Müzakirə:Daşlıçay ilçəsi Haqqinda Melumat - Vikipedia

Müzakirə:Daşlıçay ilçəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Daşlıçay ilçəsi

Ən son rəy: 11 il öncə, Acategory tərəfindən

Məqalənin işərisində " Daşlıçay rayonu " ifadəsi işlədilir. Türkiyədə "rayon" inzibati-ərazi vahidi varmı ?--Acategory (talk) 14:15, 21 may 2012 (UTC)Cavabla

Hörmətli Asparux Xan Bulqar. Türkiyədə "rayon" inzibati-ərazi vahidi yoxdur. Elə isə nədən hər yerdə "ilçə" sözünü "rayon" sözü ilə əvəz etdiniz ?--Acategory (talk) 14:33, 21 may 2012 (UTC)Cavabla

Hörmətli Asparux Xan Bulqar. Siz mənim Türkiyədə "rayon" inzibat-iərazi vahidi ilə bağlı sualıma cavab vermədiniz. Buna görə də məqalədəki "rayon" sözlərini "ilçə" sözü ilə əvəz edirəm. Etirazınız olarsa xahiş edirəm, redaktə etməmişdən əvvəl müzakirə səhifəsində yazasınız. Hörmətlə--Acategory (talk) 15:09, 21 may 2012 (UTC)Cavabla

Məqaləyə yerləşdirdiyiniz məlumatları yüksək qiymətləndirirəm. Yeganə fikir ayrılığımız "rayon" sözü ilə bağlıdır. Əgər mənim mövqemə etirazınız olarsa xahiş edirəm, onu dəyişməyə tələsməyin. Əvvlcə onu müzakirə səhifəsində araşdıraq. Hörmətlə --Acategory (talk) 15:22, 21 may 2012 (UTC)Cavabla

Bizim mübahisəmiz xarici ölkələrdən birində ərazi-inzibati vahidinin azərbaycan dilində yazılması ilə bağlıdır.--Acategory (talk) 15:27, 21 may 2012 (UTC)Cavabla

Bu qayda eyni ilə ing, rus, alman və s. dililli vikilərdə tətbiq edilir.--Asparux Xan Bulqar (talk) 15:34, 21 may 2012 (UTC)Cavabla

Dostum Asparux Xan Bulqar. Gəlin Siz məqalə yaradılmasını davam edin, o Sizdə yaxşı alınır. Ad məsələsini isə Siz məqaləni bitirəndən sonra müzakirə səhifəsində davam edək. Eyni zamanda digər dostlarımızın da fikirləri ola bilər. Söz verirəm ki, kimin arqumenti qalib gəlsə, ona da tabe olacağam. Hörmətlə --Acategory (talk) 15:42, 21 may 2012 (UTC)Cavabla

Əgər sadəcə olaraq redaktələrimizi geri qaytarsaq, idarəçi kimi məqaləni mühafizəyə qoymalı olacağam.--Acategory (talk) 15:44, 21 may 2012 (UTC)Cavabla

  • Hörmətli Acategory hədələməyə yəqin ki ehtiyyac yoxdur. Sizinlə təklifinizə görə razılaşaraq məqalənin adını sizin istədiyiniz kimi saxlayaraq içini dəyişməyi təklif edirəm. Bəzi istifadəçiləri müzakirəyə dəvət edərik və hörmətli həmkarlarımızın fikirlərini də nəzərdən keçirdikdən sonra məqalənin daxilinə tam anlayış dəyişikliyi etməyi təklif edirəm .--Asparux Xan Bulqar (talk) 15:50, 21 may 2012 (UTC)Cavabla
  • Bərpa və müzakirənin davamı üçün razılığınızı gözləyirəm . Hörmətlə !--Asparux Xan Bulqar (talk) 15:55, 21 may 2012 (UTC)Cavabla
Məqalənin adlandırılmasından müəyyən problem var. Türkiyə ərazisində yerləşən inzibati vahidlərin rayon adlandırılması səhvdir. Müxtəlif ölkələrdə inzibati ərazilərin müxtəlif adları vardır. Məsələn ABŞ-da ştat, İsveçrədə kanton inzibati vahidi var. İl və ilçə isə Türkiyədə olan inzibati vahidlər üçün istifadə olunur. Birdə Daşlıçay ilçesi adının əvəzinə Daşlıçay ilçəsi adını təklif edirəm. Hörmətlə:--Baskervill (talk) 17:52, 21 may 2012 (UTC)Cavabla
  • Hörmətli Acategory- siz asan olan etmisiniz : heç deyilsə dəyişikliyi geri qaytarmaqdansa məqalə daxilində olan dəyişikliyi saxlayıb rayon-ilçe dəyişikliyi edəydiniz ! Həm də müzakirə bitməmiş mühavizəyə keçdiniz---mən yəqin olmayandan artıq nəyisə yazmamışdım müzakirəyə...--Asparux Xan Bulqar (talk) 18:38, 21 may 2012 (UTC)Cavabla
"İlçe" Azərbaycan dilinə "ilçə" kimi transliterasiya olunur. Əslində gərək bu cür inzibati ərazi bölgülərinin adlarını öz ölkələrində olduğu kimi saxlayaq. Məsələn, İranda "ostan", "şəhristan", Suriyada "muhafaza" və bir sıra digər ölkələrin ərazi bölgülərini yazanda və kateqoriyalaşdıranda buna əməl etmişik. Polşada "voyevoda", İsveçrədə "kanton" ərazi bölgüləri var və biz də adlandıranda buna əməl etməliyik. Türkiyə ilə bağlı məsələdə qarışıqlıq var. Türkiyə vilayətlərinin kateqoriyalaşdırmasını əsasən mən aparmışam, amma mən də bizdə o vaxt mövcud olan standartı əsas götürmüşəm. "Əyalət", "vilayət", "il", "ilçə" - bu adlarda dəqiqləşdirmə aparıb, müzakirə edib sonra bütün Türkiyə inzibati əraziləri ilə bağlı məqalələrə tətbiq etmək lazımdır. "köy" "kənd" kimi verilməlidir. İntervikilərə də baxmaq lazımdır - bunun bizə böyük köməyi ola bilər.--Sortilegus (talk) 18:47, 21 may 2012 (UTC)Cavabla

Mühafizə lazımsız redaktə müharibəsinin qarşısını almaq və sakit şəkildə müzakirə aparmaq üçün edildi. Fikrimi yuxarıda bildirdiyimə görə onu bir daha təkrarlamaq istəmirəm. Hələ ki, dostlarımız xarici ölkələrdə olan inzibati-ərazi vahidlərinin adlarının (ştat, kanton, ostan, qraflıq, ilçe və s.) saxlanmasının tərəfdarı olduqlarını bildirirlər. Mühafizə 1 günlüyə edilib, müzakirələr tez yekunlaşarsa mühafizəni tez götürmək fikrindəyəm.--Acategory (talk) 19:39, 21 may 2012 (UTC)Cavabla

Müzakirəyə dəvət olunduğum üçün əhəmiyyətli olacağını düşünərək mən də fikrimi bildirmək istəyirəm. Mənim fikrim bəzi istifadəçilərimizin fikirləri ilə də üst-üstə düşür. Düşünürəm ki, xarici ölkələrdə olan inzibati-ərazi vahidlərinin adlarının orijinalının transliterasiya olunaraq saxlanılması əhəmiyyətli olardı. Həmçinin, inzibati-ərazi vahidlərinin adlarının hər biri haqqında məqalənin yaradılması da vacibdir. --►CEKde gəlsin 03:42, 22 may 2012 (UTC)Cavabla

Müzakirədə iştirak edənlərinin hamısı xarici ölkələrdə olan inzibati-ərazi vahidlərinin adlarının orijinalının transliterasiya olunaraq saxlanılması fikrini müdafiə edir. Digər fikirlər səslənmədiyindən və kəskin fikir ayrılığı yaranmadığından məqalənin mühafizəsini kənarlaşdırıram.--Acategory (talk) 03:55, 22 may 2012 (UTC)Cavabla

  • Məni əsas məqalənin içərisində olan məlumat maraqlandırır. Sizində icanizlə:
  • 1. İl---bizim dilimizdə el mənasını verir-----təklif edirəm vilayət adlandıraq.
  • 2. İlçə---bizim dilimizdə eldən kiçik oymaq mənasını verir---təklif edirəm rayon adlandıraq.
  • 3. Belde---türklərin şəhər yox kənd bələdiyyəsinə verdiyi addır---bizim üçün bunun əhəmiyyəti yoxdur, çünki bizdə bələdiyyənin şəhər və ya kənd tiplisi deyə kateqoriyaları yoxdur.
  • 4. İlçə deyilən ərazi bölgüsü şəhərə/qəsəbə və kənd rayonu mənasını verən bucaqlara ayrılır (kəndlərdən ibarət inzibati vahid bucaq adlandırılır)----bizim üçün bunun mənası olmamalıdır, çünki bizdə belə bölgü bənzərliyi və ya anlayışı yoxdur. Bu İrandakı kəndistan anlayışı ilə eynidir.----sadələşdirmə məqsədiylə təklif edirəm bu nəzərə alınması.
  • 5. Mezre dedikləri bir şey amma onun nə olduğunu mən də anlaya biilmədim daha doğrusu izhını tapa bilməıdim .
  • Ümumi təklifim belədi ki biz (İraha aid məqalələrdə olduğu kimi) məqalədə və ya Türkiyəyə aid girişdə vilayəti-rayonu-kənd rayonunun nəyə deyirik qeyd edək və bu bu qədər sadə məsələdir !--Asparux Xan Bulqar (talk) 18:32, 22 may 2012 (UTC)Cavabla

Bu və tip məqalələrin hazırlanmasında istifadəçi hörmətli Asparux Xan Bulqar-ın əməyini yüksək qiymətləndirirəm. Yuxarıda yazdıqları da kifayət qədər maraqlı və informativdir. Ancaq vikipediya ensiklopediyadır, ensiklopediyada isə ancaq olanı yazmaq qaydası var. Bu baxımdan xarici ölklərdəki inzibatiərazi vahidlərinin adını azərbaycanlaşdırmağa ixtiyarımız yoxdur. Hansısa dil vikipediyası bunu edə bilər. Ancaq bu nümunə yox, qayda pozuntusudur.

Hörmətli Asparux Xan Bulqar-un təklifini bir qədər genişləndirmək istəyirəm. Məqalədə adlar Türkiyədə olduğu kimi verilsin. Ancaq həmin adlar üzrə yeni səhifələr yaradılsın, kiməsə ilçənin, beldenin nə olduğu maraqlı olarsa keçid etməklə lazım olan informasiyanı ala bilər. --Acategory (talk) 05:26, 23 may 2012 (UTC)Cavabla

"Daşlıçay ilçəsi" səhifəsinə qayıt.

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024