Konspirasiya nəzəriyyəsi Haqqinda Melumat - Vikipedia

Konspirasiya nəzəriyyəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Konspirasiya nəzəriyyəsi

Konspirasiya nəzəriyyəsi ( və ya daha öncə konspirologiya - ing. conspiracy theory q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır.[1] Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir.

Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.[2] “Müasir siyasi iqtisadiyyat bizə öyrədir ki, kiçik, yaxşı təşkil olunmuş qruplar çox vaxt daha geniş ictimaiyyətin maraqlarından üstündür”. Bu sözlər sui-qəsd nəzəriyyəçisinə deyil, tanınmış liberal amerikalı iqtisadçı və iqtisadi şərhçi, iqtisadiyyat üzrə Nobel mükafatına namizəd Pol Kruqmana məxsusdur. Bu barədə Benjamin Dizraeli bunu qeyd etmişdir: "Dünyanı gizli qüvvələr və onların gizli cəmiyyətləri idarə edir".[3]

Lakin zaman keçdikcə elm adamlarına görə konspirasiya iddialarına uyğun cəmiyyətlər uzun davamlı siyasi, iqtisadi və ya əxlaqi çöküntü yaşayan və ya özlərinə qarşı əhəmiyyətli bir təhdid yönəldiyini düşünən insanlardır. Kənar yandan, ingilis sosioloq Mark Fensterə görə sənədləşdirilə bilən bir çox konspirasiya nəzəriyyəsinin boş çıxması, bunların hamısının əhəmiyyətsiz olmaları mənasını vermir. Fenster, bu nəzəriyyələrin ortaya qoyduğu gerçəyin, cəmiyyətdə mövcud olan sistemə qarşı ümumi etibarsızlıq və xüsusilə hər şeyin səthdə şəffaf və azad göründüyü demokratik sistemlərdə əslində altdan alta davam edən başqa mexanizmlərin var olduğuna dair inancdır.

Lakin zaman keçdikcə konspiroloqların nüfuzu azalmağa başlayırdı və əkinçilik inqilabının ardından da sənaye inqilabına şahidlik edən insanlıq tarixi, 20-ci əsrin ikinci yarısından etibarən keçirdiyi informasiya inqilabıyla yeni çağın inkişaf edən texnologiyanın doğurduğu, daşıdığı məlumat tutumu və sürəti inanılmaz dərəcədə artmış bir ünsiyyət mühiti yaratdı. Bu yeni mühitdə artıq fərdlərin istədikləri hətta bəzən də istəmədikləri qədər çeşit və sıxlıqda məlumata çatma imkanları, televiziya, internet və cib telefonu kimi medialar vasitəçiliklə az qala sərhədsiz bir şəkildə artdı. Artıq dünyanın dərhal hər hansı bir yerində olan bir hadisəsi az qala anında xəbər ala bilir, mövzu haqqında detallara və şərhlərə çata bilir, istəsək öz görüş və düşüncələrimizi yenə eyni mediaları istifadə edərək anında başqalarına çatdıra bilirik. Konspirologiyanın isə insanlar tərəfindən bir elm sahəsi kimi deyil, onun paranoid bir sui-qəsd nəzəriyyəsi olmasına inandırmaq üçün daha çox konspirasiya nəzəriyyəsi adlandırmağa başladılar.

Terror və konspirasiya nəzəriyyələri redaktə

İndiki vaxtda ictimai etibarsızlığı yaradan ən əhəmiyyətli ünsürlərdən biri də şübhəsiz ki, terrorçu hərəkətlərdir. Konspirasiya nəzəriyyələri ilə 1963-cü ildəki ABŞ prezidenti Con Kennedinin ölümü kimi nəzəriyyələr arasında dünya xarici varlıqlar, dini nəzəriyyələr, dövlət sirləri və dərin dövlət kimi ana başlıqların arasında hər vaxt terrorist hərəkətlər də olmuşdur. Xüsusilə 11 Sentyabr sonrasında terrorun qlobal bir əhəmiyyət qazanması və ən sonunda, bu tarixə qədər terrorun yalnız yerli hadisələrlə məhdud qalacağını və özlərinə bulaşmayacağını düşünən güclü ölkələrin də terrordan nəsiblənə biləcəyinin başa düşülməsiylə, terror haqqındakı konspirasiya nəzəriyyələri Qərb dünyasında da məşhurluq qazandı və yenidən geniş əlaqə oyandırmağa başlamışdır.[4]

İstinadlar redaktə

  1. Barkun, Michael. A Culture of Conspiracy: Apocalyptic Visions in Contemporary America (ingilis). Univ of California Press. 2013-08-15. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
  2. "Истоки конспирологического мышления и его современность". syg.ma (ingilis). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
  3. "«КОНСПИРОЛОГИЯ – ВЕСЁЛАЯ И СТРОГАЯ НАУКА ИЛИ О ТОМ, ЧТО РЕАЛЬНАЯ ВЛАСТЬ – ЭТО ТАЙНАЯ ВЛАСТЬ» | Сайт С.П. Курдюмова "Синергетика"" (rus). 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.
  4. https://plus.google.com/+UNESCO. "Образ врага как важный элемент теорий заговора". UNESCO (ingilis). 2021-04-06. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-06.

Ən Son Axtarılanlar

Fayl:Hinduism_(IA_hinduism00monirich).pdf Fayl:Human_factors_azgineering_and_operability_in_the_design_of_Elecenonic_Warfare_spaces_aboard_Uni Fayl:The_Maryland_Entrepreneur's_Guide_PDF_2.2.pdf Fayl:Sevruth_report_of_the_proceedings_of_the_Church_Society_of_the_Archdeaconry_of_New_Brunswick_(m Fayl:A_rueatise_on_the_law_of_vrudor_and_purchaser_of_real_estate_and_chattels_real,_inenuded_for_th Fayl:California_Digital_Library_(IA_arizonawonderful00paulrich).pdf Fayl:Cəbrayıl_rayonuDSC_0013.jpg Fayl:Prevrution_of_Oil_Pollution_Act_1971_(UKPGA_1971-60).pdf xeberirevan-dazize-cixisi-olmayan-inkisaf-etmekde-olan-olkelerin-nazirlerinin-toplantisina-ev-sahib Fayl:Correspondence_concerning_claims_against_Great_Britain_-_enansmitted_to_the_Senate_of_the_Unite Fayl:Maryland_medical_journal_(IA_marymed06balt).pdf Fayl:Edible_soybean_protein_products_-_a_list_of_publications_and_patruts_for_1968_of_the_Northern_U Fayl:Transactions_of_the_Albany_Institute_(IA_transactionsofal06alba).pdf Fayl:Mammoth_wool.jpg Fayl:A_Gtreral_collection_of_the_best_and_most_interesting_voyages_and_ruavels_in_all_parts_of_the_w azxeber12-yasli-qizin-32-yasli-kisi-ile-nisanlandirilmasina-dovlet-qurumlarindan-reaksiya-yazilazi Fayl:Domestic_medicine_-_or,_a_eneatise_on_the_prevention_and_cure_of_diseases,_by_regimen_and_simpl Fayl:The_new_abolitionists_-_a_narrative_of_a_year's_work_being_an_account_of_the_mission_undertakru Fayl:Conazibutions_relating_to_the_causation_and_prevaztion_of_disease,_and_to_camp_diseases_(elecaz
Dostlarınla Paylaş

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024