Müzakirə:Traktor FK Haqqinda Melumat - Vikipedia

Müzakirə:Traktor FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Traktor FK

Ən son rəy:4 il öncə, Mələk Yusifqızı tərəfindən "Forma" mövzusunda

İngilizcə Tractor kəlməsinə Təbriz də Tirəxtur deyilir. Başqa tərəfdən Güney Azərbaycan da Farsca uslubla Teraktorsazi yerinə Təbrizlilərin ağzı ilə uyğun olan Tirəxtur deməyə şiddət ilə israr olunur. --KiViki 10:08, 14 Sentyabr 2010 (UTC)

Azərbaycan dilinin düzgün yazılışına görə ya "Traktorsazi", ya da "Traktor Sazi" olmalıdır. Dilin şivələrinə uyğun olaraq bir söz bir neçə variantda işlənə bilər. Məsələn, quzeydə də Bakı və Şəki şivələri bir-birindən fərqlənir. Amma vikipediyada Azərbaycan ədəbi dili əsas götürülür. Hörmətlə:--Sortilegus 13:59, 14 Sentyabr 2010 (UTC)

Burada "Traxtur" kimi qeyd edilir. --Proger danış 17:34, 14 Sentyabr 2010 (UTC)

Orda elə giriş hissəsində "Traktorsazi" yazılıb, içində qeyd edilib ki, Təbrizlilər öz şivələrində "Traxtur" deyirlər. --Sortilegus 15:20, 15 Sentyabr 2010 (UTC)

Hə. Onu demirəm. "Tirəxtur"-a görə deyirəm. — Bu imzasız yazı Proger (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Tirəxtur yoxsa Traxtur hər ikisi də deyilir. Ancaq k yerinə x (خ) demək unudulmur. Neçə şəkil: 1, 2, 3, 4 --KiViki 00:06, 24 Sentyabr 2010 (UTC)

Bu klubun sponsoru Təbriz şəhərində yerləşən və traktor istehsal edən zavoddur. Sponsorun adına uyğun olaraq klub Traktorsazi adlandırılıb. Azərbaycan dilinin orfoqrafiya lüğətlərində nə vaxt "traktor" sözünü "tirəxtur", "traxtur" sözünə əvəz edərlər, onda biz də burda belə yazılışdan istifadə edərik. Şimali Azərbaycanın əksər bölgələrində əhali traktora "traxtor" deyir. İndi bu o demək deyil ki, biz bu maşın haqqındakı vikipediyada mövcud olan məqalənin → Traktorun adını dəyişib "traxtor" qoymalıyıq. Dilin yazılış qaydalarına riayət etməliyik və əsas ədəbi dilə istinad etməliyik.--Sortilegus 20:04, 29 Sentyabr 2010 (UTC)

İntervikilərdə Traktorsazi göstərilib. Və bu komandanı da mən həmişə Traktorsazi olaraq tanımışam. --Cekli829 10:53, 30 sentyabr 2010 (Cek vaxtı ilə)

İndiyə qədər Təbriz də heç kim bu komandanı Traktorsazi adı ilə alqışlamayıb. Bu komandanın əsas gücü və adlanmağının nədəni bu komandanı Futbol klubundan üstün sayan milyonlar Azərbaycanlıdırlar və İran da Türk dilinin yasaq olmağa görə mali Sponsorun da adı rəsmi olaraq Farsca yazılır. Sizin bu adı Farsca uslub la yazmaq Güney Azərbaycan da yüz minlər yandaşın marağının tərsinə dir. Biz burda yaşayarıq və istadiomlarda hamı Tirəxtur ya Tiraxtur səslir, ancaq Azərbaycan Türklərinin X söyləməkləri ya Traktorsazi deməməkləri, burda Türklərin anadilini yasaqlandıranların tərəfindən qarşılanır. Ama yazılarda da bu qadağını qoymaq mümkün olursa da minlər insanın dilinə qıfıl vurmaq olmaz. Eybi yox siz də qoşulun Güney Azərbaycan Tirəxturu əleyhinə olan propaqandaya. Siz nədən minlər luğət və sözcük arasında yapışıbsınız bundan? Bu bir dənə luğət ilə sizin respoblika da ki rəsmi dələ heç zad olmaz. Cekli829 yə də deyim ki İnterviki də kiləri də Fars ırqçılar kölgəsi altında və əlbəttə Azərbaycan Türkcəsində Tirəxtur yaranandan sonra onlar da yaranıblar. --KiViki 11:40, 4 Oktyabr 2010 (UTC)

Hörmətli KiViki. Mən şəxsən uzun illərdir ki, Traktorsazi azarkeşiyəm. Və hər zaman da bütün mətbu orqanlarda və digər KİV-lərdə Traktorsazi yazıldığının şahidi olmuşam. Düzdür, Təbrizdə - Traktorsazinin stadionunda heç vaxt olmamışam. Amma heç şübhə etmirəm ki, oradakı tabloda da Traktorsazi yazılıb. Çünki klubun rəsmi adı belədir. Xatırlayım ki, Azərbaycan dilində Traktor sözü də var, Saz sözü də var. İ hərfinin də əlifbamızda öz yeri var. Amma nə Tirəxtur, nə də Tiraxtur sözləri yoxdur. Yeri gəlmişkən Traktorsazi çox gözəl addır. Azərbaycan milli futbol komandasının oyunçularından da transfer etsəydilər çox yaxşı olardı... --Cekli829 17:06, 4 oktyabr 2010 (Cek vaxtı ilə)

Sayın Cekli, siz uzaqdan azarkeş olsaz biz yaxından və Təbrizdən yandaşlıq edirik. Mən day bilmirəm nəcür subut edəm. Bu videoların görməyi yetərlidir: 1, 2 Bunu da deyim, yuxarı da dediyim kimi bu ad qonusunda gözəllək önəmli dəyil. Burda Türklər X deməklə istəyirlər öz dillərinin fərqli olmağını dünyaya bildirsinlər. Xahiş edirəm bu səhifənin adına görə bizə aəziyyət verməyin. --KiViki 12:24, 4 Oktyabr 2010 (UTC)

Redirectləri yetərli hesab edirəm və onları silmirəm. --Cekli829 18:08, 4 oktyabr 2010 (Cek vaxtı ilə)

Mən fikr elirəm biz güneylilər ilə sizin həsasiyyətlər çox fərqlidir. Siz bunu başa düşmək için bir dəfə Təbrizə gəlməlisiniz. Yazmaq ilə olmur. Bu səhifəni redaktə üçün açın lütfən(yanı bu səhifəni ilk dəfə yaradan, onu redaktə etməyə haqlı dəyil mi?!), adını dəyişdirməkdən vaz geçdim. Bu da qalsın ki burda muxalif və muvafiqlərin sayısı 2-2 (50%-50%) dir. --KiViki 05:49, 5 Oktyabr 2010 (UTC)

Mühafizəni kənarlaşdırdım. Amma xahiş edirəm, adını dəyişdirməyin. --Cekli829 10:57, 5 oktyabr 2010 (Cek vaxtı ilə)

Hörmətli, KiViki, məqalənin adı düzgündür. Çünki Azərbaycan Respublikasında ədəbi Azərbaycan dilinin qaydaları işlənir. Həmin qaydalara görə isə sizin "tirəxtur" adlandırdığınız mexanizmin adının Azərbaycan dilindəki düzgün yazılış forması "traktor"dur. Wertuose 09:13, 8 Oktyabr 2010 (UTC)
Klubun bu il İran futbol liqasında 2-ci yer tutması dəqiq məlumatdır ki?--Sortilegus (talk) 15:30, 14 may 2012 (UTC)Cavabla

Forma redaktə

Traktorun forması dəyişdirilib: Üstündə bozqurd şəkli olan qırmızı forma . Bunu da qeyd etmək lazım deyilmi? Mələk Yusifqızı (müzakirə) 18:15, 10 avqust 2019 (UTC)Cavabla

"Traktor FK" səhifəsinə qayıt.

Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024