Məhəmməd Abdullayev Haqqinda Melumat - Vikipedia

Məhəmməd Abdullayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məhəmməd Abdullayev

Azərbaycan boкsçusu

Məhəmməd Abdullayev (6 aprel 1999[1]) — Azərbaycanı təmsil edən boksçu.[2]

Məhəmməd Abdullayev
Şəxsi məlumatlar
Tam adı Məhəmməd Zahid oğlu Abdullayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 6 aprel 1999(1999-04-06)[1] (25 yaş)
Boyu 190 sm. (5 ft 6 in)
İdman növü Boks
Məşqçisi Etibar Abdullayev

Karyerası redaktə

Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib oldu.

Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı.[3] Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub oldu (1:4) və mübarizəsini dayandırdı.[3]

Daha sonra Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış elədi.[4] Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurdu.[4]

2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[5] Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.[5] Turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Adam Kulihi 5:0, 1/4 final mərhələsində isə Ukrayna təmsilçisi Tsotne Rogavanı 4:1 hesabı ilə məğlub edən Məhəmməd Abdullayev, 1/2 final mərhələsində Fransa nümayəndəsi Murad Əliyevə məğlub olsa da (WO) turniri bürünc medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu və 2021-ci ilin avqustunda Azərbaycanı XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[5][6]

XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu.[6] Olimpiya Oyunlarında debüt edən 22 yaşlı Məhəmməd Abdullayev isə turnirin 1/16 final mərhələsində Bəhreyn nümayəndəsi Denis Lətifov ilə üz-üzə gəldi.[7] Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 3:1 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı.[7][8] İyulun 29-da isə Məhəmməd Abdullayev 1/8 final mərhələsində Asiya və Dünya Çempionatlarının qalibi Özbəkistan nümayəndəsi Bəxtiyar Cəlolov ilə üz-üzə gəldi.[9] Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 0:5 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[9][10]

Olimpiadadan sonra Məhəmməd Abdullayev Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.[11] Turnirin 1/16 final mərhələsində Litva nümayəndəsi Jonas Jazeviciusa (5:0), 1/8 final mərhələsində Serbiya təmsilçisi Vladan Babiça (5:0), 1/4 final mərhələsində isə Hindistan nümayəndəsi Narender Bervala (5:0) qalib gələn Məhəmməd Abdullayev, yarım-final mərhələsində Ermənistan təmsilçisi Davit Çaloyana məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[11]

2022-ci ildə Avropa Çempionatının Ermənistanda baş tutmasına görə Azərbaycan idmançıları bu turnirdə mübarizə aparmadı.[12] 2 ildən sonra Məhəmməd Abdullayevin birinci beynəlxalq turniri 2023-cü ilin mayında Özbəkistanda baş tutan Dünya Çempionatı oldu.[13] Dünya Çempionatının 1/16 final mərhələsində Meksika nümayəndəsi Xaviyev Kruza (5:0), 1/8 final mərhələsində Əlcəzair nümayəndəsi Murad Kadiya (4:1) qalib gələn Məhəmməd Abdullayev turnirin 1/4 final mərhələsində Gürcüstan nümayəndəsi Niholoz Beqadze üzərində qələbə qazandı (5:0) və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[13] Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Fernando Arzola oldu.[13] Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə məğlub oldu (1:4) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[13]

Həmin ilin iyununda isə Məhəmməd Abdullayev Polşada baş tutan III Avropa Oyunlarında mübarizə apardı.[14] Turnirin təsnifat mərhələsində Məhəmməd Abdullayev Türkiyə nümayəndəsi Uğur Aydəmir üzərində qələbə qazandı və 1/8 final mərhələsinə adladı.[14] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Niholoz Beqadze oldu.[14] Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (3:1) və turnirin 1/4 final mərhələsinə adladı.[14] Bu mərhələdə Məhəmməd Abdullayev Yunanıstan nümayəndəsi Stilianos Rulias üzərində qələbə qazandı (5:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[14] Finala gedən yolda isə onun rəqibi Almaniya nümayəndəsi Nelvi Tiafa oldu.[14] Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[14] Həlledici görüşdə isə Məhəmməd Abdullayev Birləşmiş Krallıq nümayəndəsi Delisius Oriya məğlub oldu (0:5) və III Avropa Oyunlarının gümüş medalına sahib oldu.[14] Bununla da Məhəmməd Abdullayev həm də olimpiya lisenziyasına sahib oldu.

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2019
Avropa Oyunları Belarus  Belarus
PAT
2
Dünya Çempionatı Rusiya  Rusiya
PAT
3
2020
Avropa Olimpiya Təsnifat Turniri Fransa  Fransa
3.
4
2021
Olimpiya Oyunları Yaponiya  Yaponiya
PAT
5
Dünya Çempionatı Serbiya  Serbiya
3.
6
2023
Dünya Çempionatı Özbəkistan  Özbəkistan
3.
7
Avropa Oyunları Polşa  Polşa
2.

İstinadlar redaktə

  1. 1 2 Mahammad Abdullayev // https://www.olympedia.org/athletes/140916.
  2. Olympedia.org. "Məhəmməd ABDULLAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2019 Europen Games — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  4. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2019 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  5. 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "2020 Europen Olympic Qualifying Tournaments — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  6. 1 2 Olympedia.org. "2020 Summer Olympics / Boxing / Super-Heavyweight (91 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Магомед Абдуллаев выиграл, Тайфур Алиев и Лоренцо Сотомайор едут домой". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  8. Azerisport.com idman portalı. "Одна победа на фоне больших потерь". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  9. 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Магомед Абдуллаев проиграл узбеку и завершил Олимпиаду-2020". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  10. Amateur-boxing.strefa.pl idman portalı. "2020 Summer Olympics Games — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  11. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "2021 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  12. Amateur-boxing.strefa.pl idman portalı. "2022 Europen Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  13. 1 2 3 4 Amateur-boxing.strefa.pl idman portalı. "2023 World Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  14. 1 2 3 4 5 6 7 8 Amateur-boxing.strefa.pl idman portalı. "2023 Europen Games — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024