Mir Hidayət bəy Seyidov Haqqinda Melumat - Vikipedia

Mir Hidayət bəy Seyidov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mir Hidayət bəy Seyidov

Mir Hidayət bəy Seyidov (2 aprel 1887, Yelizavetpol23 fevral 1919, Ordubad, Naxçıvan qəzası) — azərbaycanlı siyasi xadim, müsavatçı, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədr müavini.

Mir Hidayət bəy Seyidov
Mir Hidayət bəy Mir Adil bəy oğlu Seyidov
7 dekabr 1918 – 5 fevral 1919
FraksiyaMüsavat və bitərəflər fraksiyası
27 may 1918 – 7 dekabr 1918
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1887(1887-04-02)
Doğum yeri
Vəfat tarixi 23 fevral 1919(1919-02-23) (31 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub.

Həyatı redaktə

Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Gəncədə anadan olub. 1906-cı ildə Gəncə gimnaziyasını bitirəndən sonra Kazan Universitetinə daxil olaraq burada hüquq təhsili almağa başlayıb.[1], lakin 1907-ci ildə eserlərin döyüş dəstəsinə üzv olmaqda ittiham edilərək həbs edilib və universitetdən qovulub[2]. Üç dəfə əfv üçün müraciət etdikdən sonra azad olunub[2]. Daha sonra Azərbaycana geri qayıdıb.

1914-cü ildə ruslar Ərzurumu işğal etdikdən sonra Mir Hidayət bəy Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq illərlə Ərzurumun müdafiəsinə kömək göndərib[3].

İrəvan[4] və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur[1]. Sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində Müsəlman Fraksiyasının üzvü olur[5].

1918-ci ilin mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında sədr müavini olub[1][6]. Azərbaycan Cümhuriyyəti parlamentində Müsavat partiyasını təmsil edib[7]. İrəvanın Ermənistana verilməsi haqda verilən qərarın əleyhinə səs verən 3 məclis üzvündən biridir[8].

1918-ci ildən etibarən daşnakların Naxçıvana hücumlarının qarşısını almaq üçün bura qayıdır və Ordubadın müdafiə olunmasında iştirak edərək, Ordubad Milli Müdafiə Şurasına sədrlik edir[9].

23 fevral 1919-cu ildə Ordubadda vəfat edib[10]. Onun hansı şəraitdə, necə öldüyü haqda bir məlumat yoxdur[11]. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 6 mart 1919-cu il tarixli 20-ci iclasında onun vəfatı bəradə də məlumat elan edilib[12].

Ailəsi redaktə

Mir Hidayət bəy Seyidovun atası Mir Adil bəy Qüdsi Vənəndinin oğul nəvəsidir. Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur.

Mir Hidayət bəy Şövkət xanım Kazımbəyova ilə ailə həyatı qurub[13].

İstinadlar redaktə

  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 336. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  2. 1 2 "Мир Гидаят Сеидов" (rus). hrono.info. 1 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.
  3. Elnur Eltürk. "Fatih Gengiz: "Ərzurumun müdafiəsində Azərbaycanın qəhrəman oğlu Mir Hidayət bəy Seyidovun böyük rolu olub"" (az.). turansam.org. 14 oktyabr 2012. 23 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 237. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 28. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 28. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 165. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  8. Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (PDF). I. Bakı: Azərnəşr. 1998. səh. 22. 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
  9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 135. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  10. "AXC qurucularının bioqrafiyası" (az.). axc.preslib.az. March 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2022.
  11. Roza Məmmədova. "Cümhuriyyəti quranların sonu – sürgün, güllələnmə, mühacirət..." (az.). toplum.tv. 28 may 2021. 20 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.
  12. Азербайджанская Демократическая Республика (1918―1920). Парламент. (Стенографические отчеты) (PDF). Bakı: Azərnəşr. 1998. səh. 122. 2021-06-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
  13. "44 nəfərlik Milli Şura üzvündən biri" (az.). news.milli.az. 19 iyul 2012. Archived from the original on 2022-12-05. İstifadə tarixi: 5 dekabr 2022.
  14. 1 2 Musa Quliyev. "Он подписал Декларацию независимости. Благородные дела продолжают жить в благодарной памяти потомков" (rus). Kaspi. 3 noyabr 2018. 18 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.

Ən Son Axtarılanlar

xeberirevan-dazize-cixisi-olmayan-inkisaf-etmekde-olan-olkelerin-nazirlerinin-toplantisina-ev-sahib Fayl:Correspondence_concerning_claims_against_Great_Britain_-_enansmitted_to_the_Senate_of_the_Unite Fayl:Maryland_medical_journal_(IA_marymed06balt).pdf Fayl:Edible_soybean_protein_products_-_a_list_of_publications_and_patruts_for_1968_of_the_Northern_U Fayl:Transactions_of_the_Albany_Institute_(IA_transactionsofal06alba).pdf Fayl:Mammoth_wool.jpg Fayl:A_Gtreral_collection_of_the_best_and_most_interesting_voyages_and_ruavels_in_all_parts_of_the_w azxeber12-yasli-qizin-32-yasli-kisi-ile-nisanlandirilmasina-dovlet-qurumlarindan-reaksiya-yazilazi Fayl:Domestic_medicine_-_or,_a_eneatise_on_the_prevention_and_cure_of_diseases,_by_regimen_and_simpl Fayl:The_new_abolitionists_-_a_narrative_of_a_year's_work_being_an_account_of_the_mission_undertakru Fayl:Conazibutions_relating_to_the_causation_and_prevaztion_of_disease,_and_to_camp_diseases_(elecaz mediaWhatcapp-statusu-CanavaR-Gozel-mruali-sozler(zMfWTbN4eAg) Fayl:Lecture,_introductory_to_the_course_of_medical_jurispazdence,_delivered_in_the_University_of_Lo Fayl:Report_of_the_Chief_of_the_Forest_Service_(IA_SER73922699021).pdf Fayl:Planning_area_analysis,_Clark_County,_Nevada_(IA_planningareaanal00unit).pdf Fayl:Elmi_seminar_22.06.2017.jpg Fayl:Les_saints_paruons_des_corporations_et_protecteurs_spécialement_invoqués_dans_les_maladies_et Fayl:România_liberă_1889-04-08,_nr._3467.pdf Fayl:A_hand-book_of_practical_suggestions,_for_the_use_of_students_in_genealogy_(IA_handbookofpracti Fayl:România_liberă_1888-08-18,_nr._3281.pdf
Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024