Kopenhagen FK Haqqinda Melumat - Vikipedia

Kopenhagen FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Kopenhagen FK

Danimarkanın eyniadlı paytaxtının futbol klubu

"Kopenhagen" (dan. Football Club København) — Danimarkanın eyniadlı paytaxtının futbol klubu.

Kopenhagen FK
F.C. København
Loqonun şəkli
Klubun tam adı Football Club København
Ölkə Danimarka Danimarka
Ləqəb(lər) Şirlər
Rəng(lər) goy
Yaranma tarixi 1992
Stadionu Parken
Tutumu 38065
Liqa Superliqan
2022/23 Çempion
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Klubunun əsası 1 iyul 1992-ci ildə qoyulmuşdur[1].

Uğurları redaktə

2017-ci ilə qədər 12 dəfə ölkə çempionu, 6 dəfə Danimarka çempionatının ikincisi olmuş; 8 dəfə ölkə kubokunu, 1 dəfə Danimarka Liqa Kubokunu, 3 dəfə isə Superkubokunun qalibi adını qazanmışdır[1].

Stadionu redaktə

 
Stadionu

"Şirlər" ləqəbini daşıyan komanda ev oyunlarını 38065 nəfərlik tutumu olan "Telia Parken" stadionunda keçirir[1].

Rəhbərlik redaktə

Klubun prezidenti Bo Riqard, baş məşqçisi isə 2013-cü ildən norveçli mütəxəssis Stole Solbakkendir[1].

Heyəti redaktə

Komandanın heyətində yerli oyunçularla yanaşı, Norveç, İsveç, Sloveniya, Serbiya, Paraqvay, Slovakiya, Çexiya və Kiprdən olan legionerlər də çıxış edir[1]. "Kopenhagen"in ən tanınmış üzvləri sırasında olan Uilyam Kvisti bundan əvvəl "Ştutqart", "Fulhem" və "Viqan" klublarında çıxış etmiş, 2007-ci ildən isə Danimarka yığmasının da şərəfini qoruyur[1].

1 iyun 2017-ci il tarixində yenilənib
Oyunçu Ölkə Əvvəlki klub Müqavilə
Qapıçılar
1 Stefan Andersen Danimarka  İspaniya  Betis 2014–2019
31 Robin Ulsen İsveç  Yunanıstan  PAOK 2015–2019
41 Kim Kristensen Danimarka  İsveç  Geteborg 2010–2018
Müdafiəçilər
2 Tom Hogli Norveç  Belçika  Brügge 2014–2017
3 Ludvig Augustinsson; İsveç  İsveç  Geteborq 2015–2019
5 Erik Johansson İsveç  Belçika  Gent 2016–2021
15 Mikael Antonsson İsveç  İtaliya  Bolonya 2014–2018
20 Nicolai Boilesen Danimarka  Niderland  Ayaks 2016–2020
22 Peter Ankersen Danimarka  Avstriya  RB Zalsburq 2014–2018
26 Jores Okore Danimarka  İngiltərə  Aston Villa 2016–2020
34 Mads Roerslev Danimarka  Klubun şagirdi 2017–2021
Yarımmüdafiəçilər
6 Uilyam Kvist Danimarka  İngiltərə  Atletik Uiqan 2015–2019
7 Benjamin Verbiç Sloveniya  Sloveniya  Sele 2015–2019
8 Uroş Matiç Serbiya  Avstriya  Şturm 2017–2021
14 Nicolaj Thomsen Danimarka  Fransa  Nant 2017–2021
16 Yan Greguş Slovakiya  Çexiya  Yablones 2016–2020
17 Kasper Kusk Danimarka  Niderland  Tvente 2015–2020
24 Youssef Toutouh Mərakeş  Danimarka  Vidovre 2011–2018
32 Danny Amankvaa Danimarka  Klubun şagirdi 2012–2018
33 Rasmus Falk Danimarka  Danimarka  Odense 2016–2020
39 Niklas Royker Danimarka  Danimarka  Silkeborq 2017–2019
Hücumçular
11 Andreas Cornelius Danimarka  Uels  Cardiff City 2014–2018
19 Federico Santander Paraqvay  Paraqvay  Guarani 2015–2020
23 Andriya Paveloviç Serbiya  Serbiya  Çukariçki 2016–2021
37 Yulian Kristoffersen Norveç  Norveç  Ern-Horten 2016–2017
Pieros Sotiriu Kipr  Kipr  APOEL 2017–2020
Baş məşqçi
Stale Solbakken Norveç  İngiltərə  Uolverhampton Uanderers 2013–2018

UEFA turnirlərində redaktə

"Kopenhagen" 2017-ci ilə qədər 4 dəfə Çempionlar Liqasının (2006/07, 2010/11, 2013/14, 2016/2017) qrup mərhələsində çıxış edib[1]. Komanda bunlardan birində 1/8 finala adlasa da, daha da irəli gedə bilməyib[1].

6 dəfə isə Avropa Liqasının (2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2014/15) qrup mərhələsində oynayıb. Bundan əlavə, 1 dəfə Çempionlar Liqasının qrupunda 3-cü yeri tutaraq, Avroliqaya düşmüş və həmin turnirdə 1/8 finala qədər irəliləmişdir[1].

2017/2018 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan "Kopenhagen", Sloveniyanın "Jilina" (3:1, 1:2), ardınca isə Makedoniyanın "Vardar" (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdırsa da, pley-off mərhələsindəki rəqibi Azərbaycan çempionu "Qarabağ"-a (0:1, 2:1) iki oyunun nəticəsinə görə məğlub oldu[1].

İstinadlar redaktə


Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024