Meynətəpə yaşayış yeri Haqqinda Melumat - Vikipedia

Meynətəpə yaşayış yeri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Meynətəpə yaşayış yeri

MeynətəpəAzərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 5 km şimal-şərqdə, Köndələnçayının sağ sahilində yerləşən yaşayış yeri.

Meynətəpə[1]
Meynətəpə yaşayış yeri
Status Ölkə əhəmiyyətli
Şəhər Füzuli şəhəri
Yerləşir QuruçayKöndələnçay arasında
Tikilmə tarixi İlk tunc dövrü
Hündürlüyü Təpənin hündürlüyü 80 m
Sahəsi 3 hektar

Haqqında redaktə

Köndələnçayın sağ sahilində, Qaraköpəktəpədən 6 km şərqdə yerləşən Meynətəpə yaşayış yeri üç təpədən ibarətdir. Kənarda yerləşən təpələrin ikisi 1 hektar, mərkəzdə yerləşən üçüncü təpə isə 2 hektar sahəni əhatə etmişdir. Burada mədəni təbəqənin qalınlığı 3–4 m arasındadır. Uzunsov, düzbucaqlı formada, küncləri qatlanmış şəkildə olan bu təpənin hündürlüyü 80 m-dən çox deyildi. Meynətəpənin maddi mədəniyyət nümunələri Qaraköpəktəpənin tapıntıları ilə eyniyyət təşkil edir. Bu abidədə də erkən və orta tunc dövrü təbəqələrinin arası kəsilməzdir, bu da öz növbəsində, Meynətəpədə həyatın hər iki dövrdə ardıcıl davam etməsini göstərir.[2] Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur. Arxeoloji tədqiqatlar zamanı Meynətəpədən çоxlu gil qablar, оcaq qurğuları, dən daşları, daş bıçaq, çəkic və s. aşkara çıxarılaraq tədqiq edilmişdir. Ətrafında üzümlük saqələri оlduğu üçün tоpоnim el arsında "Meynətəpə" adı almışdır. Üçüncü təpə maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Köndələnçayın uçurumlu sahilində yaranan kəsikdə təpənin mədəni qatları aydın şəkildə izlənir. Təbəqə yanmış torpaq qatlarından, gil qab parçalarından, çay daşlarından və digər maddi-mədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların təhlili Мeynətəpənin Kür-Araz mədəniyyətinin bütün dövrü ərzində mövcud olduğunu göstərir.[3]

İstinadlar redaktə

  1. "№ 972". 2019-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  2. "Avşarova İ.N., Pirquliyeva Q.Ə. Qafqaz arxeologiyası. Dərslik. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, s.66 (elektron variant)" (PDF). 2018-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
  3. "Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007, s. 85" (PDF). 2020-01-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.

Xarici keçidlər redaktə


Saytda 186 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024