olub, ormanlıqlar və uca dağlar arasında yerləşir. Orada böyük bir istehkam var ki, ayağından götürülür. Məhsulu taxıl, üzüm və meyvəcatdır. Əhalisi qarışıqdır. Burda şafii məzhəbli türklər və talışlar yaşayırlar. Dəftərə görə vergisi 3000 dinardır"[1]

Kəleybər mahalında bir neçə memarlıq abidəsi var. Bunların biri Özi kəndində yerləşən Şeyx Abdulla Ənsarinin məqbərəsidir.

Kəleybərdən 13 kilometrlik məsafədə yerləşən Peyğan qalası Sasanilər dövründə tikilib. El arasında bu qalaya "Yezid qalası" deyilir.

İstinadlar redaktə

  1. Йакут ал-Хамави. Му’джам ал-булдан. Хамдаллах Казвини. Нузхат ал-кулуб. – Баку: Элм, 1983, ст.46.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
  • Ənvər Çingizoğlu, Qaradağlılar, Bakı, "Şuşa", 2008, 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Həmçinin bax redaktə


Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024