Nəcəf Müseyibli Haqqinda Melumat - Vikipedia

Nəcəf Müseyibli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəcəf Müseyibli

Nəcəf Müseyibli — Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, arxeoloq, tarix elmləri doktoru, professor.

Nəcəf Müseyibli
Müseyibli Nəcəf Ələsgər oğlu
Doğum tarixi (59 yaş)
Doğum yeri Sədərək, Naxçıvan MR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi arxeologiya
Elmi dərəcəsi tarix elmləri doktoru (2016)
Elmi adı professor
İş yerləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universitetinin Tarix fakültəsi

Həyatı redaktə

Müseyibli Nəcəf Ələsgər oğlu 1964-cü il avqustun 2-də Naxçıvan MR-nın Sədərək kəndində doğulub. 1 №-li Sədərək orta məktəbini bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1983–1985-ci illərdə hərbi xidmətdə olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyir. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (mövzu: "Azərbaycanın qayaüstü işarə və damğaları (Qobustan və Gəmiqaya abidələrinin materialları əsasında)"), 2016-cı ildə isə elmlər doktoru dissertasiyasını (mövzu: "Ön Asiya-Qafqaz xalkolitində Leylatəpə mədəniyyəti") müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 oktyabr 2019-cu il tarixli qərarı ilə "Arxeologiya" ixtisası üzrə professor elmi adını almışdır. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Naxçıvan, Gəncə-Qazax bölgələrində və Qəbələ rayonunda Neolit, Xalkolit və Tunc dövrlərinə aid çoxsaylı yaşayış məskənlərində və müxtəlif tip qəbir abidələrində genişmiqyaslı arxeoloji qazıntı işləri aparmış, Gəmiqayanın qayaüstü təsvirlərini tədqiq etmişdir.

Elmi fəaliyyəti redaktə

Nəcəf Müseyibli Heydər Əliyevin bilavasitə tapşırığı əsasında yaradılmış, 2001–2003-cü illərdə ilk növbədə Gəmiqaya olmaqla Naxçıvan diyarının qədim abidələrinin tədqiqi ilə məşğul olmuş "Naxçıvan-Gəmiqaya" arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. İlk dəfə olaraq N. Müseyibli dəniz səviyyəsindən 3000–3500 m yüksəklikdə yerləşən Gəmiqaya abidələr kompleksində geniş tədqiqatlar aparmış, tunc dövrünə aid (e.ə. III–II minilliklər) 1500-ə qədər qayaüstü təsvirlər qeydə almışdır. İlk dəfə olaraq Gəmiqayanın tunc dövrünə aid kurqanlarında arxeoloji qazıntı işləri aparılmışdır. Sədərək rayonu ərazisində qazıntılar aparmış, yeni arxeoloji abidələr aşkar etmişdir.

N. Müseyibli "Əsrin müqaviləsi" ilə reallaşan Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri dəhlizində 2002–2005-ci illərdə aparılan arxeoloji qazıntı işlərinə rəhbərlik etmişdir. Bu layihə üzrə aparılan arxeoloji işlər zamanı kəmərlərin dəhlizində əvvəllər elmə məlum olmayan 40-dan artıq sahədə qədim tarixin müxtəlif mərhələlərinə aid yaşayış məskənləri, qəbir abidələri qazılaraq tədqiq edilmişdir. Bu qazıntılar zamanı 30 mindən artıq maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır. Bu layihə üzrə aparılan qazıntılar Azərbaycanda arxeologiya elminin inkişafında mühüm mərhələni təşkil edir.

Nəcəf Müseyibli 2009-cu ildən etibarən Azərbaycanın qərb bölgəsindəki qədim əkinçi-maldar əhaliyə məxsus, erkən istehsal mərhələsinin Şomutəpə mədəniyyətinə aid (e. ə. VII–VI minilliklər) neolit dövrü abidələrində arxeoloji tədqiqatlar aparır. Həmin ildə Ağstafa rayonu ərazisindəki Həsənsu qədim yaşayış yerində apardığı qazıntılar nəticəsində ilk dəfə olaraq Şomutəpə mədəniyyətinin erkən mərhələsinə aid materiallar aşkar etmiş və bu mədəniyyətin yaranmasının başlıca olaraq yerli köklərə bağlı olmasını əsaslandırmışdır.

2004-cü ildən Ağstafa rayonu ərazisində Böyük Kəsik qədim yaşayış yerinin tədqiqatları ilə əlaqədar əsas elmi fəaliyyəti son xalkolit dövrü Leylatəpə arxeoloji mədəniyyətinin (e. ə. V minilliyin sonu- IV minilliyin birinci yarısı) araşdırılması ilə bağlıdır. N. Müseyibli Cənubi Qafqaz arxeologiyasında ilk dəfə olaraq Ağstafa rayonu ərazisində Xalkolit (Eneolit) dövrünə aid Leylatəpə mədəniyyətinə məxsus Soyuqbulaq kurqanlarını aşkar etmiş və burada 20-dən artıq kurqan qazmışdır. Hələ XX əsrin 80-ci illərində arxeoloq İ. Nərimanov tərəfindən kəşf edilmiş Leylatəpə arxeoloji mədəniyyəti məhz N. Müseyiblinin tədqiqatları ilə beynəlxalq arxeologiya elmində öz təsdiqini tapmışdır. Onun araşdırmaları ilə erkən sivilizasiya səciyyəli leylatəpə mədəniyyətinin Ön Asiya və Qafqazın Xalkolit dövrü tarixində mədəni-xronoloji mövqeyi müəyyənləşdirilmişdir.

2004–2005-ci illərdə Ağstafa rayonu ərazisindəki Leylatəpə mədəniyyətinə aid I Böyük Kəsik, II Poylu yaşayış yerlərində və Soyuqbulaq kurqanlarında geniş arxeoloji qazıntı işləri aparmışdır. 2012–2018-ci illərdə başlayaraq Böyük Qafqazın cənub ətəklərində, Qəbələ rayonu ərazisindəki Leylatəpə mədəniyyətinə aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntılar aparmışdır. O, öz araşdırmaları ilə son Xalkolit dövründə Azərbaycanda yayılmış Leylatəpə mədəniyyətinin mənşə etibarı ilə Şimali Mesopotamiya-Şərqi Anadolunun həmin dövrə aid mədəniyyətləri ilə birbaşa bağlılığını sübut etmişdir. Eyni zamanda, yüz ildən artıq müddətdə Rusiya və Avropa alimləri tərəfindən tədqiq edilən Şimali Qafqazın məşhur Maykop arxeoloji mədəniyyətinin də Leylatəpə mədəniyyətinin ənənələri əsasında yarandığı da məhz N. Müseyiblinin tədqiqatları ilə sübuta yetirilmişdir.

Bununla yanaşı N. Müseyibli Qəbələ rayonu ərazisindəki e.ə. III minilliyə aid abidələrdə apardığı arxeoloji qazıntılar zamanı aşkar etdiyi arxeoloji tapıntıların geniş müqayisəli təhlillərinə əsasən Şirvan, Quba-Xaçmaz və Cənubi Dağıstanı əhatə etmiş ilk tunc dövrü "Şərqi Qafqaz arxeoloji mədəniyyəti"nin mövcudluğu barədə fikir irəli sürmüşdür.

Ümumiyyətlə, N. Müseyibli Neolit, Xalkolit və Tunc-İlk Dəmir dövrlərinə aid 200-ə yaxın kurqan, torpaq, daş qutu və s. tipli qəbir abidələrində və 10-dan artıq yaşayış yerlərində geniş arxeoloji qazıntılar aparmışdır. O, 13 kitabın, 200-dən artıq elmi məqalənin müəllifidir. Türkiyə, Almaniya, Rusiya, ABŞ, İngiltərə, Cənubi Koreya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Yunanıstan, Belçika, İspaniya, Moldovada 50-dən artıq elmi əsəri (o cümlədən impakt faktorlu jurnallarda) nəşr edilmişdir. 2006–2021-ci illərdə İnstitutda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Hazırda "Etnoarxeologiya" şöbəsinin müdiridir. N. Müseyiblinin rəhbərliyi ilə 5 nəfər tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Dağıstanda nəşr olunan İmpakt faktorlu (ELSEVİER. Scopus) beynəlxalq "История, археология и этнография Кавказа" jurnalının redaksiya şurasının üzvüdür.

Kitabları redaktə

  1. Qədim Sədərək. Bakı: 2003. 104 səh.
  2. Gəmiqaya. Bakı: 2004. 320 səh.
  3. Böyük Kəsik eneolit dövrü yaşayış məskəni. Bakı: 2007. 227 səh.
  4. Past and Future Heritage in the Pipelines Corridor. Washington: 2011. 239 p. (həmmüəlliflər P. Taylor, Ch. Polglase, J. Koller, T. Johnson)
  5. Həsənsu kurqanı. Bakı: 2013. 91 səh. (həmmüəllif A. Ağalarzadə)
  6. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı: 2014. 140 səh.
  7. The grave monuments and burial customs of the Leilatepe culture. Baku: 2014. 156 p.
  8. Azərbaycanın xalkolit dövrü mədəniyyəti. Bakı: 2015. 220 səh.
  9. Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər. Bakı: 2017. 208 səh.
  10. Qobustan: tədqiqatlar və mülahizələr. Bakı: 2017. 144 səh.
  11. Zəyəmçay nekropolu. Bakı: 2019. 424 səh. (həmmüəllif Şamil Nəcəfov).
  12. Leylatəpə mədəniyyəti. Bakı: 2020. 576 səh.
  13. Tovuzçay nekropolu. Bakı: 2021. 348 səh. (həmmüəlliflər Şamil Nəcəfov, Müzəffər Hüseynov).

Əsas elmi məqalələri redaktə

  1. Qobustan qayalarındakı işarə və damğalar // Azərbaycan tarixinin problemləri. Bakı, 1992. Səh. 6–8.
  2. Gamalı Haç (Svastika) // Türk Yurdu. № 415, Ankara, 1993. Səh. 45–48.
  3. Qobustan və Gəmiqaya işarələri // "Tarix və onun problemləri" jurnalı № 4. Bakı, 1998. Səh. 18–20.
  4. Gəmiqayanın arxeoloji tədqiqi // "Azərbaycan arxeologiyası" jurnalı, № 1–2. Bakı, 2002. Səh. 14–29.
  5. Наскальные изображения Гямигая // "İrs – Наследие". Beynəlxalq jurnal. Səh. 14–15. Moskva, 2003, № 7.
  6. Gəmiqayada qədim nəqliyyat vasitələrinin rəsmləri // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı, 2003, № 2. Səh. 39–45.
  7. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı, 2004, № 2. Səh. 58–74.
  8. Excavations Bronze Age funerary sites in Azerbaijan // Antiquity. Vol 78 № 300. London, june 2004. həmmüəlliflər Q. Qoşqarlı, D. Meynard, R. Moor
  9. Позднеэнеолитические курганы Акстафинского района // Материалы международной научной конференции "Археология, этнология, фольклористика Кавказа". Баку, 2005, стр. 135–138.
  10. Ağstafa rayonunda son eneolit dövrü kurqanları // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı, 2005, № 1–4. Səh. 11–17.
  11. Гямигая–история высеченная на скалах // "Dirçəliş – XXI əsr" jurnalı. 96/97. Bakı. 2006. Səh. 394–400.
  12. "Контракт века" будущее, прозревающее прошлое // Jurnal "İrs – Наследие", Москва, 2006. C. 4–7.
  13. Eneolit dövrü I Böyük Kəsik yaşayış məskənində arxeoloji qazıntıların nəticələri // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı, 2006, № 1. Səh. 11–27.
  14. Gəmiqaya petroqliflərinin Yaxın Şərq paralelləri // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı, 2006, № 2. Səh.17–33.
  15. Leylatəpə mədəniyyəti tayfalarının gil qablarda dəfn adəti (etnoarxeoloji tədqiqat) // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. Bakı, 2007, № 1. Səh.20–27.
  16. II Qıraq Kəsəmən nekropolunda arxeoloji qazıntılar // "Azərbaycan arxeologiyası" jurnalı. Bakı, 2007, № 3–4. həmmüəllif G. Axundova. Səh. 53–65.
  17. Qədim Azərbaycanda itlərdən istifadə və it kultu (etnoarxeoloji tədqiqat) // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" 2007. № 2. Bakı, 2008. Səh. 5–29.
  18. Eneolit dövrü II Poylu yaşayış yerində arxeoloji qazıntılar // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnal, 2008, № 1, Bakı, 2009. Səh. 17–26.
  19. Курганы Шамкирчая эпохи ранней бронзы // Кавказ. Археология и этнология. Международная научная конференция. Материалы. Баку, 2009.
  20. Ethnocultural Connections between the Region of the Near East and the Caucasus in the IVth millennium BC // Azerbaijan – Land between East and West. Transfer of knowledge and technology during the "First #Globolization" of the VIIth-IVth millennium BC. International Symposiu. Baku, April 1–3 2009, Berlin, 2009. p. 48–54.
  21. Новые данные по неолиту Азербайджана // Вестник Института истории, археологии и этнографии Дагестанского НЦ РАН. № 3 (19). 2009. с. 81–84. Махачкала, 2009.
  22. Ağstafa rayonundakı neolit dövrü yaşayış məskənlərində arxeoloji qazıntılar // Azərbaycanda arxeoloji tədqiqatlar – 2009. Bakı, 2010. S. 31–37. həmmüəlliflər G. Axundova, A. Ağalarzadə.
  23. Ağstafa rayonundakı Leylatəpə mədəniyyəti abidələrində arxeoloji qazıntılar // Azərbaycanda arxeoloji tədqiqatlar – 2009. Bakı, 2010. S. 58–64.
  24. Zəyəmçay nekropolunun qəbir tipləri // "Azərbaycan arxeologiyası" jurnalı. 2009, № 2. Bakı-2010. S.37–57.
  25. Gəncə-Qazax bölgəsindəki Leylatəpə mədəniyyəti abidələrinin daş məmulatı // AMEA-nın "Xəbərləri" tarix, fəlsəfə, hüquq seriyasi. № 1–2. Bakı-2010. S.165–186.
  26. Leylatəpə mədəniyyəti abidələrindən tapılmış ğildən əmək alətləri və müxtəlif əşyalar // "Azərbaycan arxeologiyası və etnoqrafiyasi"jurnali, 2009, № 2. Bakı-2010. Səh.5–18.
  27. The late eneolithic burial mounds (barrous, tumulis) of Akstafa district // Archaeologi of Caucasus. № 2–3. Tbilisi-2009–2010.
  28. Sədərək rayonunun arxeoloji abidələri // "Azərbaycan arxeologiyası",№ 1, Bakı-2010. Səh.56–85.
  29. Kərki abidələri // "Azərbaycan arxeologiyası",№ 1, Bakı-2010. Səh. 159–161.
  30. Leylatəpə arxeoloji mədəniyyəti: Ön Asiya kökləri və Qafqaz eneolitində yeri // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. № 2,2011. Bakı- 2011. Səh. 5–29.
  31. К вопросу о ближневосточных корнях лейлатепинской культуры // Вестник института истории, археологии и этнографии Дагестанского Научного Центра РАН. № 3(27). Стр.50–55. Махачкала-2011.
  32. Лейлатепинская культура в системе переднеазиатско-кавказских комплексов позднего энеолита // "Кавказ и Мир". Международный научный журнал.№ 11.Тбилиси-2011. Cтр.247–251.
  33. Параллели петроглифам Гямигая на керамике эпохи бронзы Азербайджана (вопросы хронологии) // Материалы международной научной конференции "Наскальное искусство в современном обществе". К 290-летию научного открытия Томской писаницы. Т.2. 22–26 август 2011г. Кемерово. Кемерово-2011. Стр.81–86.
  34. Introduction: A brief history and current state of physical anthropology in Azerbaijan // The Routledge Handbook of Archaeological Human Remains and Legislation. An international guide to laws and practice in the excavation and treatment of archaeological human remains. Edited by Nicholas Marques-Grant and Linda Fibiger. London and New York, 2011. P.35–39, (həmmüəllif David Maynard).
  35. Курганный могильник позднего энеолита у с. Союг Булаг в Азербайджане // " Российская археология" № 1, 2012. Москва-2012, с. 16–25.
  36. Вопрос происхождения шомутепинской культуры в контексте новых раскопок // Сборник материалов Междурародной научной конференции "Раннеземледельческие культуры Кавказа", посвященной 60-летию открытия памятника Кюльтепе в Азербайджане. Баку-2012. Стр.40–50.
  37. Лейлатепинская культура эпохи энеолита между Передней Азией и Северным Кавказом Записки Института истории материальной культуры РАН. № 7, 2012. С.-Петербург-2012, стр. 31–38.
  38. Neolit dövrü Həsənsu yaşayış yerində arxeoloji qazıntılar // Azərbaycanda arxeoloji tədqiqatlar" 2011. Bakı-2012. Səh. 45–49. (A. Ağalarzadə, G. Axundova).
  39. Ağstafa rayonunda tunc dövrünün qəbir abidələri // "Azərbaycanda arxeoloji tədqiqatlar" 2011. Bakı-2012. Səh. 97–108. (həmmüəlliflər G. Axundova, A. Ağalarzadə).
  40. Leylatəpə mədəniyyəti keramikasındakı işarələr // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. № 1. Bakı-2012, səh. 11–38.
  41. Leylatəpə mədəniyyəti abidələrinin sümük məmulatı // "Azərbaycan arxeologiyası" jurnalı. Cild 15, № 1, səh.28–38. Bakı-2012.
  42. Керамические сосуды энэолитического поселения Беюк Кесик в Азербайджане // Гілея. Науковий вісник. Збірник наукових праць. Національний педагогічний університет імені М.П.Драгоманова Українська Академія Наук Випуск 72 (№ 5). Київ 2013.
  43. Ağstafa rayonunda neolit dövrünə aid yeni araşdırmalar // Azərbaycanda arxeoloji tədqiqatlar-2012. Bakı-2013. Səh.53–58. (A. M. Ağalarzadə, G. K. Axundova).
  44. Qəbələ rayonundakı Qalayeri xalkolit dövrü yaşayış məskəni // Ön Asiya – Qafqaz miqrasiyaları kontekstində. "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. № 1. Bakı – 2013. S. 23–33.
  45. Xocalı-Gədəbəy mədəniyyəti keramikasının ornamentlərinin etnoarxeoloji tədqiqi (Zəyəmçay və Tovuzçay nekropollarının materialları əsasında) // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı. № 2. S.11–26. Bakı – 2013. həmmüəllif G. K. Axundova.
  46. Leylatəpə mədəniyyətinin xronologiyası və dövrləşdirilməsi // AMEA-nın Xəbərləri. Tarix fəlsəfə və hüquq seriyası. № 1. S. 91–109. Bakı-2014.
  47. Metal of Leilatepe culture // Ascension to the crowns of Archeology. Collection of materials of "Ancient and medieval states on the territory of Kazakhstan" international scientific conference devoted to the 90th anniversary of K. A. Akishev. Almaty-2014.
  48. Kurgans in Azerbaijan // 2014 Asiya Archaeology. Seul: Seul: 2014. p.  136–142.
  49. Leylatəpə mədəniyyəti kurqanlarının mənşəyi "kurqanlar və qədim hind-avropalılar" nəzəriyyəsi kontekstində // AMEA-nın Xəbərləri. Tarix fəlsəfə və hüquq seriyası. № 1. Bakı – 2015. S.3–9.
  50. Кавказ и Передняя Азия в IV тыс. до н. э. // Вопросы истории. 6/2015. Москва-2015. С.150–156.
  51. The Leilatepe Archaeological Culture: Its Near-Eastern Roots and its Place in the Caucasus Chalcolitihc // International Symposium on East Anatolia South Caucasus Cultures. Proceedings I. Cambridge Scholars Publishing-2015, pp. 58–75.
  52. Potter’s marks on Leilatepe culture pottery: Eastern Anatolian chalcolithic traditions in the Caucasus // Mediterranean Archaeology and Archaeometry, Vol. 16, № 1,(2016), pp. 283–294. Rhodes — 2016.
  53. Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda // Geostrategiya. № 2 (32) mart-aprel, 2016. Bakı-2016. Səh.73–76.
  54. Qobustanda qayıq təsvirləri // Elm və həyat. № 4, 2016.
  55. The Neolithic period Hasansu settlement // Dedicated to the 90th anniversary of the famous Azerbaijani archaeologist, corresponding member of the Academy of NAS of AzerbaijanI. H. Narimanov. Baku-2017. Рр. 42–58.
  56. Детские погребения лейлатепинской культуры эпохи халколита на поселении Галаери в Азербайджане (опыт биоархеологического исследования) // Stratum plus. Археология и культурная антропология. № 2, 2018. Санкт-Петербург, Кишинев, Одесса, Бухарест – 2018. Стр. 197–210. (соавторы: М.Б.Медникова, С.Н.Кореневский).
  57. Поселение Галаери – памятник лейлатепинской культуры // Горы Кавказа и Месопотамская степь на заре бронзового века // Сборник к 90-летию Р.М.Мунчаева.Москва-2019. Стр. 217–225.
  58. The Galayeri settlement: Late Chalcolithic traditions of Eastern Anatolia and the Caucasus // TÜBA-AR 25/2019. Ankara −2019. Pp. 63–76.
  59. Keşikçidağ: arxeoloji, antropoloji və tarixi tədqiqatlar // Qafqaz Albaniyasının etno-mədəni irsi. Bakı-2019. Səh.60–68. (həmmüəlliflər: A. Ağalarzadə, D. Kiriçenko, Ü. Hacıyeva).
  60. Миграции из Передней Азии на Кавказ в позднем халколите (первая половина IV тыс. до н.э.) // Stratum plus. Археология и культурная антропология. № 2, 2020. Санкт-Петербург, Кишинев, Одесса, Бухарест – 2020. С. 71–82.
  61. Die Leilatepe-Kultur im Sudkaukasus an der Kreuzung der Traditionen Vorderasiens und Sudosteuropas // Der Kaukasus zwischen Osteuropa und Vorderem Orient in der Bronze- und Eisenzeit: Dialog der Kulturen, Kultur des Dialoges. Internationale Fachtagung fur die Archaologie des Kaukasus und Humboldt-Kolleg (5.–8. Oktober 2015, Sankt Petersburg). Maya T. KaŠuba, Sabine Reinhold UND Jurij Ju. Piotrovskij (Hrsg.). Berlin-2020. Seite 55–81.
  62. Soyuqbulaqda Xalkolit və İlk Tunc dövrü kurqanlarında arxeoloji qazıntılar // Sosial elmlər. № 1. Bakı-2020. Səh. 69–78.
  63. Технико-типологические особенности керамики лейлатепинской культуры // Археологическое наследие Кавказа: актуальные проблемы изучения и сохранения. XXXI Крупновские чтения // Материалы Международной научной конференции, посвященной 50-летию Крупновских чтений и 50-летию Дербентской археологической экспедиции. Махачкала-2020. С. 126–129.
  64. Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər // "Elm" qəzeti. 11.12.2020. № 25 (1260). S. 8.
  65. The Leilatepe Culture of the Late Chalcolithic in the South Caucasus // SCHRIFTEN DES ARCHAOLOGISCHEN MUSEUMS FRANKFURT. The Caucasus / Der Kaukasus Bridge between the urban centres in Mesopotamia and the Pontic steppes in the 4th and 3rd millennium BCThe transfer of knowledge and technologies between East and West in the Bronze Age // Proceedings of the Caucasus conference / Ergebnisse der Kaukasus-Konferenz, Frankfurt am Main, November 28 – December 1, 2018. // Edited by / Herausgegeben von Liane Giemsch, Svend Hansen. Pp. 119–131.

İstinadlar redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024