Müzakirə:Züğürt Ağa (film, 1986) Haqqinda Melumat - Vikipedia

Müzakirə:Züğürt Ağa (film, 1986) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Züğürt Ağa (film, 1986)

Ən son rəy:1 il öncə, Solavirum tərəfindən "Məqalə" mövzusunda

Məqalə redaktə

Salam @Solavirum mən Vikipediya fəaliyyətinə yeni başlamışam və məqalələrdə orfoqrafik səhvlər üzərində işləyirəm gələcək fəaliyyətimdə də məqalədə olan səhvləri tapmaqla məşğul olacam və yeni istifadəçi olduğum üçün VP:SNS-də məqalə müzakirəyə çıxara bilmirəm ancaq qarşıma Züğürt Ağa məqaləsi çıxdı və düşünürəm ki bu məqalədə copy-past var tarixcəyə nəzər yetirdikdə belə açıq aydın görünür ki türk dilindən maşın tərcüməsi edilib və hələ də məqalədə türk dilində sözlər mövcuddur mənbə belə düzgün deyil əgər mümkündursə məqaləyə nəzər yetirib qərar verərdiz mümkündürsə müzakirəyə çıxarılsın Vikihub114 (müzakirə) 15:51, 15 iyun 2022 (UTC)Cavabla

salam, xəbər verdiyinizə görə təşəkkürlər, amma qeyd edim ki, məqalə 2 gün əvvəl @İlkos14 tərəfindən yaradılıb və patrullanmayıb (yoxlanmayıb). tam olaraq hansı hissələrin maşın tərcüməsi olduğun düşünürsüz? maşın tərcüməsi olan məqalələrə {{sil}} şablonu qoyub səbəb kimi M2 göstərib sildirə bilərsiniz. fəaliyyətinizdə uğurlar. Atakhanli (müzakirə) 16:04, 15 iyun 2022 (UTC)Cavabla
@Atakhanli ümumi olaraq türk Vikipediyasidaki həmin məqaləyə nəzər yetirsək görərik ki oradan bir başa maşın tərcüməsi edilib tarixcəyə belə nəzər yetirdim əvvəl türk dilində yazılıb sonrada silinib tərcümə edilib və yenidən yazılıb hələ də məqsədə rəngli sözü renkli kimi yani türk dilindədi mən yeni istifadəciyəm və hələ də Vikipediya qaydalari ilə tanış deyiləm ancaq ilk Viki fəaliyyətinə başlayanda ümumi müzakirələrə nəzər yetirdim və ordakı fikirlərə baxaraq belə qənaətə. Gəldim ki bu məqalə silinməlidir ancaq iştirak hüququ yoxdur. Məqaləyə bir daha nəzər yetirmək və bir qərar qəbul etmək lazımdır. Əgər alınarsa siz tərəfindən müzakirəyə çıxarılsın təşəkkür edirəm. Vikihub114 (müzakirə) 16:33, 15 iyun 2022 (UTC)Cavabla
bir az konkretləşdirək, məqalənin indiki halında hansı hissələrdə maşın tərcüməsi var? çünki məqalənin sonuncu halına nəzərən müzakirə olunması daha doğru deyilmi? Atakhanli (müzakirə) 16:36, 15 iyun 2022 (UTC)Cavabla
@Atakhanli göstərdiyim --[1] bu məqaləyə nəzər yetirin ödüllər bir başa əlavə edilib və burada nə yazılıbsa Azərbaycan dilinə tərcümə edilib ümumi əlavələrin vaxtına belə nəzər yetirsək əllə yazının bu surətdə yazıb bitirmək olmaz tərcümə edilib və bir-başa məqaləyə əlavə olunub Vikihub114 (müzakirə) 16:44, 15 iyun 2022 (UTC)Cavabla
siz məsələyə tamam səhv yöndən yanaşırsınız, azvikidəki hal-hazırda mövcud olan məqalədə maşın tərcüməsi hiss eləmədim. varsa buyurun açıqlayın zəhmət olmasa. konkret olaq, konkret deyin ki, bu hissələr maşın tərcüməsidir. Atakhanli (müzakirə) 16:47, 15 iyun 2022 (UTC)Cavabla
@Atakhanli məqalənin süjet xəttinə qədər olan hissə maşın tərcüməsi olunub mənim fikrimcə Vikihub114 (müzakirə) 16:52, 15 iyun 2022 (UTC)Cavabla
"rejissoru Nesli Çölgeçen olan, dram janrındakı 1985-ci il istehsalı Türkiyə filmi." bu cümlə yəni? Atakhanli (müzakirə) 16:53, 15 iyun 2022 (UTC)Cavabla
@Atakhanli bəli bu hissə fikrimcə maşın tərcüməsi olunub Vikihub114 (müzakirə) 16:56, 15 iyun 2022 (UTC)Cavabla
Salam @Vikihub114 Mənbəni qeyd etmişəm, istinadlar olan bölmədə var göz keçirin görəcəksiz. Türk dilində olan söz yalnız mükafat mölməsində var. Mükafatın adını dəyişib tərcümə etməyi düz bilmədim. Əgər sizin əlavələriniz və dəyişikləriniz varsa,redaktə edə bilərsiz. Məqalə tam ensklopetikdir. Uğurlar. İlkos14 (müzakirə) 16:28, 15 iyun 2022 (UTC)Cavabla
məqaləyə nəzər yetirmişəm, açığı maşın tərcüməsi hiss eləmədim. amma @Vikihub114 edəcəyiniz əsaslandırmalar maraqlıdır. Atakhanli (müzakirə) 16:31, 15 iyun 2022 (UTC)Cavabla
Mən belə düşünmürəm Vikihub114 (müzakirə) 16:44, 15 iyun 2022 (UTC)Cavabla
Bir daha qeyd etmək istəyirəm ki Vikipediyda yeniyəm hər hansı qaydaları bilməyə bilərəm ilk müzakirəmdi əgər yalnış bir fikrlər bildirirəmsə bu da mənim yeni istifadəçi olmağımdan irəli gəlir Vikihub114 (müzakirə) 16:53, 15 iyun 2022 (UTC)Cavabla

İstifadəçi Vikihub114 haqlı irad bildirib. Atakhanli, qeyd etdiyiniz cümləyə düzəliş etmişəm, öncədən belə qeyd edilmişdi; "rejissor Nesli Çölgeçen Türk Dram filmi tərəfindən idarə olunan 1985-ci il istehsalıdır.". Bunu necə başa düşək? "rəngli" - "Renkli" ; "Türkiyə" - "Türkiye" olaraq, olduğu kimi yazılmışdı. Bundan əlavə, "Filmin süjeti" altbaşlığından bir şey anlamaq olmur, İlkos14, mövzunun ensiklopedikliyi müzakirə mövzusu deyil, zəhmət olmasa, lazımi düzəlişləri edin, əks halda, məqalə VP:M2-dən müzakirəsiz sürətli silinə bilər. Lavici mesaj? 17:26, 15 iyun 2022 (UTC)Cavabla

Mən çalışdığım qədər problemlərə toxundum. --► Hörmətlə: SolaVirum 20:23, 15 iyun 2022 (UTC)Cavabla
"Züğürt Ağa (film, 1986)" səhifəsinə qayıt.

Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024