Kasa de la Val Haqqinda Melumat - Vikipedia

Kasa de la Val Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kasa de la Val — bu ştatın paytaxtı Andorra la Vellada Andorra Baş Şurasının binası. Kasa de la Val, müdafiə qülləsi ilə birlikdə 1580-ci ildə aristokrat Busquets ailəsinin ailə evi kimi tikilmişdir.[1] Bina üç mərtəbəlidir. Divarları kobud daşdan tikilib. Onun iki küncündə qüllə şəklində hazırlanmış qədim göyərçinxanaları görmək olar. Parlamentin qarşısındakı parkda Françesk Viladomatın "Rəqs" heykəli var.[2] Kasa de la Valın birinci mərtəbəsində knyazlığın hüquq xidməti və məhkəmə palataları yerləşir. İkinci mərtəbədə Baş Şuranın iclas zalı, San Ermenqol Kapellası və Yeddi Açarın Anbarı — Andorra tarixinə dair ən qiymətli sənədləri saxlayan dövlət arxivi var. Bu otaq yalnız yeddi açarla açıla və ya bağlana bilər. Üçüncü mərtəbədə antik mətbəx var. Burada məclis üzvləri üçün yemək hazırlayırdılar, çünki knyazlığın qanunlarına əsasən, onların əvvəllər baxılan bu və ya digər məsələ ilə bağlı yekun qərar qəbul olunmayana qədər binanı tərk etmək hüququ yox idi.

Kasa de la Val
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 42°30′24″ şm. e. 1°31′14″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Andorranın gerbi
Kasa de la Vall-da görüş otağı

Binanın əsas qapısının üstündə Andorranın gerblərini və daşla oyulmuş Buskets evini görmək olar.

İstinadlar redaktə

  1. "Casa de la Vall". Cultural Heritage of Andorra. 9 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 December 2011.
  2. "Casa de la Vall". Government of Andorra. 13 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2011.

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024