Karel Vasak Haqqinda Melumat - Vikipedia

Karel Vasak Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Karel Vasak (çex. Karel Vašák; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis.[5][6]

Karel Vasak
çex. Karel Vašák
Doğum tarixi 26 iyun 1929(1929-06-26)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 may 2015(2015-05-01)[3][2] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti diplomat, universitet müəllimi[d], hüquqşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır.

1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri,[7] sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.

Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq[8] məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.[9]

Vasak 1982-ci ildə İnsan Hüquqlarının Beynəlxalq Ölçüləri (ISBN 0-313-23394-2) adlı kitabın redaktoru olmuşdur.

Karel Vasak 1 may 2015-ci ildə vəfat etmişdir.

İstinadlar redaktə

  1. Evidence zájmových osob StB.
  2. 1 2 3 Vašák, Karel, 1929-2015 // regional database of the Regional Library of Highlands (çeş.).
  3. http://www.libramemoria.com/avis/les-dernieres-nouvelles-d-alsace/bas-rhin/2015/05/03/avis-karel-vasak.
  4. 1 2 http://www.libramemoria.com/avis/les-dernieres-nouvelles-d-alsace/bas-rhin/2015/05/03/avis-karel-vasak?imprimer=true.
  5. "GoogleBooks". 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  6. "Avis de décès de Karel VASAK" (French). Libra Memoria. 13 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2015.
  7. UNESCO’s Philosophy of "intellectual and moral solidarity" in attaining peace. Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine UNESCO. Retrieved 17 August 2011.
  8. "Aproximaciones a los Derechos Humanos de Cuarta Generación" (PDF) (İspan). González Álvarez. 2007-09-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2007.
  9. "[[Lətif Hüseynov|Hüseynov Lətif]], [[Beynəlxalq hüquq]]. Qanun nəşriyyatı, 2012" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024