Kobi Marimi Haqqinda Melumat - Vikipedia

Kobi Marimi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kobi Marimi (ivr.קובי מרימי‏‎; d. 8 oktyabr 1991, Ramat-Qan, İsrail) — İsrail müğənnisi və aktyoru. O, "Home" mahnısı ilə İsraili Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1]

Kobi Marimi
ivr.קובי מרימי‏‎
Kobi Marimi 2019-cu ildə
Kobi Marimi 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Yaakov Marimi
Doğum tarixi (32 yaş)
Doğum yeri Ramat-Qan, İsrail
Vətəndaşlığı  İsrail
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor
Fəaliyyət illəri 2018–h.h.
Janr
Musiqi aləti vokal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illəri redaktə

Kobi Marimi 8 oktyabr 1991-ci ildə İsrailin Ramat-Qan şəhərində anadan olmuşdur. Peşəkar aktyorluq təhsili alan Marimi İsrailin Bat-Yam şəhərində keçirilən Musiqili teatr festivalında xüsusi mükafata layiq görülmüşdür.[2]

Karyera redaktə

2018-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi redaktə

2018-ci ildə Kobi Marimi İsrailin KAN telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2019 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Marimi Beyons, Kristina Perri, Rihanna və digər dünya ulduzlarının mahnıları ilə çıxış etmişdir. Nəticədə yarışmada qalib gələrək, Kobi İsraili Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ qazanmışdır.

İstinadlar redaktə

  1. "Kobi Marimi crowned 'Rising Star' and will represent Israel at Eurovision". The Times of Israel. 12 fevral 2019. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
  2. "Kobi Marimi will represent Host Country Israel!". eurovision.tv. 12 fevral 2019. 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
Əvvəlki:
Netta Barzilay
"Toy"
İsrail Avroviziya Mahnı Müsabiqəsində
 

2019
Sonrakı:

Xarici keçidlər redaktə


Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024