Lisbern burnu Haqqinda Melumat - Vikipedia

Lisbern burnu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Lisbern burnu (ing. Cape Lisburne) — Alyaskanın Lisbern yarımadası, Çukot dənizi sahillərində yerləşən burun. Burun Poit-Houl qəsəbəsindən 64 km şimal-şərqdə yerləşir. Alyyaska Milli Dəniz qoruğu ərazisinə daxildir. İnyupiklər burunu "Uivaq" adlandırırlar. Avropalılardan isə burunu ilk aşkarlayan Ceyms Kuk olmuşdur. 21 avqust 1778-ci ildə burunu Lisbern olaraq adlandırmışdır. İnyupiklər burunbun ilk sakinləridirlər. Burunda vaxtı ilə epidemiya olmuş və çoxlu insan həlak olmuşdur. Bu səbəbdən əhali Ümid burnuna köçmüşdür. Ancaq hər yay bura qayıdaraq karibu ovlamış və dəniz quşlarının yumurtalarını toplamışlar. Burunda ABŞ HHQ aid radiolakasiya və rabitə stansiyaları yerləşir.

Lisbern burnu
Yerləşməsi
68°52′52″ şm. e. 166°12′36″ q. u.
Akvatoriya Şimal buzlu okean
Ölkə  ABŞ
Lisbern burnu xəritədə
Lisbern burnu
Lisbern burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə redaktə


Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024