Keyp-Fir Haqqinda Melumat - Vikipedia

Keyp-Fir Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir.

Keyp-Fir
en/Cape Fear
Yerləşməsi
33°50′38″ şm. e. 77°57′43″ q. u.
Akvatoriya Atlantik okeanı
Ölkə  ABŞ
Keyp-Fir xəritədə
Keyp-Fir
Keyp-Fir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar. «Qorxu burnu[1]» termini isə 1585-ci ildə Riçard Qrenvill tərərəfindən uydurulur. O, burada qəmi qəzası ilə üzləşir. Böyük ehtimal ki, burada hələ 1524-ci ildə italiyalı Covanni da Verrassano olmuşdur.

Keyp-Fir həmdə ABŞ İstiqlal müharibəsi dönəmində Henri Klintonun Britaniya qoşunlarını sahilə çıxartdığı yer kimi məşhurdur.

İstinadlar redaktə

  1. Gannett, Henry. The Origin of Certain Place Names in the United States. Govt. Print. Off. 1905. 124. 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024