NASA Haqqinda Melumat - Vikipedia

NASA Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi.

NASA
National Aeronautics and Space Administration[1][2]
Möhürün şəkli
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 29 iyul 1958[5][6]
Tabelik Amerika Birləşmiş Ştatları federal hökuməti[7]
Ştat sayı
  • təq. 18.000 nəf. (2021)[8]
İllik büdcəsi 18.724.000.000 ± 999.999 $, 23.200.000.000 ± 99.999.999 $[8]
Baş qərargah
Ünvan 300 E St SW, Suite 5R30, Washington DC 20546[3][9][…]
Rəsmi saytı nasa.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizikaastrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir.

NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır.

Tarixi redaktə

 
NASA-nın bayrağı

1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı. NASA bir çox elm adamları ilə, həmçinin almaniyalı elmi mütəxəssis Verner fon Braun ilə müzakirələr apardı. Bu komissiyanın məsləhəti ilə 1958-ci ilin iyulun 29-da yeni kosmik agentlik NASA-nın əsası qoyuldu.

Şəkillər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023