Müzakirə:Gürcülər Haqqinda Melumat - Vikipedia

Müzakirə:Gürcülər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Gürcülər

Ən son rəy:11 il öncə, Verman1 tərəfindən "Nağıllar-Tarix" mövzusunda

Hello! The infobox needs to be updated. SilvioRusso (talk) 21:35, 23 noyabr 2012 (UTC)Cavabla

Nağıllar-Tarix redaktə

Gürcü tarixinə dair məlumatlar daxil edərkən erməni sayağı tarix yazma qaydasında yazılmış və təsdiqlənməyən məlumatları daxil etməkdən çəkinməliyik.--Asparux Xan Bulqar (talk) 11:19, 30 noyabr 2012 (UTC)Cavabla

"erməni sayağı tarix yazma qaydası" deyərkən nə nəzərdə tutulur? --Thunder Storm (talk) 11:37, 30 noyabr 2012 (UTC)Cavabla
Ermənilərə görə onlar indi Ermənistan adlanan yerdə Nuhun bura gəlişi ilə məskən salıblar. Gürcülər də iddia edir ki onlar meymun insana çevrilməyə başlayandan Gürcüstanda yaşayır......--Asparux Xan Bulqar (talk) 13:56, 30 noyabr 2012 (UTC)Cavabla
Bunun əksini sübut edən iddianız var? Varsa mənbəsi ilə birlikdə məqaləyə yerləşdirin. Ancaq mənbə göstərilən yazını məqalədən onun səhv olduğunu isbat etmədən silmək doğru deyil. --Thunder Storm (talk) 14:04, 30 noyabr 2012 (UTC)Cavabla
Hörmətli həmkar formalaşma bölümündə qeyd etdiyiniz cümlələrin hər biri güvənilən mənbə tələb edən fikirlərdir. Lütfən ya onları güvənilə bilinən mənbələrə (gürcülərə məxsus olmayan) əsasən dəyişin, ya da mən silmədən özünüz silin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 14:10, 30 noyabr 2012 (UTC)Cavabla
Mənbənin müəllifinin məhz etnik mənsubiyyətinə görə həmin mənbənin səhv olduğunu düşünürsənizsə, bu fikirlə qətiyyən razı deyiləm. Mənbənin etibarsız olması tam sübut olunana qədər bu yazıların məqalədə qalması məqsədəuyğundur. --Thunder Storm (talk) 18:38, 30 noyabr 2012 (UTC)Cavabla
Hörmətli həmkar etnik mənsubiyyətin təsdiqlənə bilən mənbəyə aidiyyatı olmadığını ikimizdə yaxşı bilirik. Siz hansısa Mədəniyyət evinin tarix kimi önəmli mövzuda yazdığı nağılı mənbə olaraq təqdim edirsizsə biz bunu necə qəbul edilə bilən saymalıyıq ?--Asparux Xan Bulqar (talk) 19:20, 30 noyabr 2012 (UTC)Cavabla
Hörmətli həmkar mən Gürcüstan Respublikasının hazırki Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşam. Bu ölkənin tarixi və xüsusiylə də bizim orada qalan qismimizin tarixi ilə dərindən maraqlandığım üçün deyə bilərəm ki, məqaləyə daxil etdiyiniz cümlələrdə zərrə qədər də olsa həqiqət yoxdur. Ancaq bunu sizin mənbədən (gürcü mədəniyyət evi) götürdüyünüzü görərək rica edirəm ki, belə hallarda tək mənbədən istifadə etməyəsiniz. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 19:29, 30 noyabr 2012 (UTC)Cavabla

Gürcüstan tarixi ilə maraqlanmağınız çox yaxşı haldı, əgər sizin hər hansı əks-arqumentiniz varsa onu məqaləyə daxil edin. Etibarlı mənbəyə əsaslanan yazını silmək vandalizm kimi dəyərləndirilir. Xahiş etirəm redaktə müharibəsini dayandırın. Mənim sualım isə cavabsız qaldı. Siz nəyə görə mənbəni məhz müəllifin etnik mənsubiyyəti gürcü olmasına görə etibarsız hesab edirsiniz? --Thunder Storm (talk) 09:43, 1 dekabr 2012 (UTC)Cavabla

Hörmətli Verman1 siz haqqımda yalnış təəssürata sahibsiniz, beləki məni mənbənin etibarlılığı maraqlandırır, müəllif gürcü olsa da olar. Məsələ burasındadır ki gürcü tarixçiliyi SSRİ qurulanadək nisbətən səhihliyə və adilliyə meyl edirdisə, əsası SSRİ vaxtı qoyulmuş hazırki məktəb təhrif və yalan üzərində xayali tarix yazmaqdadır, hətta öz dillərində olan arxivləri belə qəbul etməməkdədir. Bu cür kin-küdurət gürcülər kimi kiçik millətlərdə görülən əlamət olsa da son zamanlar bu hədsiz şəkil almışdır. Görünür mən özümdə olan Çar Rusiyası dövründə yazılmış kitablara yenidən nəzər yetirməli və avtoritet avropa və sair mənbələri yenidən tapmalıyam ki, siz yalan üzərində qurulmuş və mənbə göstərilmədən mədəniyyət evi saytında təbliğ edilən yalnış məlumatları viki-dən çıxarasız. Nəzərə alaraq xahişinizi yerə salmadan dəyiş-qaytar məsələsinə son qoyuram. Ancaq "Niyyətin hara mənzilin ora" məsələsini xatırlayaraq deyə bilərəm ki, siz görünür o yazılara inanmısız, yoxsa onun əksini təsdiqləyən digər məlumatları daha güvənilə bilinən mənbədən tapıb məqaləyə yerləşdirə bilərdiz. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:29, 1 dekabr 2012 (UTC)Cavabla
Əgər mənim yazdığım mənbənin etibarsız olması haqqında dəlil gətirə bilsəniz, o zaman məqaləni sizin istədiyiniz varianta qaytara bilərik. Hələ ki, o vaxta qədər məqalənin indiki formada qalması daha məqsədəuyğundur. --Thunder Storm (talk) 10:52, 2 dekabr 2012 (UTC)Cavabla
"Gürcülər" səhifəsinə qayıt.

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024