Müzakirə:Səfəvilərin əhalini şiələşdirməsi Haqqinda Melumat - Vikipedia

Müzakirə:Səfəvilərin əhalini şiələşdirməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Səfəvilərin əhalini şiələşdirməsi

Ən son rəy:1 il öncə, Wertuose tərəfindən "Məqalənin adının dəyişdirilməsi təklifi" mövzusunda

Məqalənin adının dəyişdirilməsi təklifi redaktə

Məqalənin adını "Səfəvilərin şiəliyi yayması" olaraq dəyişdirməyi təklif edirəm. Səbəb budur:

  • Çünki belə tarixi hadisələr adlandırılarkən daha çox "Ərəblərin İslamı yayması" kimi ifadələrdən istifadə edirik, "Ərəblərin əhalini müsəlmanlaşdırması" demirik.
  • Xarici vikipediyalarda bu məqalənin adlandırılmasında "Səfəvilərin İranda əhalini şiələşdirməsi" istifadə edilir. Bizdə "İran" sözü çıxardıldığı üçün qəribə bir ad ortaya çıxıb. Hal-hazırki addan məlum olmur ki, Səfəvilər hansı əhalini şiələşdirib. Öz əhalisini şiələşdirib, yoxsa, xaricə missionerlər göndərib? Əgər öz əhalisini şiələşdiribsə, söhbət xristianlardan da gedir mi?

Abutalub (müzakirə) 09:51, 15 oktyabr 2022 (UTC)Cavabla

Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Baskervill, Burocan, Drabdullayev17, Sura Shukurlu, Solavirum və digər təcrübəli istifadəçilərin fikir bildirməsini xahiş edirəm.— Abutalub (müzakirə) 09:53, 15 oktyabr 2022 (UTC)Cavabla

"Səfəvilərin şiəliyi yayması" də qəribə səslənir. Elə bil ki, öz əhalisini yox, hansısa fəthlər vasitəsilə yeni ərazilərdəki əhaliyə şiəliyi qəbul etdirib. Halbuki məqalə Səfəvilərin öz əhalisindən gedir. "Ərəblərin İslamı yayması" ona görə düzgün addır ki, ərəblər yeni ərazilərdə əhaliyə İslamı qəbul etdiriblər. Şiroi Akuma 10:21, 15 oktyabr 2022 (UTC)Cavabla
"Səfəvilərin əhaliyə şiəliyi qəbul etdirməsi" daha doğru addır, nəinki "Səfəvilərin şiəliyi yayması". Şiroi Akuma 10:28, 15 oktyabr 2022 (UTC)Cavabla
Mövzu ilə bağlı çox məlumatım yoxdur, amma "təbliğ etməsi" ifadəsi işlənə bilərmi? Digər halda "Səfəvilərin əhaliyə şiəliyi qəbul etdirməsi" məncə də ən doğru variantdır. — surə m 10:31, 15 oktyabr 2022 (UTC)Cavabla
"Əhaliyə" yerinə "əhalisinə" işlədilsə daha düzdür.— Abutalub (müzakirə) 10:38, 15 oktyabr 2022 (UTC)Cavabla
İslamın yayılması ilə əhalini şiələşdirilməsi arasında fərq böyükdür. İslam ilk çağlar yayılarkən vergi (cizyə) və ya təbliğatla, təşviq etməklə əhalinin daha çox aşağı təbəqəsində yayıldığı deyilir. İslam hər kəsin bərabər olması fikri ilə aşağılar arasında daha çox yayılırdı. Şiəlik isə məqalədən göründüyü kimi yuxarı təbəqələrdə mülkə sahib olmaqla yayılırdısa, aşağılarda bu daha çox zor tətbiq etməklə yayılmışdır. Üstəlik sünni alim və kadılar ya təqib olunmuş, ya öldürülmüş ya da Səfəvilərin hakim olduğu ərazilərdən kənara mühacirət etmişlər. Yaymaq düşünürəm ki, bu məsələdə düzgün ifadə deyil. “Səfəvilərin əhalisini şiələşdirməsi” sonucda daha düzgün ola bilər. Faktiki Səfəvilərin Çaldıran döyüşündəki məğlubiyyətdən sonra şiəliyi müridləri vastəsi ilə yaymasının qarşısı alınmışdır. Bu səbəbdən şiəlik ancaq Səfəvilərin sahib olduğu ərazilərdə tətbiq edilərək hakim mövqeyə gətirilmişdir.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 21:24, 15 oktyabr 2022 (UTC)Cavabla
Məncə adı elə bu cür qalsa, daha yaxşı olar. İntervikilərə də baxsaq, bizdəki adlandırmaya yaxın addan istifadə edildiyini görə bilərik. Onlarda "Səfəvilərin İranı şiələşdirilməsi" yazılıb, bizdə də belə qalması normaldır.--Wertuose (müzakirə) 06:31, 18 oktyabr 2022 (UTC)Cavabla
"Səfəvilərin əhalini şiələşdirməsi" səhifəsinə qayıt.

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024