Marka albomu Haqqinda Melumat - Vikipedia

Marka albomu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Marka albomupoçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab.

Kanada poçt markalarının yer aldığı marka albomu.

Tarixi redaktə

İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır.[1] Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur.[2] İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır.[3]

Xüsusiyyətlər redaktə

Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub.[1]

Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur. Beləcə, markanı albomdan ayırand marka zədələnmir. Şəffaf plastik boşluqları olan albomlarda isə markanı yapışdırmağa ehtiyac yoxdur.[1]

İstinadlar redaktə

  1. 1 2 3 "Philately". Britannica Ensiklopediyası (ingiliscə). 2024-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2024.
  2. Илюшин А. С. "Филателия". Megabook. Мегаэнциклопедия Кирилла и Мефодия. Moskva: Kirill i Mefodi. 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 ynvar 2024.
  3. Sutton, Richard John; Anthony, Kenneth W. The stamp collector's encyclopaedia (ingiliscə). Philosophical Library. 1966. səh. 17.

Xarici keçidlər redaktə


Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024