Məşədi Məsih Qarabaği Haqqinda Melumat - Vikipedia

Məşədi Məsih Qarabaği Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məşədi Məsih Qarabaği

Məşədi Məsih Hacı İmamqulu oğlu Qarabağı — (1780, Şuşa), divanbəyi, vəkil.

MƏŞƏDİ MƏSİH QARABAĞİ
Məşədi Məsih Hacı İmamqulu oğlu Qarabağı
Doğum tarixi 1780
Doğum yeri

Həyatı redaktə

Məsih Hacı İmamqulu oğlu 1780-ci ildə Şuşa şəhərində doğululmuşdu. (Bəzi mənbələrdə onun 1760-cı ildə doğulduğu yazılır ki, ağlabatan deyil). Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin, Mehdiqulu xanın divanxanasında çalışmışdı. Rus üsul-idarəsi dönəmində əyalət məhkəməsində işləmişdi. Divanbəyi adlanırdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Sənəd: 1838-ci il martın 2-də çərşənbə günü iştirakçılar Qarabağ əyalət məhkəməsinə gəldilər. Qarabağ komitəsi və məhkəmə sədri vəzifəsini yerinə yetirən mayor, knyaz Baratov idi. Iclasçılar poruçik Rüstəm bəy, podporuçik Xandəmirov, Umbiri Ohanov və Məşədi Məsih idi. Eşidildi: Məruzə: Mərhum İbrahim bəyin oğlu İsmayıl bəy verdiyi ərizədə bildirmişdir ki, Qarabağın və başqa əyalətlərin bütün sakinlərinə məlumdur ki, onun babası Mirzə Vəli Qarabağın hörmətli şəxsiyyətlərinin sırasında olaraq kəndliləri vardı və öz bəy mülkiyyəti olaraq ona məxsus Baharlı obasını idarə edirdi.

Məşədi Məsih Rusiya-İran savaşları dönəmində Şuşa qalasının müdafiəsində fəal iştirak etdiyinə görə medalla təltif olunmuşdu. Şəhərin deputatı olmuşdu.

Ailəsi redaktə

Məşhədi Məsih Şərəflə ailə qurmuşdu. Hacı, Cəfərqulu, İmamqulu adlı oğlanları, Bədir, Hüsnü adlı qızları vardı.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Hacı İmamqulu uşağı, "Soy" elmi-kütləvi dərgi, 2008, № 11 (19), səh.22–25

Həmçinin bax redaktə


Saytda 189 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024