Murad bəy Aşiq Haqqinda Melumat - Vikipedia

Murad bəy Aşiq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Murad bəy Qasım bəy oğlu Aşiq (1816-?)—XIX əsr Azərbaycan şairi.

Murad bəy Aşiq
Doğum yeri
Fəaliyyəti şair

Həyatı redaktə

Murad bəy Qasım bəy oğlu 1816-cı ildə Şirvan vilayətinin Sədənrud mahalının Şaharxı kəndində doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili almışdı. Seyid Əzim Şirvani Murad bəy Aşiq haqqında yazır: "İsmi-şərifləri Murad bəy xələfi-Qasım bəy Şirvani. O cənab Mustafa xan cənnətməkanın xahərzadələrindəndir. Təvəllüdü 1233-cü sənəyi-hicridə olubdur. «Əl»an Sədənrudi mahalının Şağarxı ismilə mövsuf olan qəryəsində sakindir. Bir cavandır, xoşsima və xoşəxlaq və təbi-şeri ilə məşhurdur".[1]


Yaradıcılığı redaktə

Gəlibdir Çin diyarından mətai-maçin almaqçun,
Xütən əmlakının malın gətirmiş karivani-zülf.

Ləbin şəhdi-zülalından içib sərməst olan kimsə,
Gətirməz yadına cami-müsəffa, abi-heyvani.

Gözəllərdə nə adətdir, yıxarlar aşiqin könlün,
Görən dünyada öz mülkün xərab istərmi sultani?

İstinadlar redaktə

  1. Seyid Əzim Şirvani, Əsərləri, III cild, Bakı, "Elm", 1974, səh.82

Həmçinin bax redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024