Koryak muxtar dairəsi Haqqinda Melumat - Vikipedia

Koryak muxtar dairəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Koryak muxtar dairəsi

Koryak muxtar dairəsi (kory. Чав’чываокруг) — 1 iyul 2007 ilə qədər Rusiyanın uzaq şərqində yerləşən federal ərazi. Hazırda Kamçatka diyarının ərazisinə daxildir və Koryak dairəsi adlanır.

Koryak muxtar dairəsi.

Əvvəllər şimaldan Çukotka Muxtar DairəsiMaqadan vilayəti, cənubdan isə Kamçatka vilayəti ilə sərhəd olmuşdur. İnzibati şərkəzi Palana qəsəbəsi olmuşdur.

Tarixi redaktə

İnzibati ərazi 10 dekabr 1930-cı ildə yaradılmışdır

22 iyul 1934 ildə Kamçatka vilayətinə birləşdirilir[1].

İlk əvvələr ayrı izibati dairə olmuş və Dalnevostov Federal dairəsinə daxil edilmişdi.

23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.

1 iyul 2007-ci ildə Kamçatka vilayəti və Koryak muxtar dairəsi birləşdirilərək Kamçatka diyarı adlandırılmışdır. Dairənin adından muxtar sözü silinmiş və Koryak dairəsi adlandırılmışdır.

Coğrafiyası redaktə

Dairə fiziki baxımdan Kamçatka yarımadasının şimalında yerləşirdi. Ümumilikdə dairə vilayətin ərazisinin 60 % özündə cəmləyirdi. Dairənin ərazisinə materik torpaqlarından başqa Karaqinski adasıda daxil idi. Şərqdən Sakit okeana daxil olan Berinq dənizi ilə yuyulurdu. Dəniz boyu 1500 km sahil zolağına malik olmuşdur. Qərbdən Oxot dənizi ilə əhatələnir.

Dairənin mərkəzi olan Palans qədəbəsi ilə Moskva arasında 12866 km hava məsafəsi vardır.

İqlim redaktə

İqlimi sərtdir, subantartik qurşaqda yerləşir. Sahil zolağı dəniz rütübətli, daxili hissələr isə kontinentaldır. Qışda şaxtalı və qarlı, yayda isə qısa və rütubətli olur. Qışda −24 °S…−26 °S, yayda +12 °S…+14 °S olur. Yağıntının orta illik miqdarı 300–700 mm arasında dəyişir.

Ərazisibəsasən dağlıqdır. Burada tundra və meşə tundra ayılmışdır. Ərazisində minlərlə çay və göl vardır

Əsas çayları: Penjina (713 km), Talovka (458 km), Vıvenka (395 km), Paxaça (293 km), Apuka (296 km), Ukelyat (288 km). Göllər: Taloovskoye (44 km²), Palanskoye (28 km²).

Təbiəti redaktə

Faydalıı qazıntıları: Neft, Qaz, Daş kömür, Dəmir, əlvan metallardan isə Mis, Nikel, Qalay, qiymətli metallardan Qızıl, Plati.

İqtisadiyyat redaktə

Əsas sahələr: Balıqçılıq, Kənd təsərrüfatı, maralçılıq, elektroenergetika, nəqliyyat, turizm və hasilat sənayesi.

İnzibati-ərazi bölgüsü redaktə

 
Koryak MD rayonları

Rayonları redaktə

  • Karaginski rayonu (cənub-şərq)
  • Olyotorski rayonu (şimal-şərq)
  • Penjinski rayonu (şimal-qərb)
  • Tiqilski rayonu (cənub-qərb)


İstinadlar redaktə

  1. "О НОВОМ АДМИНИСТРАТИВНОМ ДЕЛЕНИИ ДАЛЬНЕВОСТОЧНОГО КРАЯ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.

Mənbə redaktə


Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024