Nereo Rokko Haqqinda Melumat - Vikipedia

Nereo Rokko Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[1][2][…], Triest[3]20 fevral 1979[3], Triest[3]) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır.

Nereo Rokko
Ümumi məlumatlar
Doğum tarixi 20 may 1912(1912-05-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 fevral 1979(1979-02-20)[3] (66 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunçu karyerası redaktə

Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir.

Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.

Futbolçu kimi A Seriyasında cəmi 11 mövsümdə Rokko 287 oyuna çıxıb, 69 qol vurub.

Milli komandanın tərkibində Rokkonun yeganə çıxışı 1934-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində 25 mart 1934-cü ildə Milanda keçirilən Yunanıstan komandasına qarşı oyunda olub.

Məşqçilik karyerası redaktə

Rokko dünya futbol tarixinə İtaliyada katenaççio taktiki sxemini təqdim edən məşqçi kimi daxil olub. Bu taktika 1930-cu illərdə İsveçrədə icad edilib, lakin yalnız 1960-cı illərdə İtaliya çempionatında fəal şəkildə istifadə olunmağa başlayıb, həm İtaliya, həm də dünya futbolunun sonrakı inkişafına mühüm təsir göstərib.

Rokko müharibədən dərhal sonra katenaççio ilə təcrübə keçirməyə başlayır. Triestin "Libertas" komandasına məşqçilik etdiyi zaman (eyni zamanda orada libero mövqeyini oynayır), komandası güclu "Triestina" ilə yoldaşlıq görüşündə sensasiyalı qələbə qazanır.

"Triestina" 1946/47 mövsümünü sondan əvvəlki yerdə başa vurur. Növbəti mövsüm Rokko "Triestina" klubuna baş məşqçi kimi dəvət edilir. Yeni gənc məşqçi və yeni mütərəqqi taktika sayəsində növbəti 1947/48 mövsümündə "Triestina" inanılmaz bir irəliləyiş edərək çempionatda ikinci yeri tutur. Komanda yalnız müharibədən sonrakı dövrdə İtaliya futbolunun şəksiz lideri olan "Torino" klubundan geri qalır.

Əsəbi, sərt və şayiələrə görə heç vaxt oyunçularından razı qalmayan Rokko oyunçular üçün sərt ata kimi olur. Həmçinin bir qədər ekssentrik, lakin son dərəcə sevimli, rəngli Triest ləhcəsində danışmaq vərdişinə görə, o, "El paròn" ("usta", "patron") ləqəbini alır.

Sonrakı iki mövsümdə (1948/49 və 1949/50) "Triestina" çempionatda kifayət qədər uğurlu səkkizinci yeri tutur.

1950-ci ildə Rokko klubu tərk edərək B Seriyası klubu "Treviso" klubuna keçir. Ancaq bu keçidin səbəbləri tamamilə naməlum olaraq qaldı. "Trevisio"da iki problemsiz mövsümdən sonra Rokko 1952-ci ildə A Seriyasında yarışan "Triestina"ya qayıdır. Lakin evdə "Milan" klubuna 0–6 hesabı ilə məğlub olduqdan sonra yenidən klubu tərk edir.

Onun işsiz qalmağı uzun çəkmir və ciddi uğursuzluqlar yaşayan və B seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Padova" klubuna dəvət alır. Nereo Rokko klubu C seriyasına düşməkdən xilas edir. Növbəti mövsüm Rokko komandanı gücləndirir və onu İtaliya futbolunun elitasına, A Seriyasına hazırlayır.

Padovadan sonra Rokko bir müddət İtaliya Olimpiya komandasına rəhbərlik edir. Daha sonra, 1961-ci ildə "Milan" klubunun baş məşqçisi olur.

Artıq baş məşqçi kimi ilk mövsümündə "Milan" klubu tarixinin ən uğurlu dövrlərindən birinə başlayaraq səkkizinci skudettosunu qazanır. Meydandakı bu uğurun əsas memarları Canni Rivera və braziliyalı Joze Altafini olur.

Növbəti mövsüm Rokkonun rəhbərliyi altında, məşhur Eysebionun çıxış etdiyi Portuqaliyanın "Benfika" klubunu məğlub edən Milan Avropa Çempionlar Kubokunu qazanan ilk İtaliya komandası olur.

Bu qələbələrdən sonra Rokko dörd mövsüm "Torino" klubunda çalışır. "Torino" Rokkonun rəhbərliyi altında heç bir titul qazanmasa da, 1949-cu ildən, klubun bütün heyətinin (o zamanlar İtaliya futbolunun şəksiz lideri) təyyarə qəzasında həlak olmasından sonra ən yaxşı nəticələrini göstərir.

1967/68 mövsümündə Rokko "Milan"a qayıdır. "Milan"a dönuşundən sonra ilk mövsümdə komanda onunla həm Skudetto, həm də Çempionlar Kubokunu qazanır.

Növbəti il "Milan" Argentina "Estudiantes"ini iki oyunda məğlub edərək Qitələrarası Kubokun qalibi olur.

Bu illərdə gələcəyin məşhur müdafiəçilərindən olacaq, on doqquz yaşlı Franko Barezi Rokkonun rəhbərliyi altında klubda karyerasına başlayır.

Növbəti üç mövsümdə Nereo Rokkonun rəhbərliyi altında "Milan" 1973-cü ildə Kuboklar Kubokunu və 1972 və 1973-cü illərdə İtaliya Kubokunu qazanır.

1973-cü ildə Rokko bir mövsüm çalışdırdığı "Fiorentina" klubuna keçir və bundan sonra aktiv məşqçilik karyerasını bitirir.

Sonralar o texniki məsləhətçi kimi "Milan" ilə əməkdaşlıq edir.

Uzun müddət Nereo Rokko A Seriyasında məşqçi kimi ən çox oyunda iştirak etmək rekorduna sahib idi. 2006-cı ildə daha bir dahi İtaliyalı məşqçi Karlo Matsone bu rekordu yeniləyir.

Uğurları redaktə

Beynəlxalq klub turnirləri
Milli turnirlər
Şəxsi

Ədəbiyyat redaktə

  • Giuliano Sadar, El Paron — Biografia di Nereo Rocco, LINT Editoriale, Trieste, edizione italiana. ISBN 88-8190-025-4 (ital.) )

İstinadlar redaktə

  1. 1 2 Munzinger Sport (alm.).
  2. 1 2 Moroni G. ROCCO, Nereo // Dizionario Biografico degli Italiani (it.). 2017. Vol. 88.
  3. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #138163510 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "World Soccer The Greatest manager of all time". 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  5. "The Greatest: — how the panel voted". 2015-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024