Martin İden Haqqinda Melumat - Vikipedia

Martin İden Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

"Martin İden"Cek London tərəfindən dram janrında yazılmış roman.

Martin İden
ing. Martin Eden
Müəllif Cek London
Janr Dram
Orijinalın dili İngilis dili
Ölkələr ABŞ ABŞ
Orijinalın nəşr ili Makmillan (1909)
Tərcüməçi İslam İbrahimov
Nəşriyyat "Qanun" nəşriyyatı
Nəşr 2012
Səhifə 464
Növ kitab
ISBN ISBN 978-9952-26-289-6
Elektron versiya
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dəfə 1908 və 1909-cu illərdə jurnalda çap edildi[1], daha sonra isə elə 1909-cu ildə də tək bir kitab halında çap edildi[2]. Martin İdenin Cek London kimi dənizçi olması, sosiolist ideyalara marağı, oxşar xarakterləri və digər bir çox elementlər yazıçının bu romanı yazarkən öz həyatından ilhamlandığını deməyə əsas verir.[3]

Məzmun redaktə

Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində, Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdür.

Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.

Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.[4]

Personajlar redaktə

  • Martin İden
  • Artur Morz
  • Ruf Morz — Arturun bacısı
  • Norman Morz — Arturun qardaşı
  • Gertruda — Martinin bacısı
  • Bernard Heqqinbotam — Gertrudanın əri, Martin İdenin kürəkəni
  • Alfred — Gertruda ilə Bernard Heqqinbotamın oğlu
  • Tom — Bernard Heqqinbatomun keçmiş işçisi
  • Çilingər Cim — Bernard Heqqinbotamın evində kirayenişin
  • Meriyen — Martinin bacısı
  • Mister Çarlz Betler
  • Marci — 15 yaşlı qız

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Oregon Timeline". 2010-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  2. "Martin İden". 2008-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  3. "https://www.supersummary.com - Martin Eden (summary). İstifadə tarixi: 13.03.2024". 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  4. Cek London, "Martin İden", Qanun nəşriyyatı, Bakı-2022, 416 səh

Xarici keçidlər redaktə


Saytda 234 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024