Natiq Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia

Natiq Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Natiq Məmmədov (milli qəhrəman)

Natiq Məmmədov (11 may 1975, Dağlı, Zaqatala rayonu4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.

Natiq Məmmədov
Natiq Bəşir oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Əli Bayramlı, Zaqatala rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti saxur
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

11 may 1975-ci ild Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət “Dağıstan” kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi.[1]

Döyüşlərdə iştirakı redaktə

Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağrılırmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir.

1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı N.Məmmədov şücaət göstərərək şəhid olmuşdur.

Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.

Təltifləri redaktə

Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

İrsi redaktə

Zaqatala rayonuda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır[2].

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. "MƏMMƏDOV Natiq Bəşir oğlu". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
  2. İctimai TV. "Saxurlar Azərbaycan Ordusuna dəstəkdir" (az.). Youtube.com. 20.10.2020. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-24.

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024