Mushab-Əli Kuzunvi Haqqinda Melumat - Vikipedia

Mushab-Əli Kuzunvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mushab-Əli Kuzunvi

Mushab-'Əli Kuzunvi (ləzg. Кузун Мусхьаб-‘Алий) — imam və bolşevik rejiminə qarşı ləzgi müqavimətinin liderlərindən biri. Ləzgilerin kuzunar soyuna məhsub olub. Ləzgilərin Milli qəhrəmanı[1] .

Mushab-Əli Kuzunvi
Mushab 'Aliy
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Milliyyəti Ləzgi
Təhsili Tükiyədə İslam təhsili
Fəaliyyəti İmam
Dini Sünni İslam
Hərbi xidmət
Rəhbərlik edib Ləzgi qoşunları
Döyüşlər Quba üsyanı
Elmi fəaliyyəti
Tanınır Mühüb Əli

Bioqrafiya redaktə

Mushab-Əli Qusar rayonun Kuzun kəndində Ləzgi ailəsində anadan olub. O, Türkiyədə İslami təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində muhacirliq edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönür. Mushab-Əli doğma ləzgi dili ilə yanaşı ərəb, türk, fars, rus dillərini də mükəmməl bilirdi.

Müharibədən əvvəlki fəaliyyətlər redaktə

Tarixi mənbələrdə və arxivlərdə əsasən "Möhübəli əfəndi Kuzunvi" adı ilə tanınır. O1890-cı ildə öz vəsaiti ilə kəndində böyük məktəb tikdirir. Sonrakı illərdə o, Qusar ərazisində iki mədrəsə açıb, səkkiz məscidi təmir etdirib. Onun təhsil fəaliyyəti və xeyriyyəçiliyi 1903-cü ildə nəşr olunan İllikdə müzakirə edilmişdir.

Ölüm redaktə

Mushab-'Əli Kuzunvinin ləzgi xalqı arasında nüfuzunun daha da artmasından qorxan bolşevik inqilabçıları onu ləğv etmək qərarına gəldilər. 1920-ci ildə Mushab-Əli Əfəndi Ağaşirinoba kəndində pusquya düşür və orada öldürülür. Bu hadisə Qusar İnqilab Komitəsinin sədri Şarşanidzenin Quba İnqilab Komitəsinə 29 avqust 1920-ci il tarixli məruzəsində ətraflı təsvir edilmişdir.

Qeydlər redaktə

  1. "Лезгинский богослов Мухуб-Али Кузунви (Али Албанви) / Проза.ру". proza.ru. 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024