Natəvan Babayeva Haqqinda Melumat - Vikipedia

Natəvan Babayeva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Natəvan Babayeva

jurnalist, televiziya aparıcısı

Natəvan Namik qızı Babayeva (12 oktyabr 1977, Bakı20 iyul 2023, Bakı) — telejurnalist, aparıcı.[2]

Natəvan Babayeva
Doğum tarixi 12 oktyabr 1977(1977-10-12)
Doğum yeri
Vəfat tarixi 20 iyul 2023(2023-07-20) (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti televiziya aparıcısı, jurnalist
Fəaliyyət illəri 2001–2023
Tanınır televiziya aparıcısı kimi

Haqqında redaktə

Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib.[3]

20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.[4][5] Salyanın Parça Xələc kəndində dəfn olunub.[6][7]

İstinadlar redaktə

  1. https://oxu.az/society/755537.
  2. "ANS-in aparıcısı Natəvan Babayeva: "O xəbəri oxuyanda özümü saxlaya bilmədim, ağladım..."". modern.az (az.). 8 may 2011. 6 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
  3. "ANS-in 5 əməkdaşı AzTV-yə keçdi". axar.az (az.). 26 dekabr 2016. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
  4. "Tanınmış telejurnalist Natəvan Babayeva vəfat edib". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  5. Baku TV. "Tanınmış jurnalist Natəvan Babayeva vəfat etdi" (az.). Youtube.com. 20.07.2023. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  6. Real TV. "Natəvan Babayeva Salyanın Parça Xələc kənd qəbiristanlığında dəfn olundu" (az.). Youtube.com. 21.07.2023. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  7. Real TV. "Jurnalistikamız Natəvanını itirdi" (az.). Youtube.com. 21.07.2023. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024