Kiril qrafikalı Azərbaycan əlifbası Haqqinda Melumat - Vikipedia

Kiril qrafikalı Azərbaycan əlifbası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kiril qrafikalı Azərbaycan əlifbası

Azərbaycan dilinin yazıldığı qrafika

Kiril qrafikalı Azərbaycan əlifbası (azərb-kiril. Кирил графикалы Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin yazıldığı üç qrafikadan biri. Digərləri latınərəb qrafikalarıdır.

Tarixi redaktə

border=none  Əsas məqalə: Azərbaycan dili

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanmışdır. SəlcuqOsmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuşdular. Ərəb əlifbası türk dilləri üçün tam uyğun əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939–1991-ci illərdə isə kiril əlifbasından istifadə olunmuşdur. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilmişdir. Rusiyada yaşayan azərbaycanlılar hələ də kiril əlifbasından istifadə edirlər.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[1]

Əlifba redaktə

Latın Kiril
A a А а
B b Б б
C c Ҹ ҹ
Ç ç Ч ч
D d Д д
E e Е е
Ə ə Ә ә
F f Ф ф
G g Ҝ ҝ
Ğ ğ Ғ ғ
H h Һ һ
X x Х х
I ı Ы ы
İ i И и
J j Ж ж
K k К к
Q q Г г
L l Л л
M m М м
N n Н н
O o О о
Ö ö Ө ө
P p П п
R r Р р
S s С с
Ş ş Ш ш
T t Т т
U u У у
Ü ü Ү ү
V v В в
Y y Ј ј
Z z З з

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanunu Dövlət dilinin əlifbası. Maddə 14 [ölü keçid]

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024