Müzakirə:Azərbaycan dilinin dialektləri Haqqinda Melumat - Vikipedia

Müzakirə:Azərbaycan dilinin dialektləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Azərbaycan dilinin dialektləri

Ən son rəy:1 il öncə, Solavirum tərəfindən "Məskunlaşma" mövzusunda

Məqalədə bəzi dialektlərin yazılmaması redaktə

Cənab Asparux Xan, İrəvan dialekti coğrafi baxımdan qərb qrupuna aid olunur, lakin məqalədə siz onu cənub kimi göstərmisiniz. Həmçinin şimal qrupuna Qəbələ, cənub qrupuna isə Zəncan, Ərdəbil, Urmiya, Həmədan dialektlərini, qərb qrupuna Zəngəzur, Qars, Borçalı dialektlərini əlavə etmək olar. --Keete 37 (Farid Aliev) (müzakirə) 09:22, 7 aprel 2015 (UTC)Cavabla

Həmkar ruvikidə qarışıqlıq var: mən yalnız akademik Şirəliyevin hələki Azərbaycanda ən böyük iş olan əsərinin son versiya nəşri olan 1967-cildə çapının materialından istifadə etmişəm. Bundan əlavə akademikin misal 1947-ci ildə olan bəzi yazılarına da malikəm ancaq o zaman bu işlərə yeni başlanılmışdı və 1967-ci ildə çox böyk ölçüdə 1000-dən artıq (1445 tədqiqat materialı) material sintez olundu və məqalədə qeyd etdiyim qruplaşma ilə yekunlaşdı.--Asparux Xan Bulqar (müzakirə) 09:28, 7 aprel 2015 (UTC)Cavabla
Cənab Asparux Xan mən o zaman bir şeyi anlamadım - Türkiyənin Qars vilayətində və yaxud Gürcüstanın Kvemo-Kartli bölgəsində, ya da Dağıstanda yaşayan azərbaycanlıların dialektləri sizin məqalədə qeyd etdiyiniz qrupların hansılarına aid edilir? --Keete 37 (Farid Aliev) (müzakirə) 10:37, 7 aprel 2015 (UTC)Cavabla
Qarsda yaşayanlar əsasən (95%) Borçalı və Qazax bölgəsindən olduqları üçün danışdıqları şivələr də akademik Şirəliyev yekun qruplaşdırmasına əsasən Qazax dialektinə daxildir güneydən ikinci köçdə gələn keçmiş ayrımlı tayfasından olan qisimlərimiz isə bu tayfaya xas şivədə danışırlar. Dərbənd bölgəsi əhalisinin danışığı isə Quba dilaketi şivəsi hesab edilmişdir. Təsnifləndirmədə dialektik cəmlənməyə uyğun gəlməyən şivələr coğrafi olaraq makro qrupa daxil edilsə də ayrıca göstərilmişdir. Bəy həmdə ki, məqaləyə hələki mənbə seçimi ilə məşğulam, yəni hələ yazmağa davam edəcəm.--Asparux Xan Bulqar (müzakirə) 11:26, 7 aprel 2015 (UTC)Cavabla
Aydındır cənab Asparux Xan, mən o qədər də bu mövzuya bələd deyiləm. Siz məndən daha məlumatlısınız. Xəritə yarada bilərsinizmi? Məsələn alman dilinin bu cür xəritələri vardır - [1], [2] - bunlar çox gözəl xəritələrdir. Mən özüm bu cür xəritə yaradardım, sadəcə olaraq bizim dialektlərin konkret hansı əraziləri tutduğunu, hansı bölgələrdə başqa xalqlarla birgə işlədildiyini o qədər də yaxşı bilmirəm (məsələn Balakən rayonunda avarlar yaşayır - deməli bu rayonu biz tam rəngləmirik, yalnız ştrixləyirik, bu kimi kiçik nüanslar mövcuddur). Hər halda bu çox maraqlı bir mövzudur. Məqaləni yaratdığınıza görə təşəkkür edirəm. --Keete 37 (Farid Aliev) (müzakirə) 11:50, 7 aprel 2015 (UTC)Cavabla
Baza xəritə varımdır. AR-da olan dialektlərin akademik atlası var ki 128 xəritədən ibarətdir o da varımdır. Sadəcə konkret çaları olan məqalə yaza bilsəm ona uyğun commons kriteriyalarına uyğun xəritə hazırlamaq uzağı 1 gün vaxtımı alacaq. Mövzunu xatırlatdığınız üçün mən sizə təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 12:04, 7 aprel 2015 (UTC)Cavabla

İstinadlar redaktə

Mənbə siyahısı göstərilməsi kifayət deyil məncə. Konkret istinadlar verilsə daha yaxşı olardı. Uğurlar. --sefer azeri 11:42, 8 aprel 2015 (UTC)Cavabla

Səfər bəy özümdə olan - əlim çatan (onlayn) və bu məqaləyə uyğun məlumat-məzmunu olan ədəbiyyatları daxil edirəm siyahıya. Mənbələrin siyahısı hazır olandan sonra onların hər birindən konkret istinadları verəcəm sağlıq olsa.--Asparux Xan Bulqar (müzakirə) 07:52, 11 aprel 2015 (UTC)Cavabla

Məskunlaşma redaktə

Abutalub, məskunlaşma hissəsi çıxarılmalıdır deyə düşünürəm. Azərbaycanlıların məskunlaşması məqaləsi onsuz da var. --► Hörmətlə: SolaVirum 06:19, 11 iyul 2022 (UTC)Cavabla

Solavirum, o bölmə Azərbaycanlıların məskunlaşmasına birləşdirilsə yaxşıdır. Çünki həddindən artıq əziyyət çəkilib üstündə. Silinməsi ziyan olar.— Abutalub (müzakirə) 06:23, 11 iyul 2022 (UTC)Cavabla

Təbii ki, mən də silinməyin əleyhinəyəm. --► Hörmətlə: SolaVirum 06:31, 11 iyul 2022 (UTC)Cavabla
"Azərbaycan dilinin dialektləri" səhifəsinə qayıt.

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024