Müzakirə:SSRİ hökumət başçılarının siyahısı Haqqinda Melumat - Vikipedia

Müzakirə:SSRİ hökumət başçılarının siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:SSRİ hökumət başçılarının siyahısı

Ən son rəy:9 il öncə, Kim Yushin tərəfindən "SSRİ hökumət başçılarının siyahısı məqaləsi barədə" mövzusunda

SSRİ hökumət başçılarının siyahısı məqaləsi barədə redaktə

Hörmətli Kim Yushin. Sizin redaktə etdiyiniz SSRİ hökumət başçılarının siyahısı məqaləsindəki axırıncı redaktələrinizi geri qaytardım. Çünki, redktələrinizdə xeyli çatışmamazlıqlar vardı.

Çatışmamzlıqlar aşağıdakılardır:

  1. Məqalə SSRİ hökumət başçılarının siyahısı adlansa da, faktiki olaraq SSRİ hökumət başçıları məzmununda qurulub.
  2. Məqalə SSRİ hökumət başçılarına həsr edilsə də , əvvəlki vəzifə Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Komissarları Şurasının Sədri, sonrakı vəzifə isə Rusiya Federasiyasının baş naziri kmi göstərili,r bunun isə məqaləyə heç bir aidiyyatı yoxdur.
  3. Siz məqalənin əsas adından sonra vəzifənin rusca adını göstərirsiniz. SSRi-də dövlət dili anlayışı olmayıb, bu səbəbdəb həmin ölkədə yaşamış 170 xalqdan vəzifənin adının ancaq bu dillərdən ikisində gösətməyiniz düzgün deyil. Vəzifə adı ya ancaq azərbaycanca göstərilməli, ya da 170 dildə təkrarlanmalıdır.
  4. Azərbaycan dilində ay adı böyük həriflə yazılmır və ildən sonra mütləq şəkilçi yazılmalıdır ki, siz bunları etməyibsiniz.
  5. Siz (Aleksey Kosıgin, Nikolay Tixonov və Ivan Silayev) istefa verdiklərini göstərirsiniz. Ancaq onlar istafa verməyiblər, vəzifədən azad ediliblər.
  6. Vladimir Leninin hökumət başsısı kmi inaqurasiyası keçirilməyib, ümumiyyələt SSRİ dövründə inaqurasiya praktikası mövcud olmayıb.
  7. Vladimir Lenin hökumət başçsı kimi fəaliyyət göstərəkən partiya rəhbəri olmayıb, rəhbərlərdən biri olub.
  8. SSRİ-də hökumər azərbaycan dilində Nazirlər Şurası yox, Nazirlər Soveti adlanıb.
  9. SSRİ-də "baş katib" vəzifəsi olmayıb.
  10. İvan Silayev 1991-ci ildə 126 gün kabinetdə qalmayıb, bu müddətdə nazirlər kabinetinə rəhbərlik edib.
  11. "Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi" cümləsi elmi ifadə deyildir.

Bu səbəblrdən mən məqalənin başlığını yenidən işləməyi qərara aldım. Ancaq Siz redaktələrimi geri qaytaraq öz variantınız bərpa etdiniz. Mən redaktələrimi bərpa edirəm və məqaləni yenidən işləmək istəyirəm.

Əgər Siz redaktələriniz yenidən geri qaytarsanız, məsələyə digər idarəçilərin münasibət bildirməsini arzu edəcəyəm. Hörmətlə --Acategory (talk) 13:53, 1 noyabr 2014 (UTC)Cavabla

Salam, mən sadəcə məqaləni ingilis dilindən azərbaycan dilinə tərcümə edirəm. Bu məqalə üzərində işimi davam etdirəcəm. Sizin dediyiniz bu faktları da ingilis dilini seçilmiş siyahısından götürmüşəm: inaqurasiya, "Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi" və s. Əgər bir narazılığınlz varsa öncəliklə ingilis vikidə bunun nuyə belə yazıldığını və bu siyahının necə seçilmiş statusu aldığını fikirləşin . Sizin etdiyiniz dəyişiklikləri saxlayaraq başlıq mətnini geri qaytaracam. Əgər başlıq mətnində hansısa cümlənin düzgün olmadığını fikirləşirsinizsə daha dolğun olaraq cümləni dəyişə bilərsizş Ancaq başlıq mətninin qaytarılması vacibdir. İnciməyin Bir dənə də səh olub. O cədvəli sizin hazırladığınızı bilmirdim. Mən elə bildim o digər hesabın əlavəsidir Bağışlayın.Kim Yushin (talk) 15:18, 1 noyabr 2014 (UTC)Cavabla

Hörmətli Kim Yushin. Vikipediya kollektiv əməyin məhsuludur. Məqalənin ingilis versiyaında səhvlər çoxdur, ona görə də rus versiyasından istifadəyə üstünlük verdim. Ancaq ingilis versiyasınının da shəvlərini düzəltməklə istifadə etmək olar. Hörmətlə --Acategory (talk) 16:54, 1 noyabr 2014 (UTC)Cavabla


O zaman başlıq mətnindəki səhvləri düzəldin Ancaq məqalənin başlığının silməyinKim Yushin (talk) 16:59, 1 noyabr 2014 (UTC)Cavabla

Kolleqalar! Əvvəlcə hər ikinizi salamlayıram. Hörmətli Acategory xeyli irad bildirdi. Hamısı doğru olmasa da, əksəriyyəti doğrudur. Doğru olmayan budur ki, Aleksey Kosıgin vəzifədən azad edilməyib, sadəcə pensiyaya çıxıbdır, rəsmən öz xahişi ilə. Baş katib vəzifəsinin olmaması barədə dediyi də doğru deyil. Respublikalarda və royon-şəhərlərdə 1-ci katib idi, Sov.KPMK-da isə baş katib. Məqalənin əsas adından sonra vəzifənin rusca adının göstərilməsinə qarşı çıxmağı üçün isə heç bir əsas yoxdur. İngilis dilində də belədir. Rus dili SSRİ-nin faktiki dövlət dili idi. Əslində bunun heç dəxli də yoxdur. Mütləq rusca variant göstərilməlidir, necə ki digər intervikilərdə göstərilir. Məncə məqalə rus dilindən tərcümə olunsaydı, tərcüməsi daha dəqiq alına bilərdi. Qeyri-dəqiq ifadələr hələ çoxdur. Flankəsin hökuməti, nə bilim nə... Belə şeylər Sovet sistemi barədə məlumatı olanlar üçün gülməli görünür... — Bu imzasız yazı 94.20.242.113 (m) tərəfindən əlavə edilib;

Fikirlərimə bir də aydınlıq gətirmək istəyirəm.

  1. Aleksey Kosıgin istefa verməyib, vəzifədən azad edilib. Onun necə azad edilməsi artıq dəqiqləşdirmədir.
  2. SSRİ-də, yəni dövlətdə Baş katib vəzifəsi yox idi, həmin vəzifə ictimai, yəni qeydrui-dövlət təşkilatı olan Sov. İKP-nın MK-sının Baş Katibi var idi. Konstitusiyada olmayan vəzifə dövlət vəzifəsi sayıla bilməz.
  3. Rəsmi şəkildə rus dili dövlət dili olmadığına görə o dildə adın təkrarlanması düzgün deyil. Məqalənin ingilis dili versiyasında məqalənin adının rus dilində verilməsi, digər dillər üçün məcburi ola bilməz. Hörmətlə --Acategory (talk) 19:11, 1 noyabr 2014 (UTC)Cavabla

Acategory, bütün dedikləriniz doğrudur. Ancaq məqalə o qədər redaktə edilib ki, Baş katib hissəsi itib. Bərpa edə bilsəm, o hissəni düzəldəcəm.Kim Yushin (talk) 19:17, 1 noyabr 2014 (UTC)Cavabla

Hörmətli Kim Yushin. Siz redaktəni bitirəndən sonra mən öz redaktələrimi edərəm. Sizin zəhmətinizə hörmətlə yanaşacağam. Əgər nə isə sual doğursa birlikdə müzakirə edərik. Hörmətlə --Acategory (talk) 19:25, 1 noyabr 2014 (UTC)Cavabla

Hörmətli Acategory. Kosigini Əfqanıstan məsələsinə görə işdən çıxarılması iddia olunur. Amma rəsmən öz ərizəsi ilə işdən çıxmışdır. Bunu mərhum Heydər Əliyev də deyirdi, deyirdi, ona dedilər ki səhhətin qaydasında deyil, daha işləyə bilməzsən, məsləhətdir ki işdən çıxmaq barədə ərizə yazasan, o da yazdı... Konstitusiyada Kommunist partiyasının SSRİ-nin aparıcı partiyası olması barədə maddə vardı. Səhv etmirəmsə 7-ci maddə. Brejnev bir 10 il yalnız Baş Katib vəzifəsində olsa da SSRİ-nin rəhbəri idi. Dövlət dili məsələsində isə SSRİ yaranan illərdə nəinki SSRİ-də, bir çox xarici ölkələrdə, məsələn Macarıstanda və s. o cümlədən Azərbaycan SSR-də dövlət dili yox idi. Yəni Konstitusiyada dövlət dili maddəsi yox idi. Vikipediya məqaləsi istifadəçiyə nə qədər geniş məlumat versə, daha yaxşı deyilmi? Odur ki, məqalə adının rusca versiyası mütləq məqalədə göstərilməlidir. Başqa sözlə məqalə adının rus versiyasının məqalədən çıxarılmasına heç bir əsas yoxdur. Olsa daha yaxşıdır, olmasa yaxşı deyil, gəlin məsələyə bu nöqteyi nəzərdən yanaşaq. Siz hansı variantı istəyirsiniz? Olsa daha yaxşını, ya olmasa yaxşı deyili?

Hörmətli Kim Yushin. Siz mənim bu redaktəmi geri qaytarmısınız. Lütfən səbəbini izah edə bilərsinizmi? Əgər sizin göstərdiyiniz kimi, SSRİ hökumət başçısı SSRİ dövlət başçısına tabe idisə, onda dövlət başçısının kim olduğunu da göstərməli idiniz: SSRİ Ali Sovetinin rəyasət heyətinin sədri və həm də əlavə etməli idiniz ki bu postda Sov.MK-nın baş katibləri otururdular. Əgər mənimlə razşlaşmırsınızsa, imkan daxilində səbəbini izah edin.


Salam. xahiş edirəm əvvəlcə qeydiyyatdan keçin ekranın sağında hesab yaratmaq üçün nə etməli olduğunuz yazılıb. Siz tarix mövzusunda məndən daha biliklisiniz. Daha sonra məqalələrə müdaxilə edin.Kim Yushin (talk) 18:57, 2 noyabr 2014 (UTC)Cavabla

Hörmətli Kim Yushin. Vikipediyada anonim fəaliyyət göstərməkmək, yaxud istifadəçi adı ilə fəaliyyət göstərmək hər bir istifadəçinin öz istəyindən asılıdır. Yəni məcburi deyil, heç bir məhdudiyyət də yoxdur. Mən pasiv istifadəşiyəm, vikipediyada fəaliyyət göstərmək istəmirəm, təsadüfən bu məqaləni oxudum, uyğunsuzluqların aradan qaldırılmasına yardımçı olmaq istədim. Ona görə sizə sual verdim. Amma siz mənim sualıma cavab vermədiniz. Tarix sahəsində isə heç də özümü sizdən bilikli hesab etmirəm, sadəcə yaşlı nəslin nümayəndəsiyəm, siz yaşamadığınız dövrlərdə yaşamışam, ona görə bəzi şeyləri, yəni SSRİ-nin dövlət quruluşunu az-çox bilirəm.

Mən məqaləni tam tərcümə edib qurtarmadığım üçün geri qaytarmışdım. İndi istəsəniz redaktələrinizi edə bilərsiz.Kim Yushin (talk) 19:23, 2 noyabr 2014 (UTC)Cavabla

Məqalədə hələ çox resdaktəyə ehtiyac var və xeyli dəqiqləşdirmə aparılmalıdır, cədvəldə sonuncu stunu boş saxladım, kabinet heç uyğun gəlmir, həm də kabinetlər barədə informasiyanı da tapa bilməyəcəyik, bəlkə həmin stuna Ruvikidəki kimi partiyalığını yazaq? Mən bir az yoruldum, hörmətli Acategory, siz də məqaləni redaktə edəcəyinizə söz vermişdiniz, buyurun, növbə sizindir.
"SSRİ hökumət başçılarının siyahısı" səhifəsinə qayıt.

Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024