Leto (mifologiya) Haqqinda Melumat - Vikipedia

Leto (mifologiya) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Leto (mifologiya)


Leto (yun. Λητώ miken yazılarında ra-to[1]) — yunan mifologiyasında[2] titan ilahə, KoyFebanın qızı[3], Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin ApollonArtemidanın anası[4].

Leto
q.yun. Λητώ
Mifologiya Yunan
Yunanca adı Λητώ
Cinsi qadın[d]
Atası Koy
Anası Feba
Bacısı Asteriya
Uşaqları Apollon, Artemida
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Koy
 
Feba
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
LetoAsteriya

Rəvayətə görə Zevs bildirçin cildinə girərək Letonun könlünü alaraq ona yiyələnir[5]. Zevsdən hamilə qalan və Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir. Apollon göz qırpımında böyüyərək aləmə nur saçır. Dünyaya gələn gündən üzən ada bir yerdə qərar tutaraq canlanır və bitki örtüyünə, gül-çiçəklərə qərq olur.

Doğuşdan sonra leto Likiyaya gələrək yerli əhalidən su istəyir, lakin əhali ona su verməmək üçün Melita gölünü bulandırırlar. Bunun əvəzində Leto onları qurbağalara çevirir[6].

Leto ana məhəbbəti və qayğısı rəmzi hesab edilir. XXXV Orfik nəğmə ona həsr olunmuşdur.

Xaos------>Geya------>Uran
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Titanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Okean
 
 
Krios
 
 
Hiperion
 
 
Teya
 
 
Temis
 
 
Feba
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kron
 
Koy
 
İapet
 
Reya
 
Mnemosina
 
Tefida
 
 


İstinadlar redaktə

  1. Предметно-понятийный словарь греческого языка. Микенский период. Л., 1986. С.143
  2. Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.51–52, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.259; Псевдо-Аполлодор. Мифологическая библиотека I 2, 2 далее
  3. Гесиод. Теогония 404–406; Диодор Сицилийский. Историческая библиотека V 67, 2
  4. Гесиод. Теогония 918–920
  5. Схолии к Пиндару. Пифийские песни Введ. // Лосев А.Ф. Мифология греков и римлян. М., 1996. С.412
  6. Овидий. Метаморфозы VI 339–381; Антонин Либерал. Метаморфозы 35, 4; Первый Ватиканский мифограф II 85, 1

Mənbə redaktə

  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024