Nikola Pussen Haqqinda Melumat - Vikipedia

Nikola Pussen Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594[1], Le-Andeli[d], Fransa krallığı[4][5]19 noyabr 1665[2][3][…], Roma, Papa dövləti[6][5]) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi.

Nikola Pussen
fr. Nicolas Poussin
Doğum tarixi iyun 1594[1]
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1665(1665-11-19)[2][3][…] (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, qrafika ustası[d], memarlıq çertyojçusu[d]
Janrlar tarix rəssamlığı[5], dini rəssamlıq[d], mifologiya rəssamlığı[d][5], rəssamlıq, peyzaj[5], portret[5], avtoportret[5], dini incəsənət[d][5]
Stil klassisizm[7]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı redaktə

 
Nikola Pussen. Germanikin ölümü. 1627.

Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658). 1940-cı illərdən daha çox mənzərə əsərləri yaratmışdır. ("Polifem ilə mənzərə", 1949; "Orion", 1650–1655 və s.) Nikola Pussen 1665-ci ildə Romada vəfat etmişdir.

Əsərləri redaktə

  • "Germanikin ölümü", 1627;
  • "Yatmış Venera", 1630;
  • "Rinaldo və Armida", 1625–1627;
  • "Floranın səltənəti, 1630–1631;
  • "Tankred və Erminiya", 1630-cu illər
  • "Qayadan su çıxaran Musa", 1648;
  • "Arkadiya çobanları", 1650;
  • "Misirə səfər zamanı istirahət", 1658
  • "Polifem ilə mənzərə", 1949;
  • "Orion", 1650–1655

Qalereya redaktə

İstinadlar redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024