Müzakirə:Cek dili Haqqinda Melumat - Vikipedia

Müzakirə:Cek dili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Cek dili

Ən son rəy:13 il öncə, Proger tərəfindən "Cekili və PPərvizə müraciət" mövzusunda

Cek dilinin bu, bu, bubu mənbələrə əsaslanaraq Qrız dilinin ləhcələrindən biri adlandırılması qətiyyən doğru deyil. Həmin tədqiqatçıların heç birinin cek dilindən demək olar ki, xəbəri olmayıb. Tədqiqatlarını yalnız Qrız kəndində və yaxud da ümumiyyətlə Qubadan kənarda aparıblar. Cek kəndində olmadan, ceklilərlə ünsiyyətdə olmadan onlar tədqiqat aparmış və müəyyən şəxslərin maraqlarına əsasən Cek dilini Qrız dilinin ləhcələrindən və yaxud da dialektlərindən biri adlandırmışlar. --Cek Li Taran 05:20, 18 fevral 2011 (UTC)Cavabla

Qeyd olunan mənbələr kifayət qədər tutarlıdır. Hətta biri prezident kitabxanasının rəsmi saytından götürülüb. Siz nə təklif edirsiniz? Sizin dediyiniz fikirə tutarlı mənbəniz varsa siz də əlavə edin. Amma heç bir əsassız başqa tutarlı mənbələri çıxarmanıza ixtiyarınız yoxdur. Ona görə dəyişikliklərinizi geri qaytarıram. Tutarlı mənbə əlavə etdikdə dəyişərsiniz. Hörmətlə,-- Pərviz  06:33, 18 fevral 2011 (UTC)Cavabla

Həmin mənbələr yanlış informasiya formalaşdırır. Faktiki reallığın nə olduğunu çox gözəl bilirəm. Lakin həmin mənbələri də məqalədə qeyd edəcəyəm. Bir qədər səbrli olun. --Cek Li Taran 06:38, 18 fevral 2011 (UTC)Cavabla

O mənbələrin içərisində prezident kitabxanasının rəsmi saytından götürülən mənbə yoxdur. --Cek Li Taran 06:39, 18 fevral 2011 (UTC)Cavabla

http://www.elibrary.az/ Bu sayt prezident kitabxanasının deyilsə bəs sənin fikrincə haranın saytıdır?-- Pərviz  06:55, 18 fevral 2011 (UTC)Cavabla

HəY Bağışla, http://www.president.az/ ilə səhv saldım. --Cek Li Taran 07:01, 18 fevral 2011 (UTC)Cavabla

AzViki-də bütün tarixi məqalələr Qeybullayevin qeyri-akademik bir kitabı əsasında bütün yerdə qalan tarixçilər rədd edilərək yazılıb, hər kəs də məmnundur. Ancaq burda rəhmətlik Qeybullayevin birbaşa öz peşəsinə uyğun olan və tam akademik bir nəşr olan Г. А. Гейбуллаев. Топонимия Азербайджана kitabında göstərilən fakt doğru olmadığı bildirilir.--Melikov Memmedemail 07:51, 18 fevral 2011 (UTC)Cavabla

Крызы делятся на группы: хапутлинцы, крызы, ергуджы, элищы и джещы — соответственно по названию селений Хапут, Крыз, Ергудж, Элик и Джек. Языки этих групп отличаются диалектными особенностями.--Melikov Memmedemail 07:56, 18 fevral 2011 (UTC)Cavabla

Cek dilinin Qrız dilinin ləhcəsi olduğunu göstərən mənbələr var, əgər cek dilinin müstəqil dil olduğunu göstərən mənbələr təqdim edə bilmirsinizsə özbaşınalıq edib əlavələri geri qaytarmayın!--sefer 03:43, 19 fevral 2011 (UTC)Cavabla

Özbaşnalıq Siz edirsiniz. Niyə məhz 2 gündür yalnız bu məqaləyə müdaxilə edirsiniz? Çünki, bu mövzunun mənim üçün həssas olduğunu bilirsiniz və ona görə də mənə qarşı hücum edirsiniz. Большая Энциклопедия в 62 томах: Джеки — bu mənbə kifayətdir! Sizə daha yaxşı bildiyiniz sahələr üzrə işləməyi tövsiyyə edirəm. --Cek Li Taran 11:50, 19 fevral 2011 (UTC)Cavabla

Maraqlıdır Avropanın ən nüfuzlu alimlərindən bir neçəsinin, o cümlədən akademik Marrın adını çəkir, onların fikirlərinin əhəmiyyətsiz olduğunu qeyd edirsiz. Hansı mənbələrə əsasən? --sefer 03:52, 19 fevral 2011 (UTC)Cavabla

Bu mənbəyə əsasən: Vaqif Buduqlu-Piriyev, «Buduq və buduqlular», Bakı-1994 Heç kəs Vaqif Buduqlu qədər şahdağ xalqlarını yaxından tanımayıb!!! --Cek Li Taran 11:57, 19 fevral 2011 (UTC)Cavabla

Böyük Sovet ensiklopediyasında cek dilinin qrız dilinin ləhcəsi olmaması haqqında heç nə deyilmir, sadəcə ceklilərin bu dildə danışması göstərilir ki, bunu da danan yoxdu. Nəylə məşğul olcağıma isə özüm qərar verirəm. Bir də ki, bu mövzu heç də mənim məşğul ola bilməyəcəyim qədər dərin mövzu deyil. Əgər sizə qarşı hücum etdiyimi sübut edə bilməsəniz sözlərinizin təhqir kimi qəbul edilərək cəzalandırılmanızı tələb edəcəm. Deyəsən E-citizenə etdiyiniz hörmətsizliklərin cəzasız qalması sizi yaman ruhlandırıb axı!--sefer 03:56, 19 fevral 2011 (UTC)Cavabla
Vaqif Buduqlu hər kimdisə fikirləri akademik Marra qarşı qoyulacaq səviyyədə olmadığı ortadadır. Maraqlıdır, nədir bu adamın elmi dərəcəsi?--sefer 04:08, 19 fevral 2011 (UTC)Cavabla

Qiyasəddin Qeybullayevə və bəzi digər müəlliflərə görə isə cek dili Qrız dilinin ləhcələrindən biridir. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar. Mən başa düşmürəm bu nə cümlədir?! Bəlkə, Cekli829 sizə görə cek dili mövcuddur? Mənbələr təsdiq edir ki, bu dialektdir, vəssalam! Sovet ensiklopediyasına istinad edirsən, bəlkə sovet ensiklopediyasında yazıldığı kimi Köçərini erməni rəqsi kimi qeyd edək, necə fikirləşirsiniz? Kifayət qədər mötəbər mənbələr var, burada yeni dil kəşf etmək lazım deyil!-- Pərviz  12:12, 19 fevral 2011 (UTC)Cavabla

Artıq Sovet Ensiklopediyası da boş şey oldu?!→VagoMüzakirə 12:23, 19 fevral 2011 (UTC)Cavabla

Filoloq və linqvist olmasam da fikirimi bildirmək istərdim. Dil, din və miliiyyət məsələsi çox həssas məsələdir və bunlar haqqında fikir söyləyərkən çox ehtiyatlı olmaq lazımdır. Bu gün sovet mənbələrinə əsasən humanitar sahələr barəsində fikir söyləyərkən nəzərə almaq lazımdır ki, o dövrün nəticələri sovet ideologiyasına əsasən müəyyənləşirdi. Nəinki dialektlər, hətta qeyri-rus dilləri belə ancaq sovet sisteminin orientirlərinə uyğun gəlməliydi. Sovet dönəminin dil məsələsində məqsədi bütün dilləri titul dilin işərisində əritmək idi və bunu ilk növbədə kiçik dilləridən başlamışdı. Dillər, dinlər və milliyyətlər barəsində o dövrdə aparılan aparılan tədqiqatların yarımçıq, qqərəzli və qeyri-elmi olduğu müasir dövrdə dəfələrlə sübut olunubdur. Bu sahələrin tamamilə yerindən işlənməsi, dünya elmi tələblərinə cavab verən tədqiqatlat isə bugünlər Azərbaycanda geniş şəkildə aparılır.

Dostumuz Ceklinin mənsub olduğu cek etnik qrupu haqqında isə mənə elə gəlir ki, son söz onunku olmalıdır. Çünki, bizlərdən fərgli olaraq məhz o cek dilinin canlı daşıyıcısıdır və bu onun nəsil xətti vasitəsi ilə gedəcəkdir. Mümkündür ki, hal-hazırda bu dil haqqında tədqiqatlar hələ davam edir və ensiklopedik məsələdə hansısa həlqə hələ tam dolmur. Ancaq bu bizim Cekliyə, bu dilin canlı daşıyıcısına inanmamağımıza qətiyyən icazə vermir. --Acategory 14:55, 19 fevral 2011 (UTC)Cavabla

Onlarla adam tanıyıram ki, Azərbaycan dilinə türk dili demir. Yəni türk dilləri qrupundan olmayan deyir. Yəni... Absurd :). Son söz onlarındır? Burada da elə. Məlumdur ki, Cek dilinin başqa daşıyıcılarıda var. Bununla belə nə biz nə də onlar mənbə və istinad kimi göstərilə bilməz. Nə vaxtdan ensiklopediyada "canlı daşıyıcılar" mənbə olublar? Alimlər, dilçilər qalıb qıraqda? Con Klifton, Laura Lüxt, Mar kimi tədqiqatçılar bunu ləhcə olaraq qeyd edir. Burada problemli nə var? İddia mənbələr ilə sübut edilib. O üzdən də gəlin filoloq və linqvistlərin fikrinə istinad edək. --Proger danış 18:41, 19 fevral 2011 (UTC)Cavabla

Dünyanın heç bir filoloqu, dilçisi Şahdağ xalqlarının dillərini nə hərtərəfli araşdırmayıb, nə də bu haqda tam düzgün fikir söyləməmişdir. Şahdağ xalqları haqqında heç bir etnoqraf da lazımi tədqiqat aparmamışdır. Tarixçilərsə, ümumiyyətlə Şahdağ xalqlarının tarixini demək olar ki, tədqiq etməmişdir. Mən ixtisasca regionşünas olduğum üçün və xüsusi ilə də Şahdağ xalqlarını yaxından tanıdığım üçün və onların canlı nümayəndəsi olduğum üçün və bilavasitə uzun müddət bununla bağlı tədqiqat apardığım üçün əsl reallığın nə olduğunu və əsl həqiqətin nədən ibarət olduğunu Qiyasəddin Qeybullayev, Con Klifton, Laura Lüxt, Mar kimi tədqiqatçılardan da və həmçinin seferdən də çox yaxşı bilirəm. Vikipediyada əsl həqiqət əksini tapmalıdır. Vikipediyanın əsl fəlsəfəsi əsl həqiqətin nə olduğunu üzə çıxartmaqdır. Növbəti görüşlərimizdən birində bilavasitə hər birinizə Azərbaycanca—Cekcə lüğət hədiyyə edəcəyəm. Günü bu gün də o lüğəti Sizə verərdim. Amma təəssüf ki, hal-hazırda çapa hazırlanır. Hamınız yadınızda saxlayın: Əsl vikipediyaçı əsl həqiqətə xidmət etməlidir! --Cek Li Taran 05:29, 21 fevral 2011 (UTC)Cavabla

Deyəsən yuxarıda yazılanlanları yenə oxumadın... Ay qardaş sən mənbə deyilsən! Bunu başa düşürsən?! O boyda alimlərin üstündən keçib sənə, həvəskara istinad etmək Vikipediyanın qaydalarını yerli köklü pozur. AzViki klonunuz deyilki burda kefi istənilən kimi yazasınız. Bacara bilirsizsə digər vikipediyalarda da "Qrız dilinin dialektini" sözünü "Cek dili" edin. Cəfəngiyyat heç kimə lazım deyil.
P.S. Əlifbası olmayan bir dialektin lüğəti necə olur deyə bilərsiniz?-- Pərviz  10:59, 21 fevral 2011 (UTC)Cavabla

Başqa vikipediyada cek dilini dialekt edən elə sənsən də.... --Cek Li Taran 11:24, 21 fevral 2011 (UTC)Cavabla

Orada səsinin etdiyin bu vandalizmi qaytarmışam. Hansı ki sən orada başqa istifadəçi ilə redaktə müharibəsi aparmısan.-- Pərviz  18:07, 21 fevral 2011 (UTC)Cavabla

Dediyiniz Əlifbası olmayan bir dialektin lüğəti necə olur? deyə bilmərəm. Amma əlifbası olmayan bir dilin lüğəti necə olur? Bax bunu deyə bilərəm. --Cek Li Taran 11:28, 21 fevral 2011 (UTC)Cavabla

Buyurun deyin görək əlifbası olmayan "dilin" lüğəti necə olur.-- Pərviz  17:51, 21 fevral 2011 (UTC)Cavabla

Latın qrafikalı əlifba ilə. Və həmçinin səsli lüğət. Digər formaları da var. Məsələn: Video görüntü ilə və s. --Cek Li Taran 04:55, 22 fevral 2011 (UTC)Cavabla

Cekili və PPərvizə müraciət redaktə

  1. Hər ikinizi nəzakətli olmağa və polemika qayadalarını qorumağa çağırıram. Heç birinizə digəriniz haqqında etikasız danışmaq haqqı verilməyib.
  2. Fikirlər kəskin toqquşduğuna görə hər ikinizi bu məqalənin müzakirəsində iştirakınızı müvəqqəti olaraq dayandırmağa şağırıram.
  3. Vikipediyada fəallığınlız kifayət qədər yüksəkdir və bu səbəbdən kollektiv tərəfindən ən yüksək statusa layiq görülmüsünüz. Müvəqqəti olaraq bacarığınızı digər materiallarda göstərməyinizi istərdim.
  4. Bu polemika hərarəti göstərir ki, təcili surətdə Arbitrac Komitəsinin yaradılmasına ehtiyac vardır. Bu sahədə normativ sənədlər hazırlamaq və müvafiq təşkilatı işlər görmək üçün hamını fəaliyyətə çağırıam. Hamıya hörmətlə --Acategory 11:20, 21 fevral 2011 (UTC)Cavabla
Hörmətli Acategory, Sizin qeyd etdiyiniz kimi, bu mövzu həqiqətən həssasdır. Bir müqayisə ilə bu anlaşılır. Məsələn, hörmətli PPervizin "Bacara bilirsizsə digər vikipediyalarda da "Qrız dilinin dialektini" sözünü "Cek dili" edin." kimi müraciəti və buradan məntiqi sonuclanan "Cəfəngiyyat heç kimə lazım deyil." ifadələrindən bu qənaətə gəlmək olar ki, Xankəndinin də adını dəyişib Stepanakert etməliyik, çünki onun adını digər vikilərdə dəyişib Xankəndi etməyə nə savadımız, nə də mötəbər mənbəmiz çatmır, halbuki bu məsələdə haqlı olduğumuza 100% əminik?!→VagoMüzakirə 11:40, 21 fevral 2011 (UTC)Cavabla

Xankəndinin Stepanakert adlandırılması ilə azərbaycanlılar necə təhqir olunursa, Cek dilinin də ləhcə adlandırılması ilə ceklilər bir o qədər təhqir olunur. Kimsənin mənicekliləri təhqir etmək haqqı yoxdur! Hörmətli AcategoryVagoya dəyərli fikirlərinə görə və məni anladıqlarına görə təşəkkür edirəm! Ümumiyyətlə isə bundan sonra idarəçi seçəndə yaş məhdudiyyəti tətbiq etmək lazımdır. 26 yaşdan aşağı yaşı olan heç kəsi idarəçi seçmək düzgün deyil. --Cek Li Taran 12:58, 21 fevral 2011 (UTC)Cavabla

İlk növbədə onu bildirim ki, mövzuya nə Xankəndi nə də başqa bir şəhər aiddir. Burada söhbət dialektdən gedir və ona uyğun da misallar çəkilməlidir. İkinci məsələyə gəldikdə, Xankəndi olaraq qeyd edilir. Buna savadımız çatıb. Sadəcə söhbət de-faktodan gedir. Elə hey Azərbaycan üçün Xankəndinin hava durumununu bağırsınlar, buradan ora gedən yoxdur. Faktdır. Ümumilikdə isə ağlın yaşa aidiyyatı yoxdur. Cek dili nə Xankəndi nə də idarəçilər mövzusu ilə əlaqəsi yoxdur. O ki, qaldı araşdırmalara... İndi nə araşdırma varsa, var da. Əsas var ki? Baxaq araşdırmalara və mötəbər mənbələrə. Qiyasəddin Qeybullayev, Con Klifton, Laura Lüxt, Mar onların onlarla kitabları, dərəcəli, araşdırmaları və Tərxan Paşazadə ilə Əlhəddin Cekli onların jurnal və qəzetləri (əgər əlavə dərəcə, araşdırma və sair varsa qeyd edin). Mötəbərlik və etibarlılıq prinsipi göz qabağındadır. --Proger danış 16:26, 21 fevral 2011 (UTC)Cavabla

Marr deyirsən. Məqalədə Marra da istinad var: Н. МАРР : «Яфетические языки», Большая сов. энциклопедия, 1-е изд., т. 65, Москва : Сов. Энц., 1931, стр. 841. Daha ətraflı oxu: II. Северо-кавказские языки. А. Восточная ветвь — Дагестанская: а) лезгинские языки; 1) кюринский, 2) табассаранский, 3) агульский, 4) арчинский, 5) рутульский или мыхадский, 6) цахурский, 7) хиналугский, 8) джекский, 9) хапутский, 10) будухский, 11) крызский, 12) удинский; б) даргинский; və s... --Cek Li Taran 04:58, 22 fevral 2011 (UTC)Cavabla

Tərxan Paşazadə ilə Əlhəddin Ceklinin özlərinin kim olduqlarını bilmələri üçün və danışdıqları dilin hansı olduğunu bilmələri üçün Qiyasəddin Qeybullayev, Con Klifton, Laura Lüxt, Marr kimilərə ehtiyacı yoxdur. --Cek Li Taran 05:08, 22 fevral 2011 (UTC)Cavabla

Mövzuya Xankəndinin də aidiyyatı var, mövzuya Qarabağın da aidiyyatı var, mövzuya Nizami Gəncəvinin də aidiyyatı var. Çünki Vikipediyada əsl həqiqət əksini tapmalıdır. Həm bu məqalədə, həm də digərlərində. --Cek Li Taran 05:19, 22 fevral 2011 (UTC)Cavabla

Bilmək maraqlı olardı ki, qərb mənbələrində “cek dili” barəsində hər hansı isə, ətraflı bir məlumat var? Bəlkə orada bizim suallarımıza cavab verəcək bir elmi iş var.... --Gulustan 19:36, 21 fevral 2011 (UTC)Cavabla

Var [1],[2], [3], [4], [5], [6], [7], [8]. Üstəlik Azərbaycan prezidenti İlham Əliyevin xüsusi fərmanı ilə kütləvi tirajla çap edilmiş bir əsər daha [9]. Və bütün bu mənbələrdə də cek dilinin qrız dilinin dialekti olması qeyd edilir. --sefer 18:43, 22 fevral 2011 (UTC)Cavabla

1986-cı ildə Azərbaycan prezidenti İlham Əliyev idi? :))))) --Cek Li Taran 14:48, 22 fevral 2011 (UTC)Cavabla

Qrız dilinin cek dialekti bilirsənmi necə yaranıb? Bu dialektdə yalnız Cek kəndinə Qrızdan gəlin köçənlər danışır. --Cek Li Taran 14:52, 22 fevral 2011 (UTC)Cavabla

Göstərdiyin mənbələr yalnız qrız dilinin tədqiqinə aiddir. Onların heç birində iddian sübut olunmur. Hətta sənin göstərdiyin bu mənbədə belə yazılıb: Dialects: Kryts, Dzhek, Xaput (Khaput), Yergyudzh, Alyk. Dialects quite distinct; perhaps separate languages. --Cek Li Taran 14:55, 22 fevral 2011 (UTC)Cavabla

Ən maraqlı isə odur ki, göstərdiyin 8 istinadın 6-sı eyni sayta aiddir: www.ethnologue.com --Cek Li Taran 14:58, 22 fevral 2011 (UTC)Cavabla

Bircə prezidenti lağa qoyub gülməyin qalmışdı, onu da gördük. Nəyə güldüyünü anlamıram. Göstərdiyim bütün mənbələr cek dilinin qrız dilinin dialektlərindən biri olduğunu göstərir. Üstəlik sizin mənbə kimi göstərdiyiniz Böyük Sovet Ensiklopediyasında da bu cür qeyd olunub крызский или джекский [10]. İddianızın əksinə olaraq, heç bir mənbə cek dili adlı müstəqil bir dilin olduğunu göstərmir. [11], [12], [13]. Məqalədə göstərdiyiniz kitabları isə sabah Axundovda yoxlayacam. Çünki, bu qədər mənbənin əksinə olaraq kiminsə müstəqil cek dili olmağını iddia etməsi inandırıcı görünmür. --sefer 19:09, 22 fevral 2011 (UTC)Cavabla
Birincisi mən keçid olaraq saytı yox, saytda yerləşdirilən kitabları göstərmişəm. İkincisi saytında adından görüldüyü kimi etnik məsələlər üzrə ixtisaslaşmışdır. --sefer 19:14, 22 fevral 2011 (UTC)Cavabla

Mən sənin istinadıva gülürəm:))) Bu istinadda kitabın prezidentimizin xüsusi fərmanı ilə çap kütləvi tirajla çap edilməsi ilə bağlı heç bir qeyd yoxdur. Mən bunu mənbə kimi göstərməmişəm. Mən bunu mənbə kimi göstərmişəm. --Cek Li Taran 15:33, 22 fevral 2011 (UTC)Cavabla

Keçid olaraq göstərdiyin www.ethnologue.com saytında yerləşdirilmiş kitab(?)ların hamısında John M. Clifton imzası var. Yalnız 1 müəllif. Və o da belə yazıb: Dialects quite distinct; perhaps separate languages. --Cek Li Taran 15:36, 22 fevral 2011 (UTC)Cavabla

Yazmısınız ki, kiminsə müstəqil cek dili olmağını iddia etməsi inandırıcı görünmür. Bu iddia deyil. Reallıqdır. Nəinki, cek dili, həm də haput dili, əlik dili, yergüc dili də var. Mən həmin dillər haqqında da yaxın vaxtlarda ətraflı məlumat verəcəyəm. Şahdağ xalqları 7-dir. Və hər birinin də öz dili var. --Cek Li Taran 15:47, 22 fevral 2011 (UTC)Cavabla

Məqalədə olan bütün ciddi sayıla biləcək mənbələr “Cek dilinin” dil yox məhz dialekt olmasından xəbər verir. Yaxşı olar ki, siz öz fərziyyənizi təsdiq edən mənbələr tapasız, və bütün mənbələri tutuşdurub ortaq məxrəcə qələk. Ən azından məqalədə ayrıca bölmə yaradıla bilər, məsələn bu adla “Cek dilinin dialekt olması konsepsiyası” və yaxud Azvikidə bu haqda ayrıca məqalə yaradıla bilər. Amma hələ ki, “cek dili”nin dialekt olması barədə olan mənbələr daha inandırıcı və avtoritetlidir.--Gulustan 17:21, 22 fevral 2011 (UTC)Cavabla

Cek dili fərziyyə deyil. Bu reallıqdır. Mənbələrin olmaması isə Cek dilinin araşdırılmamasının məntiqi nəticəsidir. Amma buna baxmayaraq, az da olsa Cek dilinin varlığını sübut edən kifayət qədər mənbə var. Məsələn: Н. МАРР : «Яфетические языки», Большая сов. энциклопедия, 1-е изд., т. 65, Москва : Сов. Энц., 1931, стр. 841., Большая Энциклопедия в 62 томах: Джеки. Bunlar kifayətdir. Məqalədə ayrıca bölmənin yaradılması ilə bağlı irəli sürdüyünüz təklif isə maraqlıdır. Və bu təklifinizi dəstəkləyirəm. Bəli, “Cek dilinin dialekt olması konsepsiyası” fərziyəsi haqqında kifayət qədər mənbə var. Bu reallıq olmasa da kifayət qədər mötəbər mənbələrdə bu haqda bəhs olunur və bu baxımdan məqalədə də mən seferin qeyd etdiklərini saxlamışam. Amma o bölmənin adı necə olmalıdır: “Cek dilinin dialekt olması konsepsiyası” yoxsa “Cek dilinin ləhcə olması konsepsiyası”? Dəqiqləşdirin və mənə bildirin. Məqalədə bu haqda olan müvafiq qeydləri həmin bölmədə göstərim. Bu təklifinizin Cek dilinin tədqiqinə də böyük faydası olacaqdır. Təşəkkürlər! --Cek Li Taran 05:40, 23 fevral 2011 (UTC)Cavabla

Sizin yalnız bir müəllif deyə küçümsəməyə çalışdığınız prof. John M Clifton İndiana Universitetinin professorudur, üstəlik Azərbaycandakı dillər üzrə mütəxəssisdir. İsrarla bu alimin fikirlərinə istinad etməm onun akademik xarakteri daşımasından irəli gəlir. yəni sizin mənbə kimi göstərdiyiniz Buduqlu və sair belə səviyyədə alim deyil axı. Təkcə tədqiqatlarını nəzərdən keçirməklə [14] buna əmin olmaq olar. Heç yerli mənbə olan Q. Qeybullayevin səviyyəsində də deyil axı. Qeybullayevin kitabı 6 min tirajla I dəfə 2 min tirajla ikinci dəfə nəşr edilib. Sual olunur göstərdiyiniz Şahmurad Qrızlı və Buduqlunun kitablarının tirajı mini keçirmi? əminəm ki, yox. Bu cür kitablar adətən 100 - 200 tirajla çap olunub qohum - qonşuya paylanır. və belə kitabların avtoritet mənbə kimi təqdim edilərək onlar əsasında hansısa məqalə yazmaq doğru hal deyil. Üstəlik həminkitablardakı "fikirləri" rədd edən akademik mənbələr varsa bu heç yolverilməzdir. Yalnız bir müəllif deyib israr etməyin lütfən yüzlərlə mütəxəssisin zəhmətinin bəhrəsi olan BSE-də də qrız və cek dili eyniləşdirilir. Ona görə də məqalənin adının dəyişdirilərək Cek dialekti adlandırılmasını təklif edirəm. Cek dialektinin ayrıca dil olmasını iddia edən lokal və avtoritet xarakter daşımayan müəlliflərin fikirləri isə məqalədə əsas mənbələrdən sonra verilə bilər. --sefer 19:56, 22 fevral 2011 (UTC)Cavabla

Azərbaycan dili ilə türk dili arasında nə qədər fərq varsa, Cek dili ilə Qrız dili arasında da bir o qədər fərq var. Hətta ondan da çox. Elə isə Azərbaycan dilini də Azərbaycan dialekti adlandıraq. İstinad etdiyiniz John M. Clifton yalnız Qrız dilini araşdırıb. O, cek dilini və digər Şahdağ dillərini qətiyyən araşdırmayıb. John M. Clifton belə yazıb: Dialects quite distinct; perhaps separate languages. Bu onun həmin dillərlə bağlı tam araşdırma aparmadığını sübut edir. Tirajın isə heç bir aidiyyatı yoxdur. Leninin kitabları az qala milyon tirajla çap olunurdu. Elə indinin özündə də Qarabağla bağlı əleyhimizə olan külli miqdarda kitab var ki, kifayət qədər yüksək tirajla çap olunur. Nə yaxşı ki, John M. Clifton Xınalıq diliniQrız dilinin dialekti adlandırmayıb. --Cek Li Taran 05:30, 23 fevral 2011 (UTC)Cavabla

Ümumiyyətlə dil və dialekt arasındakı fərqlər elə də çox deyil. Bu adlandırmalar şərtidir elə tez-tez də dəyişir, bir çox amillərdən asılıdır. Aşağıdakı linklərdə görəcəyimiz kimi, bu məsələ barəsində birmənalı fikirlər yoxdur. [15]. Bir misal da göstərsəm, bu gün Bosniya dili adlı anlayış mövcudur. Ancaq çox uzaq müddət yox, cəmi iyirmi il bundan əvvəl bütün kitablarda o cümlədən ASE-də belə yazılmışdı "Bosniyalılar serb-xorvat dilinin ştokav dialektində danışırlar". Bu gün siyası reallıq nəticəsində həmin serb-xorvat dili 4 (serb, xorbat, Bosniya və Çernoqoriya dillərinə parçalanmışdır. İndi isə mötəbər qaynaqlara əsaslansaq, onda gərək Bosniya dili məqaləsinin adını Ştokav dialektinə dəyişdirək. --N KOzi 05:45, 23 fevral 2011 (UTC)Cavabla

  • Salam. Bu dilin qrız dilənə çox yaxınlığı qeyd olunmaqla Az vikidə müstəqil bir dil kimi qalmasında məncə heç bir qəbahət yoxdur.

Bu xalq haqqında araşdırmalar olduqca azdır. 35 milyondan çox azərbaycanlını ruslar tatar adlandırıbsa və tatar dilini azərbaycan dilindən fərqləndirə bilməyibsə onda Azərbaycanda yaşayan digər azsaylı xalqlardan heç danışmağa dəyməz. — Bu imzasız yazı Zergeroglu (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 10:02, 23 fevral 2011 (UTC)Cavabla

"Azərbaycanlı" adı bir millət adı kimi yalnız 35-ci ildə formalaşıb. Onda adımız türk idi. Digərlərindən (türklərdən) fərqləndirmək üçün tatarlar və ya qafqaz tatarları, həmçinin aderbayqanlı kimi qeyd edilirdi. Hamısı sənədlərdə var. Hər-halda az bir azdan əsr olacaq ki, ad oturuşub. Bunun mövzuya məncə dəxli yoxdur. Əgər bu gün adımız tatar və ya aderbayqanlı olsaydı, elə də yazacaqdıq. Bir də ki, gəlin mövzudan kənarlaşmayaq. Hazırkı mövzu ətrafında danışın, tatarlar, türklər, azərbaycanlılar bu başqa məsələrdir. --Proger danış 09:40, 7 mart 2011 (UTC)Cavabla
"Cek dili" səhifəsinə qayıt.

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024