Katolikos V Qriqoris Haqqinda Melumat - Vikipedia

Katolikos V Qriqoris Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Katolikos V Qriqoris

Katolikos V Qriqoris - Albanların LXXXV katolikosu.

Katolikosluğu redaktə

Xaçın məliyi II Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.[1] 1634-cü ildə Katolikos I Filipp Ağbaketsi tərəfindən təsdiqlənmişdi. 1650-ci illərdə alban və erməni keşişləri Qriqorisin qovulması barədə tələblər irəli sürməyə başladılar. Bunların ən başlıcası Vərəndə mahalının yepiskopu Petros idi. Lakin 1651-ci ildə Səfəvi hakimiyyəti Qriqorisin katolikosluğunu bir daha təsdiq edən əmr verdi. Qriqoris ölümündən öncə Petros Xançketsini oğulluğa götürərək katolikosluğu ona vəd etdi.

Mənbə redaktə

  1. "Gəncəsər monastırı rəsmi saytı, Artsax yepiskopluğu məqaləsi". 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024